Bizə yazın

Baku

-°C

USD

-

İranda Hörmüz boğazı məsələləri üzrə xüsusi qurum yaradılıb 

Cəmiyyət 18 May 2026, 16:16

344

İranda Hörmüz boğazı ilə bağlı məsələlərlə məşğul olacaq xüsusi qurum təsis edilib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

İranın ali təhlükəsizlik orqanı Hörmüz boğazının idarə edilməsi üçün yeni agentliyin yaradıldığını elan edib.

Qeyd olunub ki, yeni struktur "Hörmüz boğazındakı əməliyyatlar və son hadisələr haqqında real vaxt rejimində yenilənmiş məlumatlar" təqdim edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək 

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.Qeyd edilib ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş...

18 May 2026, 17:00

Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev dedi ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirdi, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu...

18 May 2026, 16:58

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Vilayət Eyvazovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində...

18 May 2026, 16:47

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib 

Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindən paylaşım edib."Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər", - paylaşımda qeyd olunub.Citypost.az həmin paylaşımı təqdim edir:

18 May 2026, 16:30

III Msvati: Şəhərlərin inkişafına dair yeni proqramın tətbiqini dəstəkləyirik 

Esvatini BMT-nin Məskunlaşma Proqramını (UN-Habitat) Afrika Ölkələri İttifaqı və UNESCO tərəfindən şəhərlərin inkişafına dair yeni proqramın tətbiqi üçün dəstəkləyir.Citypost.az xəbər verir ki, bunu Esvatini Kralı Əlahəzrət III Msvati WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.O qeyd edib ki, belə bir vəzifənin miqyası hökumət, vətəndaş cəmiyyəti və ittifaqlar səviyyəsində sıx əməkdaşlıq və innovativ tərəfdaşlıq tələb edir:"Biz bərpa olunan enerji mənbələrinə, yaşıl infrastruktura və davamlı tikinti üsullarına investisiya yatırmalıyıq. Eyni zamanda insanlar həmişə mərkəzdə olmalıdır. Biz yeni enerji mənbələri, həmçinin bərpa olunan enerji ilə iqtisadiyyatımız üçün davamlı olan standart ənənəvi elektrik enerjisi mənbələri arasında tarazlıq tapmalıyıq"....

18 May 2026, 16:27

Zəngilandakı iki KSES-də istehsal edilmiş enerjinin həcmi açıqlanıb 

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" Kiçik Su Elektrik Stansiyasında (KSES) 45,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.Bu barədə Citypost.az-a Energetika nazirliyindən məlumat verilib.Bundan başqa, istismara verildiyi dövrdən may ayına qədər "Şayıflı" KSES-də isə 48,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.Xatırladaq ki, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş ümumi gücü 10,5 MVt olan "Zəngilan" KSES və ümumi gücü 10,5 MVt olan "Şayıflı" KSES istismara verilib....

18 May 2026, 16:08