Yüksək təzyiq yuxudan başlayır?
Tibb 27 İyul 2026, 09:38
481
Bir çox insan düşünür ki, arterial təzyiq yalnız gündüz saatlarında yüksəlir. Halbuki bəzi insanlarda səhər yuxudan oyanan kimi təzyiq yüksək olur və bu vəziyyət ürək-damar sağlamlığı üçün ciddi risk yarada bilər.
Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, normal şəraitdə insan yatarkən orqanizm istirahət rejiminə keçir. Bu zaman ürək daha sakit işləyir, damarlar boşalır və arterial təzyiq gündüz göstəricilərinə nisbətən təxminən 10–20 faiz aşağı düşür. Tibbdə bu hal "gecə təzyiqinin enməsi" adlanır və ürək-damar sisteminin qorunması üçün olduqca vacib hesab olunur.Lakin hər kəsdə bu proses normal getmir. Əgər insan gecələr tez-tez oyanırsa, gec yatırsa, yuxusu parçalanırsa, güclü xoruldayırsa və ya yuxu apnesi – yəni yuxuda nəfəsin qısa müddət dayanması problemi yaşayırsa, orqanizm tam istirahət edə bilmir. Belə hallarda beyin vəziyyəti təhlükə siqnalı kimi qəbul edir və stress hormonlarının ifrazı davam edir. Nəticədə damarlar boşalmır, ürək daha sürətli işləyir və arterial təzyiq gecə boyu yüksək qala bilir.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət uzun müddət davam etdikdə səhər saatlarında təzyiqin yüksək olması adi hala çevrilə bilər. Bu isə infarkt, insult və digər ürək-damar xəstəliklərinin riskini artıran amillərdən biri hesab olunur.Elmi araşdırmalar da bunu təsdiqləyir. PubMed bazasında dərc olunan tədqiqatlardan birində 478 nəfərin ev şəraitində arterial təzyiq göstəriciləri izlənilib. Araşdırmanın nəticələrinə əsasən, gecə 7 saatdan az yatan şəxslərdə səhər saatlarında həm arterial təzyiq, həm də ürək döyüntüsü kifayət qədər yuxu alan insanlarla müqayisədə daha yüksək olub.
Mütəxəssislər vurğulayırlar ki, əgər səhərlər təzyiqiniz tez-tez yüksək çıxırsa, problemi yalnız dərman qəbulunun vaxtı ilə əlaqələndirmək düzgün deyil. Yuxunun keyfiyyəti, gecə neçə dəfə oyandığınız, xoruldama və nəfəs dayanması kimi problemlərin olub-olmaması da mütləq qiymətləndirilməlidir.Yuxunun keyfiyyətini artırmaq üçün bir sıra sadə qaydalara əməl etmək tövsiyə olunur. Yatmazdan əvvəl təxminən 20–30 dəqiqə açıq havada gəzmək, axşam saatlarında telefon, planşet və televizordan istifadəni minimuma endirmək, yataq otağını qaranlıq və sərin saxlamaq, gec saatlarda çay, qəhvə, enerji içkiləri və ağır yeməklərdən uzaq durmaq faydalı hesab edilir.Əgər bütün bunlara baxmayaraq yuxuya getməkdə çətinlik çəkirsinizsə, beyninizdə fikirlər dayanmaq bilmir, stress səbəbindən rahat yata bilmirsinizsə, həkim məsləhəti ilə əlavə vasitələrdən də istifadə oluna bilər.
Mütəxəssislərin sözlərinə görə, Dream Drop bitki tərkibli qida əlavələrindən biridir. Məhsul dərman deyil. Tərkibində pasiflora, melisa, valeriana, qlisin, B6 vitamini və yuxu hormonu kimi tanınan melatonin mövcuddur. Bu komponentlər sinir sisteminin sakitləşməsinə, yuxuya getmənin asanlaşmasına və yuxu rejiminin tənzimlənməsinə dəstək ola bilər.İstifadə qaydasına görə, məhsul adətən yatmazdan təxminən 30 dəqiqə əvvəl 10–20 damcı qəbul edilir. Lakin hər bir qida əlavəsində olduğu kimi, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Gün ərzində qəbul edildikdə yuxululuq yarada biləcəyi üçün avtomobil idarə edən və diqqət tələb edən işlə məşğul olan şəxslər ehtiyatlı olmalıdırlar.
Həmçinin oxuyun
Mütəxəssislər xatırladırlar ki, yüksək arterial təzyiq yalnız dərmanla deyil, sağlam yuxu rejimi, düzgün qidalanma, fiziki aktivlik və stressin idarə olunması ilə birlikdə nəzarətdə saxlanılmalıdır. Əgər səhərlər təzyiqiniz mütəmadi olaraq yüksək olursa, bunu adi hal hesab etməyin və mütləq həkim-kardioloqa müraciət edin.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədəaltı vəzi niyə gec xəbər verir?
Mədəaltı vəzi xəstəliklərinin diaqnozu əksər hallarda gec qoyulur. Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi mədəaltı vəzin yüksək kompensasiya qabiliyyətinə malik olmasıdır. Orqanın bir hissəsində problem yaransa belə, sağlam qalan hissə uzun müddət onun funksiyasını yerinə yetirə bilir. Nəticədə xəstəlik ilk mərhələlərdə ciddi əlamətlərlə özünü göstərmir və bir çox insan şikayətlərini adi həzm pozğunluğu hesab edərək həkimə müraciəti gecikdirir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, mədəaltı vəzin əsas vəzifəsi qidaların həzmi üçün vacib olan fermentləri hazırlamaqdır. Bu fermentlərdən lipaza yağların, amilaza karbohidratların, proteaza isə zülalların parçalanmasına kömək edir. Fermentlərin ifrazı azaldıqda qidalar tam həzm olunmur və müxtəlif həzm problemləri meydana çıxır.İlk...
27 İyul 2026, 10:45
Artrozun gizli əlamətləri hansılardır?
Gecələr diz ağrısı sizi yuxudan oyadırsa, pilləkən qalxarkən dizlərinizdən xırtıltı səsləri gəlirsə və ya səhərlər ilk addımlarınızı atmaqda çətinlik çəkirsinizsə, bu əlamətlər artrozun ilk xəbərdaredici siqnalları ola bilər. Bir çox insan bu şikayətləri yaşın artması ilə əlaqələndirib normal hesab etsə də, mütəxəssislər bildirirlər ki, bu cür əlamətlər vaxtında qiymətləndirilmədikdə oynaq qığırdağında baş verən dəyişikliklər daha da dərinləşə və xəstəliyin gedişi sürətlənə bilər.Citypost.az xəbər verir ki, artroz oynaqlarda yerləşən qığırdaq toxumasının tədricən aşınması ilə xarakterizə olunan xroniki xəstəlikdir. Xəstəliyin ilkin mərhələlərində ağrı yalnız hərəkət zamanı hiss olunsa da, zaman keçdikcə istirahət zamanı, hətta gecə saatlarında da narahatlıq yarada bilər. Səhərlər oyanarkən...
24 İyul 2026, 10:27
Burun əməliyyatından sonra niyə arxası üstə yatmaq lazımdır?
Burun əməliyyatı, xüsusilə rinoplastika və ya burun çəpərinin korreksiyası kimi cərrahi müdaxilələrdən sonra sağalma prosesinin uğurlu keçməsi üçün həkim tövsiyələrinə ciddi əməl etmək vacibdir. Mütəxəssislərin sözlərinə görə, əməliyyatdan sonrakı dövrdə düzgün yatış mövqeyi burundakı şişkinliyin azalmasına, toxumaların daha rahat bərpasına və mümkün ağırlaşmaların qarşısının alınmasına kömək edir.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, burun əməliyyatından sonra ən çox rast gəlinən səhvlərdən biri üzüstə və ya böyrü üstə yatmaqdır. Bu vəziyyətdə insan yuxu zamanı fərqinə varmadan üzünü yastığa sıxa və əməliyyat olunmuş buruna təzyiq göstərə bilər. Bu isə burunda şişkinliyin artmasına, ağrı və narahatlığın güclənməsinə, bəzi hallarda isə sağalma prosesinin ləngiməsinə...
24 İyul 2026, 09:23
Səhər oyananda başgicəllənməsi və göz qaralması nədən xəbər verir?
Səhər yuxudan oyanarkən qəfil ayağa qalxdığınız zaman gözünüz qaralır, başınız gicəllənir, özünüzü halsız hiss edirsinizsə, bu vəziyyəti adi yorğunluq kimi qəbul etməyin. Bu əlamətlər bir sıra sağlamlıq problemlərinin, xüsusilə də qanazlığının (anemiyanın) ilk xəbərdaredici siqnallarından biri ola bilər.Citypost.az-ın məlumatına görə, qanazlığı zamanı orqanizmdə oksigen daşıyan qırmızı qan hüceyrələrinin və ya hemoqlobinin miqdarı azalır. Nəticədə beyin və digər orqanlara kifayət qədər oksigen çatmır. Bu isə başgicəllənməsi, göz qaralması, ümumi halsızlıq, tez yorulma, diqqətin azalması və yaddaş zəifləməsi kimi şikayətlərlə özünü göstərir.Lakin unutmaq olmaz ki, hər başgicəllənməsi yalnız qanazlığı demək deyil. Aşağı arterial təzyiq, susuzlaşma, ürək-damar sistemi xəstəlikləri, hormonal pozğunluqlar və bəzi...
24 İyul 2026, 08:26
Yüksək təzyiq yuxunu niyə pozur?
Arterial təzyiqdən əziyyət çəkən insanların əksəriyyəti gecələr rahat yata bilməməkdən, tez-tez oyanmaqdan və səhərlər yorğun qalxmaqdan şikayət edir. Mütəxəssislər bildirirlər ki, yüksək təzyiq təkcə baş ağrısı və halsızlıq yaratmır, eyni zamanda yuxunun keyfiyyətinə də ciddi təsir göstərir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, gecə yuxusunun pozulmasının ən mühüm səbəblərindən biri stress və psixoloji gərginlikdir. İnsan gün ərzində əsəbi və narahat olduqda orqanizmdə stress hormonlarının səviyyəsi artır, ürək daha sürətlə döyünür və beyin tam rahatlaşa bilmir. Nəticədə insan yatağa uzansa belə yuxuya getməkdə çətinlik çəkir, gecə tez-tez oyanır və dərin yuxu mərhələsinə keçə bilmir.Mütəxəssislər qeyd edirlər ki, təzyiq xəstələrində yuxu problemlərinin...
23 İyul 2026, 10:55
Özünüzü sakitləşdirə bilmirsiniz? – Həkimdən faydalı tövsiyələr
"Doktor, əsəbiləşəndə özümü heç cür cilovlaya bilmirəm. Belə vəziyyətdə nə edə bilərəm?"Bu sual psixoloq və psixiatrların ən çox eşitdiyi müraciətlərdən biridir. Mütəxəssislər bildirirlər ki, ilk növbədə bir məqamı unutmaq olmaz: sinir sistemi bir düymə deyil ki, onu basmaqla insan bir anda sakitləşsin. Güclü emosiyalar zamanı bədənimiz stress hormonları ifraz edir və ürək döyüntüsü, nəfəsalma, qan təzyiqi sürətlənir. Buna görə də sakitləşmək üçün orqanizmə bir qədər vaxt vermək lazımdır.Citypost.az xəbər verir ki, həkimlərin tövsiyəsinə görə, əsəbiləşdiyiniz anda ilk növbədə nəfəsinizi tənzimləməyə çalışın. Dərin nəfəs alın, nəfəsi təxminən 4 saniyə saxlayın, sonra yavaş-yavaş nəfəsinizi verin və 6–8 saniyə ərzində nəfəsinizi yenidən saxlayın....
23 İyul 2026, 09:45