Bizə yazın

Baku

-°C

USD

-

Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?

Hüquq 27 İyul 2026, 10:21

558

Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.

Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri əmlakın dəyəri həddində cavabdehlik daşıyırlar.

Digər hüquqşünasların mövqeyi isə fərqlidir. Onlar hesab edirlər ki, zaminlik şəxsin etibarına və şəxsi münasibətlərə əsaslanan hüquqi öhdəlikdir. Buna görə də zamin vəfat etdikdə həmin hüquqi münasibət də başa çatmış hesab olunmalıdır.

Hüquqşünaslar qeyd edib ki, bu mövzu ilə bağlı Konstitusiya Məhkəməsinin əsas borclunun vəfatı ilə əlaqədar hüquqi mövqeyi mövcuddur. Həmin hüquqi mövqeyə əsasən, əsas borclunun vəfat etməsi zaminlik öhdəliyinə avtomatik xitam vermir. Lakin zaminin özünün vəfat etməsi ilə bağlı ayrıca hüquqi mövqe formalaşdırılmayıb və bu səbəbdən məsələ hüquqi müzakirə predmeti olaraq qalır.

Hüquqşünaslar fikrincə, zaminlik hər şeydən əvvəl şəxsi etimada əsaslanan öhdəlikdir:"Misal üçün, mənim atam yaxın dostuna etibar etdiyi üçün onun kreditinə zamin dura bilər. Amma mən həmin şəxsi tanımaya və ya ona etibar etməyə bilərəm. Bu halda mən niyə yalnız atamın varisi olduğuma görə onun şəxsi etibar münasibətindən yaranmış öhdəliyə cavabdeh olmalıyam? Mənim şəxsi hüquqi mövqeyim ondan ibarətdir ki, zamin vəfat etdikdə bu münasibətə xitam verilməsi daha məntiqli yanaşmadır", – deyə hüquqşünaslar bildirib.

Bununla belə, onlar vurğulayıb ki, hüquqi ədəbiyyatda və məhkəmə təcrübəsində fərqli yanaşmalar mövcuddur. Bəzi mütəxəssislər ümumi vərəsəlik qaydalarına əsaslanaraq hesab edirlər ki, zaminin öhdəlikləri də digər mülki öhdəliklər kimi varislərə keçir və onlar mirası qəbul etdikləri həddə həmin öhdəliyə görə məsuliyyət daşıyırlar.Azərbaycan Respublikasının Mülki Məcəlləsində ümumi prinsip ondan ibarətdir ki, şəxs vəfat etdikdən sonra onun əmlak hüquqları və öhdəlikləri vərəsələrə keçir. Lakin bu məsuliyyət məhdud xarakter daşıyır.Qanunvericiliyə əsasən, varislər mərhumun bütün borclarına görə öz şəxsi əmlakları ilə deyil, yalnız qəbul etdikləri miras əmlakının dəyəri həddində cavabdeh olurlar. Başqa sözlə, əgər miras əmlakının dəyəri 20 min manatdırsa, varislərin məsuliyyəti də maksimum həmin məbləğ qədər ola bilər. Onlardan şəxsi vəsaitləri hesabına əlavə ödəniş tələb edilə bilməz.

Mütəxəssislər hesab edirlər ki, zaminin vəfatı ilə bağlı yaranan belə hüquqi mübahisələrdə hər bir konkret hadisənin xüsusiyyətləri ayrıca qiymətləndirilməli, zaminlik müqaviləsinin şərtləri, mirasın qəbul edilib-edilməməsi və məhkəmə təcrübəsi nəzərə alınmalıdır.

Hüquqşünaslar sonda vətəndaşlara tövsiyə edib ki, zaminlik öhdəliyi götürməzdən əvvəl onun hüquqi nəticələrini diqqətlə araşdırsınlar və gələcəkdə mübahisəli vəziyyət yaranarsa, peşəkar hüquqi yardım almaqdan çəkinməsinlər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qaynana və gəlin ev mübahisəsi: Qanun nə deyir?

Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr məhkəmələrdə ən çox rast gəlinən işlərdən biridir. Xüsusilə uzun illər eyni evdə yaşamış gəlin və qaynana arasında yaranan mülkiyyət mübahisələri bir çox suallar doğurur. Oxuculardan biri də məhz bu mövzu ilə bağlı müraciət edərək bildirib ki, 19 ildir qayınanası ilə birlikdə sənədsiz evdə yaşayırlar. Sonradan qayınanası evi öz adına rəsmiləşdirib və indi ailənin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə evin hüquqi statusu və mülkiyyət hüququ araşdırılır. Əgər yaşayış evi artıq dövlət qeydiyyatına alınıb və çıxarış (kupça) qayınananın adına rəsmiləşdirilibsə, həmin şəxs qanun qarşısında həmin...

27 İyul 2026, 09:48

Uzun illər yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq mümkündürmü?

Daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsini qeydiyyatda olan, lakin uzun illərdir həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlər təşkil edir. Oxuculardan biri də bu mövzuda müraciət edərək bildirib ki, qardaşı artıq 16 ildir həmin evdə yaşamır. Mənzil isə 2021-ci ildə onun adına özəlləşdirilib. Oxucu soruşur ki, qardaşını qeydiyyatdan çıxarmaq üçün ona kompensasiya ödəməsi tələb oluna bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda kompensasiya ödənilməsi üçün hüquqi əsas hər zaman mövcud olmur.Mütəxəssislərin bildirib ki, əgər mənzil özəlləşdirilərkən qardaş öz razılığını verərək mənzilin digər ailə üzvünün adına rəsmiləşdirilməsinə etiraz etməyibsə və bununla bağlı müvafiq razılıq ərizəsi imzalayıbsa,...

27 İyul 2026, 08:55

Etibarnamə ilə alınan avtomobil niyə risklidir?

Avtomobil alqı-satqısı zamanı vətəndaşların qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin əvvəlki sahibinin borclarına və ya məhkəmə qərarlarına görə üzərinə həbs qoyulmasıdır. Belə hallarda alıcı həm avtomobildən istifadə etməkdə çətinlik çəkir, həm də ödədiyi vəsaiti geri qaytara bilmədiyi üçün hüquqi çıxış yolu axtarır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, belə vəziyyətlərdə ilk növbədə avtomobilin hansı qaydada alındığı müəyyənləşdirilməlidir. Çünki bir çox vətəndaş "maşını almışam" desə də, əslində nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə əsasında istifadə edir.Mütəxəssislərin sözlərinə görə, qanunvericilik baxımından avtomobil yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanaraq dövlət qeydiyyatında yeni sahibin adına rəsmiləşdirildiyi halda həmin şəxsin mülkiyyəti hesab olunur. Əgər avtomobil...

24 İyul 2026, 11:30

Atadan qalan ev gəlinin adına keçə bilər? – Hüquqşünas açıqladı

Vərəsəlik hüququ ilə bağlı vətəndaşların ünvanladığı suallar arasında ən çox rast gəlinən mövzulardan biri də miras qalmış daşınmaz əmlakın ailə üzvlərinin adına keçirilməsi ilə bağlıdır. Xüsusilə də "rəhmətə getmiş atanın evi birbaşa oğlunun həyat yoldaşının, yəni gəlinin adına keçirilə bilərmi?" sualı tez-tez müzakirə olunur.Citypost.az-ın xəbərinə görə, hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, bu mümkün deyil. Çünki miras əmlakı ilk növbədə qanun və ya vəsiyyət üzrə müəyyən edilmiş vərəsələr arasında bölüşdürülür. Əgər vəfat etmiş şəxsin oğlu qanuni vərəsədirsə, həmin daşınmaz əmlak əvvəlcə onun adına rəsmiləşdirilməlidir.Mütəxəssis bildirir ki, vərəsəlik hüququ şəxsi hüquq hesab olunur və bu hüquq yalnız qanunda göstərilən vərəsələrə məxsusdur....

24 İyul 2026, 10:00

Ailə üzvlərinin səsini gizli yazmaq olarmı? QANUN NƏ DEYİR?

Ailə münasibətlərində yaşanan mübahisələr zamanı tərəflərin bir-birini gizli şəkildə izləməsi və ya səsini yazması son illər daha çox rast gəlinən hallardandır. Vətəndaşlardan biri müraciətində bildirib ki, gəlini evə gizli şəkildə diktafon yerləşdirərək ailə üzvlərinin danışıqlarını qeydə alıb və sonradan həmin səsyazıları ilə onları şantaj etdiyini iddia edir. O, artıq diktafonu tapdığını bildirərək, belə vəziyyətdə hansı hüquqi addımların atıla biləcəyini soruşur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ilk növbədə belə hərəkətlər etik baxımdan düzgün hesab edilmir. Ailə üzvlərinin xəbəri və razılığı olmadan onların şəxsi söhbətlərinin gizli şəkildə qeydə alınması ailədaxili etimadı sarsıdır və münasibətlərin daha da gərginləşməsinə səbəb olur.Hüquqşünasların sözlərinə görə,...

23 İyul 2026, 10:19

65 yaşlı işləyən şəxs sosial müavinət ala bilərmi?

65 yaşına çatmış vətəndaşların ən çox ünvanladıqları suallardan biri də sosial müavinət və pensiya hüquqları ilə bağlıdır. Xüsusilə işləyən şəxslər müraciət etdikdə sosial müavinətin onlara təyin olunmaması narazılıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu məsələdə qanunvericilik fərqli sosial təminat növlərini bir-birindən ayırır və hər birinin öz hüquqi əsasları mövcuddur.Citypost.az-ın məlumatına görə, vətəndaşlardan biri müraciətində bildirib ki, 65 yaşı tamam olsa da, işlədiyi üçün sosial müavinət almaq məqsədilə etdiyi müraciət qəbul edilməyib. Ona izah olunub ki, işləyən şəxs olduğu üçün sosial müavinət hüququ yaranmır.Mütəxəssislər qeyd edirlər ki, sosial müavinət əsasən qanunvericilikdə müəyyən olunmuş kateqoriyaya aid olan və müvafiq şərtlərə cavab verən şəxslərə...

23 İyul 2026, 09:18