Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 22 May 2026, 12:50
304
Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında gözlənilən hava
Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-65% təşkil edəcək.
Həmçinin oxuyun
Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Ləkətağ kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə Ləkətağ kəndindən olan seçicilərlə yanaşı, Boyəhməd kəndindən olan seçicilər də iştirak ediblər.Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər....
22 May 2026, 12:57
İlham Əliyev Yerlan Sıdıkova təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə Heyətinin sədri-rektoru Yerlan Sıdıkova təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli cənab Sıdıkov,Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm.Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri, regionda mötəbər elm və təhsil mərkəzinə çevrilmişdir.Professor-müəllim heyətinin peşəkarlığı və tədris prosesinin təşkilinə innovativ yanaşma sayəsində AMU bu gün yüksək keyfiyyətli təhsilin simvolu, qlobal əhəmiyyətli təhsil müəssisələrindən biri hesab olunur. Universitetin bir çox məzunları müstəqil Qazaxıstanın inkişafına...
22 May 2026, 12:46
Azərbaycan və İran regional əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan və İran arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib.Citypost.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.Məlumata görə, qurumun sədr müavini Dövlətxan Dövlətxanov İranın Yol və Şəhərsalma nazirinin müavini Qulamrza Kazemian ilə görüş keçirib. Görüş zamanı şəhərsalma, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
22 May 2026, 12:29
DYP həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib.İdarədən Citypost.az-a daxil olan məlumatda deyilir:"Müşahidələr göstərir ki, bir qayda olaraq həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür.DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət...
22 May 2026, 12:19
FHN Bakı Türk Anadolu Liseyində təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən liseyin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.Praktiki hissədə şərti yanğın...
22 May 2026, 11:57
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.Citypost.az-ın xəbərinə görə, parlamentin mayın 26-da keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı.2. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.4. N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.5. B.M.Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.8. “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində,...
22 May 2026, 11:45