Nazir Britaniyada təhsil alan tələbələrlə görüşdü
Cəmiyyət 18 May 2026, 14:43
395
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdədir.
Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.
Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
Nazir Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir tələbələrin akademik fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanıb, onları akademik və peşəkar inkişaf istiqamətində fəal olmağa təşviq edib.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib, həmçinin onların təhsillərini başa vurduqdan sonra Azərbaycanda mövcud karyera və iş imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İranda Hörmüz boğazı məsələləri üzrə xüsusi qurum yaradılıb
İranda Hörmüz boğazı ilə bağlı məsələlərlə məşğul olacaq xüsusi qurum təsis edilib."Report" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.İranın ali təhlükəsizlik orqanı Hörmüz boğazının idarə edilməsi üçün yeni agentliyin yaradıldığını elan edib.Qeyd olunub ki, yeni struktur "Hörmüz boğazındakı əməliyyatlar və son hadisələr haqqında real vaxt rejimində yenilənmiş məlumatlar" təqdim edəcək.
18 May 2026, 16:16
Zəngilandakı iki KSES-də istehsal edilmiş enerjinin həcmi açıqlanıb
Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" Kiçik Su Elektrik Stansiyasında (KSES) 45,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.Bu barədə Citypost.az-a Energetika nazirliyindən məlumat verilib.Bundan başqa, istismara verildiyi dövrdən may ayına qədər "Şayıflı" KSES-də isə 48,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.Xatırladaq ki, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş ümumi gücü 10,5 MVt olan "Zəngilan" KSES və ümumi gücü 10,5 MVt olan "Şayıflı" KSES istismara verilib....
18 May 2026, 16:08
AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb
Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının "Neoplan" markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edir.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan (12-17 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 2 909 səfər yerinə yetirilib və 23 671 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus...
18 May 2026, 16:00
ADY: Bakı-Qəbələ-Bakı qatarının hərəkəti ikitərəfli qaydada təşkil olunacaq
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər 6 iyundan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.Bildirilib ki, həmin günlərdə qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.Sərnişinlər səfər biletini ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından ala bilər.Xatırladaq ki, Bakıdan Qəbələyə gedən reys hər gün səhər saat 07:30-da yola düşür və saat 11:02-də Qəbələyə çatır. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edir və saat 22:27-də paytaxta çatır....
18 May 2026, 15:50
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.Citypost.az xəbər verir ki, dövlət başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd edib.Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini deyib.Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğulayıb.Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd edib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha...
18 May 2026, 15:38
Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Tədbir çərçivəsində Ə.Əsədov Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Respublikası Baş nazirinin müavini Tomaş Taraba ilə ikitərəfli görüşlər keçirib....
18 May 2026, 15:26