Bizə yazın

Baku

-°C

USD

-

Burun-boğaz və diş əti infeksiyaları ürəyə necə təsir edir?   

Tibb 26 May 2026, 09:11

1031

Mütəxəssislər xəbərdarlıq edirlər ki, insanlar çox vaxt boğaz, badamcıq və diş əti infeksiyalarını adi problem hesab etsələr də, bu xəstəliklər bəzi hallarda ürək sağlamlığı üçün ciddi təhlükəyə çevrilə bilər.

Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə uzun müddət müalicə olunmayan boğaz infeksiyaları, xroniki tonzillit, irinli angina və diş əti iltihabları orqanizmdə infeksiyanın yayılmasına səbəb ola bilir. Bu zaman mikroblar qan dövranı vasitəsilə ürəyə çataraq ürək qapaqlarında və ürək toxumalarında zədələnmə yarada bilər.

Mütəxəssislər bildirirlər ki, ən təhlükəli hallardan biri revmatik qızdırma və infeksion endokardit kimi ağırlaşmalardır. Bu xəstəliklər zamanı ürək qapaqları zədələnir, ürəyin normal fəaliyyəti pozulur və gələcəkdə ciddi ürək çatışmazlığı riski yaranır.

Həkimlər qeyd edirlər ki, xüsusilə uşaqlıq və yeniyetmə dövründə tez-tez təkrarlanan boğaz infeksiyaları diqqətsiz qaldıqda sonradan ürək problemlərinə zəmin yarada bilər. Bəzi insanlar illərlə səbəbini bilmədikləri ürək qapaq xəstəlikləri ilə qarşılaşırlar və araşdırma zamanı keçmişdə ağır boğaz infeksiyası keçirdikləri məlum olur.

Diş əti xəstəlikləri də ürək üçün təhlükəli hesab olunur. Çünki ağız boşluğunda yaranan bakteriyalar qan vasitəsilə yayılaraq damar divarlarında iltihabi prosesləri gücləndirə bilər. Bu isə ürək-damar xəstəlikləri riskini artırır.

Mütəxəssislərin sözlərinə görə, ağızdan pis qoxu gəlməsi, diş ətlərində qanama, şişkinlik, tez-tez boğaz ağrısı, yüksək hərarət və uzunmüddətli halsızlıq kimi əlamətlər mütləq diqqətdə saxlanmalıdır.

Həkimlər insanlara özbaşına antibiotik istifadəsindən uzaq durmağı və infeksiyaları vaxtında müalicə etdirməyi tövsiyə edirlər. Çünki yarımçıq müalicə olunan infeksiyalar sonradan xronikləşərək daha ağır problemlərə yol aça bilər.

Mütəxəssislər vurğulayırlar ki, burun-boğaz və diş əti problemlərinin vaxtında müayinəsi və düzgün müalicəsi təkcə həmin nahiyələrin deyil, ümumi orqanizmin, xüsusilə ürəyin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ayaqda qızartı və yara varsa, səbəb damar yox, iltihab ola bilər  

Ayaqlarda yaranan qızartı, qaşınma, sağalmayan yaralar və ya xora kimi problemlər bir çox insanı narahat edir. Əksər hallarda pasiyentlər ilk olaraq damar problemlərindən şübhələnir və doppler müayinəsinə müraciət edirlər. Lakin bəzi hallarda doppler müayinəsinin nəticələri normal çıxır və damarlarda hər hansı ciddi problem aşkarlanmır. Bu zaman sual yaranır: əgər damarlar sağlamdırsa, ayaqdakı problem nədən qaynaqlanır?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, belə hallarda səbəb damar sistemi deyil, ayağın yumşaq toxumalarında gedən iltihabi proseslər ola bilər. Dərinin və dərialtı toxumaların iltihabı qızartı, qaşınma, ağrı, şişkinlik və hətta yara əmələ gəlməsi ilə müşayiət oluna bilər. Bəzən bu hallar infeksiya, immun sisteminin reaksiyası...

08 İyun 2026, 10:45

Döyənəyi kəsmək təhlükəli ola bilər dermatoloqlardan xəbərdarlıq  

Dəridə yaranan döyənəklər bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Lakin mütəxəssislər bildirirlər ki, döyənəyi ev şəraitində kəsmək və ya müxtəlif üsullarla aradan qaldırmağa çalışmaq vəziyyəti daha da ağırlaşdıra bilər.Citypost.az-ın məlumatına görə dermatoloqların sözlərinə görə, döyənəyi olan insanların ən çox yol verdiyi səhvlərdən biri onu iti alətlərlə kəsməyə çalışmaqdır. Bəziləri qayçı, ülgüc və ya digər kəsici vasitələrdən istifadə edərək törəməni özbaşına götürmək istəyirlər. Bu isə həm infeksiya riskini artırır, həm də döyənəyin daha da yayılmasına səbəb ola bilər.Mütəxəssislər qeyd edirlər ki, digər geniş yayılmış yanlış yanaşma apteklərdən müxtəlif yapışdırıcı vasitələr, leykoplastlar və ya məsləhətsiz preparatlar alaraq onlardan istifadə etməkdir. Bu cür...

08 İyun 2026, 10:39

Ferritin aşağı, hemoqlobin normaldırsa, dərhal dəmir qəbul etməyə tələsməyin  

Laborator analizlər zamanı bir çox insan ferritin göstəricisinin aşağı olduğunu gördükdə dərhal dəmir preparatlarına başlamağın vacib olduğunu düşünür. Lakin mütəxəssislər bildirirlər ki, ferritinin aşağı olması hər zaman dəmir çatışmazlığı anemiyası demək deyil və belə hallarda səbəbi araşdırmadan özbaşına müalicəyə başlamaq düzgün yanaşma hesab olunmur.Citypost.az-ın məlumatına görə, ferritin orqanizmdə dəmir ehtiyatlarını göstərən əsas göstəricilərdən biridir. Bəzən analizlərdə ferritin aşağı çıxsa da, hemoqlobin, eritrositlər və digər dəmir göstəriciləri normal həddə olur. Bu vəziyyət hələ anemiyanın formalaşmadığını göstərə bilər. Belə hallarda əsas məqsəd səbəbi müəyyən etmək olmalıdır.Həkimlər qeyd edirlər ki, ferritinin azalmasının arxasında müxtəlif faktorlar dayana bilər. Qidalanma pozğunluqları, uzunmüddətli pəhrizlər, həzm sistemində...

08 İyun 2026, 09:42

“Xərçəng metastaz verib” nə deməkdir və bu, son mərhələ sayılırmı?   

Xərçəng diaqnozu ilə bağlı ən çox narahatlıq yaradan ifadələrdən biri “metastaz verib” sözüdür. Bu ifadə bir çox insanda xəstəliyin artıq son mərhələyə çatdığı və sağalma ümidinin qalmadığı düşüncəsini yaradır. Lakin onkoloqlar bildirirlər ki, bu yanaşma hər zaman düzgün deyil.Citypost.az xəbər verir ki, həkimlərin açıqlamasına görə, xərçəng hüceyrələrinin yarandığı ilkin orqandan başqa orqanlara yayılması “metastatik xərçəng” adlanır və bu vəziyyət adətən 4-cü mərhələ kimi qiymətləndirilir. Amma bu, avtomatik olaraq “son mərhələ” demək deyil.Mütəxəssislər vurğulayırlar ki, müasir tibbdə 4-cü mərhələdə olan bir çox xərçəng növündə belə uzunmüddətli yaşam mümkündür. Xüsusilə son illərdə inkişaf edən müalicə metodları xəstələrin həyat müddətini əhəmiyyətli dərəcədə uzadıb...

05 İyun 2026, 10:25

Burun spreylərindən uzun müddət istifadə təhlükəlidirmi?   

Burun tutulması insanların ən çox rastlaşdığı sağlamlıq problemlərindən biridir. Soyuqdəymə, allergiya, sinusit və digər tənəffüs yolu xəstəlikləri zamanı bir çox insan rahat nəfəs almaq üçün burun spreylərindən istifadə edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatlardan uzun müddət və nəzarətsiz istifadə ciddi problemlərə səbəb ola bilər.Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, burun tənəffüsünün pozulmasının müxtəlif səbəbləri olsa da, bəzi hallarda insanlar problemi özləri yaradırlar. Bunun əsas səbəbi damar büzücü təsirə malik burun spreylərinin həkim məsləhəti olmadan və tövsiyə edilən müddətdən artıq istifadə edilməsidir.Mütəxəssislər bildirirlər ki, dekonqestant adlandırılan bu spreylər adətən burun selikli qişasındakı damarları daraldaraq qısa müddətdə nəfəs almağı asanlaşdırır....

05 İyun 2026, 09:26

Səhər və axşam yeməyi saat neçədə yeyilməlidir?  

Düzgün qidalanma təkcə nə yediyimizlə deyil, həm də nə vaxt yediyimizlə sıx bağlıdır. Son illərdə aparılan araşdırmalar göstərir ki, qidaların qəbul vaxtı maddələr mübadiləsinə, çəkinin idarə olunmasına, həzm sisteminin fəaliyyətinə və ümumi sağlamlığa ciddi təsir göstərir. Məhz buna görə dietoloqlar və qidalanma mütəxəssisləri yemək saatlarına diqqət yetirməyi tövsiyə edirlər.Citypost.az xəbər verir ki,mütəxəssislərin fikrincə, səhər yeməyi günün ən vacib qidalanma mərhələlərindən biridir. Səhər oyandıqdan sonra orqanizm uzun müddət ac qaldığı üçün enerji ehtiyatlarının bərpasına ehtiyac duyur. Buna görə də səhər yeməyinin yuxudan oyandıqdan sonra ilk bir saat ərzində qəbul edilməsi tövsiyə olunur.Xüsusilə çəki azaltmağa çalışan insanlar üçün səhər yeməyini gecikdirməmək vacib...

04 İyun 2026, 10:52