Bizə yazın

Baku

-°C

USD

-

Həkim pasiyenti müalicə etməkdən imtina edə bilərmi?   

Hüquq 26 May 2026, 08:55

1478

Azərbaycanda son illər həm pasiyent hüquqları, həm də həkimlərin hüquqi məsuliyyəti ilə bağlı məsələlər daha çox müzakirə olunur. 

Citypost.az xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə yayılan müxtəlif mübahisəli hallar “Həkim pasiyenti qəbul etməkdən imtina edə bilərmi?”, “Həkim səhvi hansı məsuliyyət yaradır?” kimi sualları gündəmə gətirir.

Mütəxəssislər bildirirlər ki, qanunvericilik həm pasiyentin, həm də tibb işçisinin hüquqlarını müəyyən çərçivədə qoruyur.

Qanunvericiliyə əsasən, bəzi hallarda həkim pasiyenti müalicə etməkdən imtina edə bilər. Bu barədə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsində açıq şəkildə qeyd olunub.

Belə ki, əgər pasiyentin həyatı təhlükədə deyilsə, həkim təyin olunan müalicə və göstərişlərə əməl etmirsə, tibbi müəssisənin daxili qaydalarını pozursa və ya tibbi personalın fəaliyyətinə mane olursa, həkim rəhbərliyi məlumatlandırmaq şərti ilə həmin şəxsi müalicə və müşahidə etməkdən imtina edə bilər.

Hüquqşünasların sözlərinə görə, bu norma tibb işçilərinin təhlükəsiz və normal iş şəraitinin qorunması məqsədi daşıyır. Çünki bəzi hallarda pasiyent və ya yaxınları tərəfindən həkimlərə qarşı aqressiv davranışlar, təhqir, təzyiq və əsassız müdaxilələr müşahidə olunur.

Mütəxəssislər qeyd edirlər ki, son illərdə həkimlərin üzləşdiyi hüquqi risklər də artmaqdadır. Ən çox rast gəlinən problemlər sırasında əsassız pasiyent şikayətləri, tibbi sənədlərin natamam tərtib olunması, hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı hüquqi hazırlığın zəif olması və sosial şəbəkələrdə həkimlərin işgüzar nüfuzuna zərər vuran məlumatların yayılması dayanır.

Xüsusilə sosial media dövründə hər hansı tibbi mübahisənin qısa müddətdə geniş yayılması həkimlərin peşə reputasiyasına ciddi təsir göstərə bilir.

Hüquqşünaslar bildirirlər ki, təsdiqlənməmiş məlumatların paylaşılması və həkimlərin ictimai şəkildə hədəfə çevrilməsi bəzi hallarda qanun qarşısında məsuliyyət də yarada bilər.

Digər mühüm məsələ isə həkim səhvləri ilə bağlı hüquqi nəticələrdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, peşə fəaliyyətini lazımi qaydada yerinə yetirməmək nəticəsində pasiyentin sağlamlığına ciddi zərər vurulduqda və ya ölüm halı baş verdikdə, tibb işçisi cinayət məsuliyyətinə cəlb oluna bilər.

Bu halda həkim barəsində azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə və müəyyən müddət tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə kimi cəzalar tətbiq edilə bilər.

Hüquqşünaslar vurğulayırlar ki, tibbi səhvlərlə bağlı qərar yalnız ekspertiza rəyi və istintaq araşdırması əsasında müəyyən olunur. Hər uğursuz tibbi nəticə avtomatik olaraq “həkim səhvi” hesab edilmir. Çünki bəzi xəstəliklər ağır gedişə malik olur və bütün tibbi müdaxilələrə baxmayaraq mənfi nəticə ilə yekunlaşa bilər.

Mütəxəssislər hesab edir ki, həm pasiyentlərin, həm də həkimlərin hüquqi maariflənməsi vacibdir. Tibbi münasibətlər qarşılıqlı etimad və qanun çərçivəsində qurulduqda həm mübahisələrin, həm də hüquqi problemlərin sayı azalır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boşanmadan sonra keçmiş həyat yoldaşından aliment almaq mümkündürmü?  

Boşanma zamanı ən çox müzakirə olunan məsələlərdən biri uşaqlar üçün alimentin təyin edilməsidir. Lakin bir çox vətəndaş bilmir ki, müəyyən hallarda keçmiş ər və ya arvad da özü üçün maddi təminat tələb etmək hüququna malik ola bilər.Citypost.az-ın məlumatına görə,Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan tərəf keçmiş həyat yoldaşından saxlanılması üçün vəsait ödənilməsini tələb edə bilər.Qanunvericilikdə nəzərdə tutulmuş bu hüquq sosial müdafiə xarakteri daşıyır və məqsəd əmək qabiliyyətini itirmiş, sağlamlıq vəziyyəti və ya digər obyektiv səbəblərdən özünü təmin etmək imkanında olmayan şəxsin maddi vəziyyətinin qorunmasıdır.Belə hallarda keçmiş həyat yoldaşı könüllü şəkildə...

12 İyun 2026, 10:44

Vəsiyyətnamə tərtib edərkən nələrə diqqət etmək lazımdır?  

Vətəndaşlar arasında ən çox verilən hüquqi suallardan biri də vəsiyyətnamənin necə hazırlanması və onun hüquqi qüvvəsinin necə təmin olunması ilə bağlıdır. Bir çox insan gələcəkdə əmlakı ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq üçün sağlığında vəsiyyətnamə tərtib etmək istəyir. Lakin bu sənədin qanunvericiliyin tələblərinə uyğun hazırlanması xüsusi əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, Hüquqşünasların sözlərinə görə, vəsiyyətnamə şəxsin ölümündən sonra əmlakının kimə və hansı qaydada keçəcəyini müəyyən edən hüquqi sənəddir. Bu sənədin etibarlı hesab olunması üçün ilk növbədə notarial qaydada təsdiqlənməsi tövsiyə olunur.Vəsiyyətnamə hazırlamaq istəyən şəxs ilk növbədə notariusa müraciət etməlidir. Notarius vətəndaşın iradəsini dinləyir, sənədin qanunvericiliyə uyğun hazırlanmasına kömək edir...

12 İyun 2026, 09:45

Qeydiyyat yaşayış hüququ deməkdirmi? Hüquqşünaslardan vacib izah  

Bir çox vətəndaş hesab edir ki, hər hansı mənzildə qeydiyyatda olmaq həmin ev üzərində avtomatik olaraq hüquq sahibi olmaq deməkdir. Lakin hüquqşünaslar bildirirlər ki, qeydiyyat və istifadə hüququ tamamilə fərqli anlayışlardır və onların hüquqi nəticələri də eyni deyil.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, şəxsin hər hansı ünvanda qeydiyyatda olması yalnız dövlət uçotu xarakteri daşıyır. Qeydiyyatın əsas məqsədi dövlət orqanlarının vətəndaşın harada yaşadığını bilməsidir. Bu məlumatlar seçkilərin təşkili, hərbi qeydiyyat, sosial xidmətlərin göstərilməsi və digər inzibati məsələlər üçün vacib hesab olunur.Yəni bir şəxsin müəyyən mənzildə qeydiyyatda olması avtomatik şəkildə ona həmin evdən istifadə etmək, orada yaşamaq və ya mülkiyyət hüququ vermir....

12 İyun 2026, 08:47

Saqqal və ya bığla işə gəlmək qadağandırmı?  

Bəzi işçilər arasında belə bir sual yaranır ki, saqqallı, bığlı və ya üzü tüklü şəkildə işə gəlmək qanunla qadağandırmı? Xüsusilə də bəzi müəssisələrdə xarici görünüşlə bağlı müəyyən tələblərin irəli sürülməsi bu mövzuda müzakirələrə səbəb olur.Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin saqqal saxlamasını, bığlı olmasını və ya üzü tüklü şəkildə işə gəlməsini qadağan edən hər hansı norma nəzərdə tutulmayıb. Yəni əmək qanunvericiliyi baxımından bir şəxsin saqqallı və ya bığlı olması onun işə qəbul edilməsinə və ya əmək fəaliyyətini davam etdirməsinə maneə yaradan hal hesab edilmir.Mütəxəssislər qeyd edirlər ki, əmək münasibətləri qanunla tənzimlənir və işəgötürən yalnız...

11 İyun 2026, 11:00

İfadə verərkən nələrə diqqət etmək lazımdır?   

İstintaq və ya araşdırma prosesində vətəndaşların ən çox qarşılaşdığı məsələlərdən biri ifadə vermə prosedurudur. Bir çox insan hesab edir ki, müstəntiqin verdiyi sualları cavablandırmaq və sonda protokolu imzalamaq kifayətdir. Lakin hüquqşünaslar bildirirlər ki, ifadə verərkən diqqətli olmaq və bütün sənədləri ətraflı yoxlamaq sonrakı mərhələlərdə yarana biləcək hüquqi problemlərin qarşısını ala bilər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, ifadə alınarkən müstəntiq və ya təhqiqatçı suallar verir, vətəndaş isə həmin suallara cavab verir. Daha sonra cavablar protokollaşdırılır. Məhz bu mərhələdə ifadənin necə yazılması xüsusi əhəmiyyət daşıyır.Hüquqşünaslar qeyd edirlər ki, qanunvericilik vətəndaşa ifadəsini öz əli ilə yazmaq hüququ verir. Əgər şəxs bunu istəyirsə, həmin...

11 İyun 2026, 09:01

Məhkəmə uşağın hansı valideynlə qalmaq istədiyi barədə fikrini nə vaxt nəzərə alır?  

Boşanma proseslərində ən həssas məsələlərdən biri uşağın hansı valideynin himayəsində qalacağının müəyyən edilməsidir. Bu zaman məhkəmə yalnız valideynlərin istəyini deyil, həm də uşağın maraqlarını və müəyyən hallarda onun öz fikrini də nəzərə alır.Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın yaşı bu məsələdə mühüm rol oynayır. Əgər uşağın 10 və ya daha çox yaşı varsa, məhkəmə onun fikrini öyrənməyə və həmin fikri nəzərə almağa borcludur. Bu o demək deyil ki, məhkəmə mütləq uşağın seçdiyi valideynin xeyrinə qərar verməlidir. Lakin uşağın arzusu və mövqeyi iş üzrə vacib hallardan biri kimi qiymətləndirilir.Uşaq 7 yaşdan 10 yaşadək olduqda isə vəziyyət bir qədər fərqlidir....

10 İyun 2026, 11:12