Bizə yazın

Baku

-°C

USD

-

Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldovanın energetika nazirləri ilə görüşüb 

Cəmiyyət 22 May 2026, 14:22

353

Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşlər keçirib.

Citypost.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə ölkələrimiz arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib. Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. Azərbaycan-Türkiyə bu uğurlu enerji birliyinin elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Bu yaxınlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı nazir Alparslan Bayraktar “Bakı Enerji Həftəsi”ndə iştirak edəcəyini bildirib.

Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşdə isə müasir enerji reallıqlarında qaz təchizatının sabitliyinin təmin olunmasında boru kəmərlərinin əhəmiyyəti vurğulanıb. Hər iki ölkədə energetika sektorunda aparılan islahatlara toxunulub, müxtəlif istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafı üçün imkanlar dəyərləndirilib. Moldovalı nazir də “Bakı Enerji Həftəsi”ndə iştirakını təsdiqləyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar Əsədliyə hökm oxunub 

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən Anar Əsədli 5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında...

22 May 2026, 15:40

Deputat Zaur Şükürov vətəndaş qəbulu keçirib 

Milli Məclisin deputatı Zaur Şükürov Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.Citypost.az xəbər verir kii, Görüş zamanı qəsəbə sakinləri onları narahat edən sosial və infrastruktur məsələləri ilə bağlı deputata müraciətlər ünvanlayıblar. Sakinlər əsasən ictimai nəqliyyatın yenilənməsi, yeni uşaq bağçasının tikintisi, küçələrin işıqlandırılması, həmçinin qəsəbədaxili yolların vəziyyəti ilə bağlı problemləri diqqətə çatdırıblar.Deputat Zaur Şükürov vətəndaşların hər bir müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti qurumlara yönləndiriləcəyini və nəzarətdə saxlanılacağını bildirib. Pirəkəşkül qəsəbə sakinləri göstərilən diqqətə görə deputata təşəkkür edərək, bu cür görüşlərin onların problemlərinin çatdırılması baxımından faydalı olduğunu vurğulayıblar....

22 May 2026, 15:17

Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkənin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan...

22 May 2026, 14:55

Türkiyədə akademik Kamal Abdulla haqqında yeni nəşr işıq üzü görüb 

Türk Mədəniyyətini Araşdırma İnstitutu akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları I Beynəlxalq Simpoziumunun materiallarından ibarət kitab çap edib. Kitabın redaktorları professor Ahmet Ercilasun və professor İsmet Çetindir.AZƏRTAC xəbər verir ki, “Prof.Dr. Kamal Abdulla kitabı” adlı yeni nəşr “Ön söz”, “Dost yazıları” və “Elmi məqalələr” bölmələrindən ibarətdir. Bölmələrdəki məqalələr simpozium iştirakçıları tərəfindən təqdim edilib.“Dost yazıları” bölməsində Ahmet B.Ercilasunun, Coşkun Akın, Hasene Aydının, Kerime Üstünovanın, Murat Cavlakın, Mustafa Üstünovanın və Şahin Sərdarlının yazıları yer alıb. “Elmi məqalələr” bölməsində isə akademik Nizami Cəfərovun, akademik Muxtar Kazımoğlunun, AMEA-nın müxbir üzvü Rafiq Əliyev və Burak Ekenin, professor Azad Məmmədovun, professor...

22 May 2026, 14:45

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir 

Böyük Britaniya səfiri Fergus Auld Azərbaycanı tərk edir.Citypost.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.O, bu gün səfir kimi Azərbaycanda son iş günü olduğunu qeyd edib.Fergus Auld hər şey üçün təşəkkür edib.Diplomat Bakını tərk etdikdən sonra da Azərbaycanın uzun müddət onun qəlbində yaşayacağını vurğulayıb.

22 May 2026, 14:33

Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 

Əhalinin iqlimə davamlı mənzillə təmin olunması qlobal iqlim gündəliyi ilə birbaşa bağlıdır və beynəlxalq maliyyələşmə mexanizmlərinin genişləndirilməsini tələb edir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.Onun fikrincə, insanların əlçatan mənzillə təmin olunması mücərrəd siyasi məsələ deyil, insan hüquqlarının fundamental problemidir.Y.Rəfiyev hesab edir ki, keyfiyyətli yaşayış şəraitinə bərabər çıxış imkanı sosial bərabərsizlik səviyyəsini aşağı salır, bu sahədəki çatışmazlıq isə dövlətlərdə sosial gərginliyin və daxili qeyri-sabitliyin artmasına səbəb ola bilər.Rəfiyev qeyd edib ki, müasir yaşayış obyektləri iqlim riskləri mütləq nəzərə alınmaqla inşa edilməlidir, lakin maliyyə vəsaitlərinin çatışmazlığı bu prosesi ciddi şəkildə ləngidir:...

22 May 2026, 14:16