Bizə yazın

Baku

-°C

USD

-

Turan Rzayev: Buğda məsələsi Azərbaycan üçün milli təhlükəsizlik problemidir

Cəmiyyət 26 May 2026, 08:05

288

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq.

“Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”, - dövlət başçısı qeyd edib.

Azərbaycan üçün buğda məsələsi milli təhlükəsizlik məsələsidir. Çünki, buğda strateji məhsuldur. Xüsusilə qida təhlükəsizliyi baxımından bir ölkənin vətəndaşının ən mühüm və təməl ehtiyaclarındandır. Bu mənada dövlətin bu ehtiyacı qarşılaması prioritet məsələdir.

Müqayisə üçün deyim ki, Neft və qaz da strateji məhsullar sayılır. Ölkəmiz nəinki bu iki məhsula görə xaricdən aslı deyil əksinə satışında böyük qazanc əldə edir. Lakin bir reallıq var ki, dövlət enerji ixrac edə bilər, valyuta qazana bilər, amma qlobal böhran anında bazarda buğda tapılmazsa və ya qiymətlər kəskin yüksələrsə, pul hər problemi həll etmir. Bunu bütün dünya Rusiya🇷🇺-Ukrayna🇺🇦 müharibəsinin ilk ilində ən acı şəkildə gördü. Enerji böhranını ölkələr alternativ ölkələr ilə kompensasiya etsə də, hər iki ölkənin dünyanın aparıcı buğda ixracatçısı olması səbəbindən bir çox ölkələr ixrac məhdudiyyətləri tətbiq etdi, logistika pozuldu, qiymətlər artdı. Hesab edirəm Prezidentin narahatlığının bir səbəbi budur.

55 faiz səviyyəsində özümüzü buğda ilə təmin etməyimiz bizi xaricdən asılı etmir, amma problem ondadır ki, əhali artır, istehlak artır, iqlim dəyişiklikləri dərinləşir, su problemi böyüyür. Belə şəraitdə daxili istehsal yerində sayırsa, gələcəkdə asılılıq kritik həddə çata bilər. Dövlət bu sahədə böyük subsidiyalar ayırır, aqroparklar yaradır, texnika və infrastruktur dəstəyi verir. Amma buna rəğmən illərdir nəticə dəyişmir.

Məsələ resurs problemi deyil. Misal üçün Prezident aqroparkların rolunu müsbət qiymətləndirsə də, nəticənin dəyişmədiyini açıq şəkildə etiraf edir. Bu onu göstərir ki, indiki model gözlənilən effekti vermir.

Hesab edirəm Prezidentin aktuallaşdırdığı bu məsələ üzərində ciddi düşünülməli, təkliflər verilməlidir. Birinci növbədə problemlər aşkarlanmalıdır. Misal üçün mənə görə hazırda əsas problem kənd təsərrüfatına dövlət dəstəyi olmasına baxmayaraq bu sahəyə marağın ildən-ilə azalmasıdır. Rayon və kənd əhalisi regionlardan paytaxta axın edir. Bunun əsas səbəbi də heç şübhəsiz həyat standartlarının bahalaşması, şəhər həyatının daha cəlbedici olması və kənd təsərrüfatı sahələrinin vətəndaşa istənilən səviyyədə gəlir verməməsidir.

Dövlət kənd təsərrüfatının inkişafına dəstək ayırsa belə, bu dəstəyin vətəndaşa hansı şəffaflıqda çatması, vətəndaşın bu dəstəyi nə qədər səmərəli istifadə etdiyi təəssüf ki, tam dəqiq deyil.

Mənə görə digər problem ixtisaslı kadrların azlığıdır. Azərbaycanda bu sahədə müvafiq ali təhsil ocaqları və tədris olsa da, gənc nəsil bu sahəyə ya maraq göstərmir, ya da gələcək qayğısı ilə bu sahəni bitirsə də, fərqli sahələrə yönəlir.

Hesab edirəm mövcud metodlar effektiv nəticə vermirsə, dünya təcrübəsinə müraciət etmək lazımdır. Bu sahədə ən uğurlu model Niderlandındır🇳🇱. Belə ki, bu ölkə dünyanın ən kiçik ölkələrindən biri olmasına baxmayaraq hazırda kənd təsərrüfatında qlobal gücə çevrilib. Ən maraqlısı isə budur ki, torpaq sahəsi və əhali baxımından nəhəng olmayan bu ölkə ABŞ-dan sonra dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarından biridir. Müqayisə üçün deyim ki, Azərbaycan həm ərazi,

həm əhali, həm də resurs baxımından Niderlanddan çox daha böyük potensiala sahibdir.

Hesab edirəm əsas fərq düşüncədədir. Belə ki, Azərbaycan başda olmaqla bir çox ölkədə kənd təsərrüfatı ənənəvi sahə kimi qəbul olunur. Niderland isə kənd təsərrüfatına “əkin-biçin” kimi yox, elmi araşdırmaların aparıldığı, yeni texnologiyaların tətbiq edildiyi bir sahə kimi baxır. Məsələn, bu ölkənin fermeri sadəcə torpağa toxum atan adam deyil. O, eyni zamanda məlumat analitiki, texnologiya istifadəçisi və biznes idarəçisidir. Hətta bir çox istixanada kompüter sistemi havadakı rütubəti, torpağın kimyəvi balansını, günəş işığını və su miqdarını avtomatik idarə edir.

Niderland modeli “daha az resursla daha çox məhsul” fəlsəfəsinə əsaslanır. Hətta “hidroponika” deyilən bir sistemləri var. Bu sistem həm suya qənaət edir, həm də məhsuldarlığı artırır. Bəzi təsərrüfatlar ənənəvi üsullarla müqayisədə 90 faiz daha az su istifadə edir.

Hesab edirəm Niderland modelinin bu qədər uğurlu olmasının əsas sirri təhsildir. "Vaqeningen Universiteti və Tədqiqat Mərkəzi" dünyada kənd təsərrüfatı və aqrar elmlər sahəsində ən güclü elmi mərkəzlərdən biri hesab olunur. Hətta dünyada bu sahədə magistratura təhsili verən, elm xadimləri yetişdirən nadir müəssisələrdəndir.

Əlbəttə, bütün bunları deməkdə məqsədim Niderlandı ucaltmaq deyil. Bu sahədəki problemlər məlumdur. Problemlərdən çıxış yolu kimi ilk növbədə Niderland ilə dövlət səviyyəsində aqrar sahədə təcrübə mübadiləsi aparılmalı, bu və başqa ölkələrə dövlət dəstəyi ilə istedadlı, həvəsli, savadlı kadrlar göndərmək lazımdır. Daha sonra isə bu kadrlar və xarici mütəxəssislərlə birlikdə Gəncə, Bərdə, Kürdəmir, Ağcabədi kimi rayon və şəhərlərin birində Vaqeningen Universiteti və Tədqiqat Mərkəzinə bənzər mərkəz qurmaq lazımdır. Növbəti etapda isə milli kadrlar vasitəsilə fermer və kəndliləri maarifləndirərək dövlət dəstəyi ilə inkişafa nail olmaq olar.

Təcrübə göstərir ki, Prezident İlham Əliyev heç nədən boşuna narahat olmur. Bu gün ola bilər ki, buğda çatışmazlığımız yoxdur, lakin gələcəkdə olmayacaq deyə bir şey də yoxdur. Buna görə də bu, üzərində durulası strateji məsələdir.

Turan Rzayev

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN: Yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir

Son günlər bəzi ərazilərdə yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, hazırda Zərdab rayonu ərazisində Nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə işləri həyata keçirilir.

26 May 2026, 10:59

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq 

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.Citypost.az xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır....

26 May 2026, 10:42

DMX Bakı-Tbilisi sərnişin qatarı ilə səfər edən əcnəbilərə müraciət edib  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bu marşrut üzrə Azərbaycan Respublikasının ərazisinə səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir."Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan...

26 May 2026, 10:10

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.FHN-dən Citypost.az-a verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....

26 May 2026, 10:01

Yol polisi bayram günləri ilə bağlı piyadalara müraciət edib 

Yol polisi Qurban bayramı və Müstəqillik Günü ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Citypost.az-a verilən məlumata görə, bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırırıq:"Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər. Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar. Piyadalar isə yolu yalnız...

26 May 2026, 10:00

Emin Əmrullayev  təhsil işçiləri ilə görüşdü

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev Qax rayonuna səfəri çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin bir qrup direktoru, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və qabaqcıl müəllimlərlə görüşüb. Citypost.az xəbər verir ki, görüş zamanı Emin Əmrullayev son illər təhsil sahəsində həyata keçirilən islahatlar və təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması barədə danışıb.Nazir müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, eləcə də qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflərə toxunub.Çıxışının sonunda Emin Əmrullayev şimal-qərb bölgəsinin təhsil göstəricilərinin ölkə üzrə yüksək nəticələr sırasında yer aldığını vurğulayaraq müəllimlərə və təhsil müəssisələrinin rəhbərlərinə təşəkkür edib. Görüşdə iştirakçıların rəy və...

26 May 2026, 08:45