Türkiyədə akademik Kamal Abdulla haqqında yeni nəşr işıq üzü görüb
Cəmiyyət 22 May 2026, 14:45
386
Türk Mədəniyyətini Araşdırma İnstitutu akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları I Beynəlxalq Simpoziumunun materiallarından ibarət kitab çap edib. Kitabın redaktorları professor Ahmet Ercilasun və professor İsmet Çetindir.
AZƏRTAC xəbər verir ki, “Prof.Dr. Kamal Abdulla kitabı” adlı yeni nəşr “Ön söz”, “Dost yazıları” və “Elmi məqalələr” bölmələrindən ibarətdir. Bölmələrdəki məqalələr simpozium iştirakçıları tərəfindən təqdim edilib.
“Dost yazıları” bölməsində Ahmet B.Ercilasunun, Coşkun Akın, Hasene Aydının, Kerime Üstünovanın, Murat Cavlakın, Mustafa Üstünovanın və Şahin Sərdarlının yazıları yer alıb. “Elmi məqalələr” bölməsində isə akademik Nizami Cəfərovun, akademik Muxtar Kazımoğlunun, AMEA-nın müxbir üzvü Rafiq Əliyev və Burak Ekenin, professor Azad Məmmədovun, professor Aygül Hacıyevanın, Fatih Keskinin, Fikrət Türkmənin, İsmet Çetinin, Mario Soldaininin, Bəxtiyar Aslanın, Osman Fikri Sərtkayanın, Rövşən Ramizoğlunun və başqalarının Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı ilə bağlı yazıları dərc olunub.
İsmet Çetin kitaba yazdığı ön sözdə yazır: “Simpoziumun birinci bölməsində Fikrət Türkmen, Kerime Üstünova və Nizami Cəfərov Kamal Abdullanın ədəbi-estetik düşüncə sistemi, qeyri-səlis məntiq nəzəriyyəsi və dilçilik sahəsindəki ideyaları haqqında məruzələrlə çıxış ediblər”. Növbəti bölmə iclaslarında akademik Kamal Abdullanın roman, hekayə və teatr yaradıcılığı, onun postmodern estetikasında mifoloji qatlar, zaman və ömür fəlsəfəsi, həmçinin bədii dilin strukturu müxtəlif aspektlərdən təhlil olunub.
Simpoziumda qeyd olunub ki, Kamal Abdulla yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Onun əsərlərində dil, fəlsəfə və mifologiyanın qovuşduğu unikal yaradıcılıq modeli ədəbiyyat və elmin yeni istiqamətlərinə yol açır. Bu nüfuzlu elmi tədbirdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli də iştirak edib. O, simpozium çərçivəsində müxtəlif ölkələrdən gələn alimlərlə Türk dünyası ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıb.
Beynəlxalq elmi simpozium akademik Kamal Abdullanın Türk dünyası miqyasında tanınan elmi və ədəbi şəxsiyyət olduğunu bir daha nümayiş etdirib və Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin inkişafına mühüm töhfə kimi dəyərləndirilib. “Prof.Dr. Kamal Abdulla kitabı”nda akademik Kamal Abdullanın dramaturgiyası haqqında Fatih Keskin “Üzeyir Hacıbəylidən Kamal Abdullaya: “Gülçöhrə xanım və Əsgər ağa” adlı yazısında qeyd edir: “Kamal Abdullanın “Gülçöhrə xanım və Əsgər ağa” adlı pyesində onun öz əsərlərinə açıq və örtülü göndərmələrə rast gəlirik. Pyes bu mənada göndərmələrlə fərqlənir. Əsgər ağa ilə Gülçöhrə xanımın söhbətlərində bunu müşahidə edirik. Fani dünyanın mistik elementlərinə toxunan müəllif “Unutmağa kimsə yox”, “Haralara gətirəcək bizi bu yol?”, “Divar önünə”, “Məni daha gözləmə” kimi şeirləri Əsgərin dilindən ifadə edir.
Kitabda Fikrət Türkmənin “Azərbaycanda fikri-ədəbi oyanış və Kamal Abdulla” yazısı diqqət çəkir. Qeyd olunur ki, Kamal Abdullanın hekayələri, romanları zaman sərhədlərini aşır, dünya ədəbiyyatına nüfuz etməyi bacarır. Kamal Abdulla mifdən yazıya, dilin sintaksisi kimi məsələlərdə zəngin bilik və təcrübəyə istinad edərək, fərqli düşüncəni ortaya qoyur.
Həmçinin oxuyun
Kitabda yer alan növbəti diqqətçəkən yazılardan biri də Naciyə Ata Yıldızın “Kamal Abdulla və Gizli Dədə Qorqud” adlanır. Məqalədə akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud” əsəri ilə bağlı tədqiqatları, araşdırmaları özünəməxsus şəkildə təqdim olunur. Əsərin ideya və sujet xəttinin orijinallığı və estetik həll imkanları önə çəkilir. Qeyd olunur ki, Kamal Abdulla mif və tarix arasında körpü rolunu oynacaq bir əsər ortaya qoymağı bacarıb. Bu da onu həm yazıçı kimi, həm də alim kimi fərqləndirən amillərdən biridir.
Akademik Nizami Cəfərovun “Akademik Kamal Abdullanın dilçilik görüşləri” yazısında alimin dilçilik elmindəki tədqiqatları, araşdırmaları və akademik fəaliyyəti ilə bağlı ətraflı məlumat verilir. Qeyd olunur ki, akademik Kamal Abdullanın elmi fəaliyyəti gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.
Xalq şairi Ramiz Rövşənin oğlu, tədqiqatçı-alim Rövşən Ramizoğlunun “Kamal Abdullanın əsərlərində “Su” anlayışının mifoloji və mədəni kökləri” adlı yazısında akademik Kamal Abdullanın əsərlərindəki türk sözlərinin işlənmə yeri və rolu haqqında bəhs olunur. “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” əsərlərində “su” anlayışlarının işlənməsi ilə bağlı maraqlı detallar diqqət çəkir.
Səhər Ərdoğan Çəltik “Kamal Abdullanın pyesləri üzərinə ümumi dəyərləndirmə” adlı yazısında akademik Kamal Abdullanın pyeslərini təhlil edib. Qeyd olunur ki, Kamal Abdullanın pyeslərinin dərinliklərində fəlsəfi mövzular yer alır. “Kim deyir ki, Simurq quşu var imiş” pyesində mifoloji nəsnələrə diqqət çəkilir. Həmin nəsnələrin zaman və məkan anlayışlarında işlənmə incəliyi vurğulanır. Postmodern elementlərə də diqqət çəkən müəllif mətndə bu elementlərin önəmini vurğulayır.
Kitab Kamal Abdulla yaradıcılığının görünən və görünməyən tərəflərinin, elmi fəaliyyətinin alt qatlarındakı zaman və məkan prinsiplərinin, sözün və sirrin sehrli aləminə səyahətin nümunələridir. Bunların bəzilərində Kamal Abdullanı tanıyanlar onu tanımadıqlarına, “tanımayanlar” isə onu tanıdıqları qənaətinə gələ bilər. Bu mənada kitab unikaldır. Kitab bütün varlığı ilə sözə, sirrə və göylərə yol alan bir işığın səyahət xəritəsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anar Əsədliyə hökm oxunub
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən Anar Əsədli 5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında...
22 May 2026, 15:40
Deputat Zaur Şükürov vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Zaur Şükürov Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.Citypost.az xəbər verir kii, Görüş zamanı qəsəbə sakinləri onları narahat edən sosial və infrastruktur məsələləri ilə bağlı deputata müraciətlər ünvanlayıblar. Sakinlər əsasən ictimai nəqliyyatın yenilənməsi, yeni uşaq bağçasının tikintisi, küçələrin işıqlandırılması, həmçinin qəsəbədaxili yolların vəziyyəti ilə bağlı problemləri diqqətə çatdırıblar.Deputat Zaur Şükürov vətəndaşların hər bir müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti qurumlara yönləndiriləcəyini və nəzarətdə saxlanılacağını bildirib. Pirəkəşkül qəsəbə sakinləri göstərilən diqqətə görə deputata təşəkkür edərək, bu cür görüşlərin onların problemlərinin çatdırılması baxımından faydalı olduğunu vurğulayıblar....
22 May 2026, 15:17
Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkənin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan...
22 May 2026, 14:55
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Böyük Britaniya səfiri Fergus Auld Azərbaycanı tərk edir.Citypost.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.O, bu gün səfir kimi Azərbaycanda son iş günü olduğunu qeyd edib.Fergus Auld hər şey üçün təşəkkür edib.Diplomat Bakını tərk etdikdən sonra da Azərbaycanın uzun müddət onun qəlbində yaşayacağını vurğulayıb.
22 May 2026, 14:33
Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldovanın energetika nazirləri ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşlər keçirib.Citypost.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə ölkələrimiz arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib. Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. Azərbaycan-Türkiyə bu uğurlu enerji birliyinin elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.Bu...
22 May 2026, 14:22
Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır
Əhalinin iqlimə davamlı mənzillə təmin olunması qlobal iqlim gündəliyi ilə birbaşa bağlıdır və beynəlxalq maliyyələşmə mexanizmlərinin genişləndirilməsini tələb edir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.Onun fikrincə, insanların əlçatan mənzillə təmin olunması mücərrəd siyasi məsələ deyil, insan hüquqlarının fundamental problemidir.Y.Rəfiyev hesab edir ki, keyfiyyətli yaşayış şəraitinə bərabər çıxış imkanı sosial bərabərsizlik səviyyəsini aşağı salır, bu sahədəki çatışmazlıq isə dövlətlərdə sosial gərginliyin və daxili qeyri-sabitliyin artmasına səbəb ola bilər.Rəfiyev qeyd edib ki, müasir yaşayış obyektləri iqlim riskləri mütləq nəzərə alınmaqla inşa edilməlidir, lakin maliyyə vəsaitlərinin çatışmazlığı bu prosesi ciddi şəkildə ləngidir:...
22 May 2026, 14:16