Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 

Cəmiyyət 18 May 2026, 16:58

286

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.

Citypost.az  xəbər verir ki, qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev dedi ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.

Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirdi, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu dedi və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğuladı. O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu dedi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirdi.

Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırladı, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını dedi.

O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirdi. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.

Can Quoçin qeyd etdi ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.

Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir.

Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı vurğulandı.

Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olundu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulandı. Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BDU-da professor Tofiq Rüstəmovun 90 illik yubileyi qeyd olunub 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli jurnalist, alim, professor Tofiq Rüstəmovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Bu barədə Citypost.az-a universitetdən məlumat verilib.Tədbirdə əvvəlcə professor Tofiq Rüstəmovun həyat və yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda onun uzun illər Azərbaycan jurnalistikasının inkişafı istiqamətində gördüyü işlər, televiziya və radio jurnalistikasının formalaşmasına verdiyi töhfələr, elmi-pedaqoji fəaliyyəti, yetişdirdiyi jurnalist nəsli, həmçinin Azərbaycan dilinin qorunması və saflığının təmin olunması istiqamətindəki xidmətləri əks olunub.Tədbirdə çıxış edənlər professor Tofiq Rüstəmovun milli jurnalistika məktəbinin formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, o, təkcə peşəkar jurnalist və alim kimi deyil, həm də yüksək...

18 May 2026, 17:43

Ukrayna yerli istehsal olan ilk idarəolunan aviasiya bombası hazırlayıb 

Ukrayna artıq döyüş istifadəsinə hazır olan ilk yerli idarəolunan aviasiya bombasını hazırlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov məlumat verib.“Brave-1” müdafiə habının üzvü Ukraynanın ilk idarəolunan aviasiya bombasını yaradıb. İnkişaf prosesi 17 ay davam edib.Bu, uyğunlaşdırılmış xarici və ya sovet silahı deyil, Ukrayna mühəndisləri tərəfindən hazırlanan və mövcud müharibənin reallıqlarına uyğunlaşdırılmış xüsusi dizayndır.Bomba istehkamları, komanda məntəqələrini və digər düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulub.Bombanın əsas xüsusiyyətlərinə Ukrayna mütəxəssisləri tərəfindən sıfırdan hazırlanmış unikal dizayn olan, buraxılışdan sonra onlarla kilometr məsafədəki hədəfləri vura bilən 250 kiloqramlıq döyüş başlığı daxildir.“Müdafiə Nazirliyi artıq ilk eksperimental partiyanı alıb. Pilotlar hazırda...

18 May 2026, 17:13

Elm və təhsil naziri misirli həmkarı ilə görüşüb 

Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüşüb.Bu barədə Citypost.az-a  Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

18 May 2026, 17:11

Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək 

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.Qeyd edilib ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş...

18 May 2026, 17:00

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Vilayət Eyvazovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində...

18 May 2026, 16:47

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib 

Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindən paylaşım edib."Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər", - paylaşımda qeyd olunub.Citypost.az həmin paylaşımı təqdim edir:

18 May 2026, 16:30