Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edib
Cəmiyyət 05 İyun 2026, 15:05
679
Baş prokuror Kamran Əliyev Şəmkir rayonunda vətəndaşları qəbul edib.
Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 5-də Baş prokuror Kamran Əliyev Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonundan olan vətəndaşları qəbul edib.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Qəbulda iştirak edən 22 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradılıb
Bakıda daha 6 ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin rahat minib-düşməsi təmin olunub.Bu barədə Citypost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Layihənin davamı olaraq, Sabit Orucov küçəsində (Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində ("Mediland Hospital”ın yanında) parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre" və “Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.Xatırladaq...
05 İyun 2026, 17:10
"Sabah"ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub
"Sabah" Futbol Klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.Bu barədə Citypost.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
05 İyun 2026, 17:00
Taleh Qaraşov müşavirə keçirdi
İyunun 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında yerli fermerlərlə müşavirə keçirilib."Unikal" xəbər verir ki, mayın 25-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qaldırılan məsələlərdən irəli vəzifələrin, qarşıya qoyulan strateji hədəflərin icrasına həsr olunan müşavirədə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Tofiq Rzayev, rayonda kənd təsərrüfatı sahəsi ilə məşğul olan qabaqcıl sahibkarlar iştirak ediblər.İcra başçısı bildirib ki, dövlət başçısının proqram xarekteli çıxışı bütün dövlət qurumları qarşısında, o cümlədən yerli icra hakimiyyətləri qarşısında aqrar sahənin inkişafı ilə bağlı mühüm vəzifələr qoyub. Taleh Qaraşov “Azərbaycan Respublikasında çayçılığın inkişafına...
05 İyun 2026, 16:38
Gizli video çəkən məmura cinayət işi açıldı
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.Citypost.az Bakupost-a istinadən xəbər verir ki, Ş.Qənbərli həmyerlisinin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb yaymaqda ittiham edilir.Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, Ş.Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlib. Həmin vaxt o, şöbə müdiri vəzifəsindən çıxarılaraq RİH-də baş məsləhətçi təyin edilmişdi. Lakin bir müddət əvvəl həmin vəzifəsindən də azad olunmuşdu....
05 İyun 2026, 16:30
Bakıda bazar günü intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
05 İyun 2026, 15:47
Zakir Fərəcov səyyar görüş keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhər sakinləri ilə birbaşa ünsiyyətinin təmin olunması məqsədilə keçirdiyi səyyar görüşlər davam edir. Növbəti vətəndaş qəbulu şəhərin 9-cu mikrorayon ərazisində təşkil olunub.İH-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi, sosial məsələlər və digər mövzularla bağlı müraciətlər səsləndiriblər.Şəhər rəhbəri tərəfindən vətəndaş müraciətlərinin operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün aidiyyəti...
05 İyun 2026, 15:37