Mir Şahin Ağayev: Sosial şəbəkələrdə linç və təhqir mühiti narahatlıq doğurur
Cəmiyyət 22 May 2026, 10:14
353
Real TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin Ağayev sosial şəbəkədə Azərbaycan yazıçısı, şairi, dramaturqu və alimi Kamal Abdulla ilə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalının müsahibələrinə münasibət bildirib.
Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, sözügedən şəxslər cəmiyyətdə qadının rolu və “uşaq pulu” mövzusu ilə bağlı fikirlər səsləndirib və bu fikirlərdən sonra sosial şəbəkələrdə hər iki şəxs ciddi tənqid və təzyiqlə üzləşib.
Mir Şahin Ağayev bildirib ki, rəqəmsal mühitdə “söz azadlığı” adı altında bəzən təhqir və linç kampaniyaları həyata keçirilir, bu isə cəmiyyətin düşüncə mühitinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, sosial şəbəkələrdə populist yanaşmaların və bəsit müzakirələrin üstünlük təşkil etməsi nəticəsində daha dərin və qlobal məsələlər kölgədə qalır.
O əlavə edib ki, bu gün Bakı şəhəri beynəlxalq tədbirlərə ev sahibliyi edir və qlobal məsələlər müzakirə olunduğu halda, sosial şəbəkələrdə daha çox “uşaq pulu” və qadının ailədə rolu kimi mövzular ətrafında sərt və təhqiramiz müzakirələr aparılır.
Mir Şahin Ağayev vurğulayıb ki, sosial şəbəkələrdə təhqir və təzyiq mühitinin formalaşması nəticəsində fərqli düşünən insanların susmağa məcbur qalması cəmiyyətdə fikir plüralizminə mənfi təsir göstərir.
Həmçinin oxuyun
O, Kamal Abdulla və Günay Ağamalının hədəf alınmasına etiraz edərək bildirib ki, rəqəmsal platformalarda fikir bildirmək istəyənlər təzyiqə məruz qalır.
Jurnalist çıxışında sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirib ki, uşaqların dünyaya gəlməsi və böyüməsi sevgi və dəyərlər üzərində qurulmalıdır, maliyyə müzakirələri və populist yanaşmalar üzərindən deyil.
O əlavə edib ki, cəmiyyətdə aqressiv və təhqiramiz davranışların artması qəbulolunmazdır və fikir mübadiləsi daha mədəni çərçivədə aparılmalıdır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ANAMA: Mina təhlükəsi hələ də mövcuddur
Ən geniş yayılmış mina növlərindən biri Rusiya istehsalı PMN tipli piyada əleyhinə minaların surətləridir. Bundan əlavə, əməliyyatlar zamanı müxtəlif növ partlayıcı qurğular və döyüş sursatları ilə də qarşılaşırıq.APA xəbər verir ki, bunu Azərbaycan Republikasının Minatəmizləmə Agentliyinin təşkilatçılığı ilə təşkil olunan “Münaqişədən sonrakı şəhər rekonstruksiyası: Humanitar minatəmizləmənin həlledici rolu” mövzusunda tədbirdə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov bildirib.O qeyd edib ki, müxtəlif rayonlarda aparılan yenidənqurma işləri zamanı mina tələləri və gizlədilmiş partlayıcı qurğular aşkarlanır:“Adətən bu cür qurğular insanların onların mövcudluğunu gözləmədiyi ərazilərdə yerləşdirilir ki, bu da təhlükəni daha da artırır. 2023-cü ildən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa...
22 May 2026, 10:18
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətində ittiham olunan şəxsə hökm oxunub
Bakı şəhəri Səbail rayon məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.APA xəbər verir ki, transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.Müəyyən edilib ki, E. İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib. Müvafiq...
22 May 2026, 10:07
Məhəmməd Türkmən deputatın uşaqpulu açıqlamasına sərt reaksiya verdi
Reportyor və fotoqraf Məhəmməd Türkmən deputat Günay Ağamalının efirdə səsləndirdiyi “Uşaqpulu tənbəllik yarada bilər. Dövlət uşaqpulu versə, valideynlər işləməyəcək. Ailədə atanın işləməsi kifayət edir” fikirlərinə sərt reaksiya verib.Citypost.az xəbər verir ki, Məhəmməd Türkmən sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, uşaqpulunun məbləği insanların işləməməsinə səbəb olacaq qədər yüksək deyil. O qeyd edib ki, ölkədəki maaşlar və insanların sosial vəziyyəti ilə bağlı səsləndirilən bəzi fikirlər reallıqla uzlaşmır.Jurnalist deputatların xalqın gündəlik yaşayış problemlərini daha yaxşı anlamalı olduğunu vurğulayıb. O, paylaşımında bəzi ailələrin hətta əsas ərzaq məhsullarını almaqda çətinlik çəkdiyini qeyd edib.Məhəmməd Türkmən, həmçinin deputatların “millət vəkili” ifadəsini işlətməsinə də münasibət bildirərək, xalqın...
22 May 2026, 09:58
Yazıçı Kamal Abdullanı müdafiə etdi: “Bir ziyalını təkcə bir başlıqla qiymətləndirmək doğru deyil”
Media ziyalıları cəmiyyətə təqdim edərkən diqqətli olmağa borcludur!Citypost.az xəbər verir ki, bu sözləri yazıçı Nərgiz İsmayılova yazıb.Xanım yazıçı daha sonra əlavə edərək bildirib ki, Kamal Abdullanın müsahibəsindən yayılan bir neçə cümlə sosial şəbəkələrdə geniş müzakirə olunur. Amma düşünürəm ki, burada bir məqama xüsusi diqqət etmək lazımdır, media bəzən uzun və çoxqatlı fikrin içindən ən sərt səslənən hissəni seçib başlığa çıxarır və nəticədə tamam başqa təsir yaranır.Kamal Abdulla illərlə Azərbaycan ədəbiyyatında, elmində və akademik mühitində formalaşmış bir ziyalı obrazıdır. Onun yaradıcılığına, universitet mühitindəki fəaliyyətinə və insanlarla münasibətinə baxanlar yaxşı bilir ki, qadınlara qarşı hörmətsiz və ya onları kiçildən münasibət Kamal müəllimin...
22 May 2026, 09:55
Tural İrfan: “Qadının evdə oturması üçün əvvəlcə sosial təminat olmalıdır”
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan professor Kamal Abdullanın qadınların evdə oturub övladlarına baxmasının daha yaxşı olması ilə bağlı fikirlərinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Tural İrfan qeyd edib ki, qadının evdə oturaraq övladlarına baxması üçün ilk növbədə ailənin sosial rifahı təmin olunmalıdır. Onun sözlərinə görə, bunun üçün ailə başçısının normal maaşı, uşaqlara verilən sosial dəstək və yaşlı nəslin layiqli pensiyası olmalıdır.Siyasi şərhçi bildirib ki, qadınların ağır şəraitdə işləməyə məcbur qalmasının əsas səbəbi iqtisadi çətinliklərdir:“Əgər ailənin dolanışığı təmin olunsa, ərzaq məhsullarının qiyməti münasib olsa, heç bir qadın küçə süpürmək, bazarda soğan satmaq, qışın soyuğunda müxtəlif ağır işlərdə...
22 May 2026, 09:45
Bakının üç rayonunun elektrik xəttlərində yenidənqurma işləri aparılacaq
Bu gün Yasamal, Xəzər və Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamalda yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Xəzər rayonunda elektrik xəttlərini əhatə edəcək yenidənqurma işlərinə əsasən, fasilə saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrinin bəzi ərazilərinə tətbiq olunacaq.Həmçinin Suraxanıda 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasından qidalanan TM-də görüləcək iməclik işləri nəticəsində saat 10:00-dan 13:00-dək Yeni Günəşli qəsəbəsi D massivi Surxay Noçuyev küçəsinin bir...
22 May 2026, 09:18