Bizə yazın

Baku

-°C

USD

-

Qaynana və gəlin ev mübahisəsi: Qanun nə deyir?

Hüquq 27 İyul 2026, 09:48

544

Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr məhkəmələrdə ən çox rast gəlinən işlərdən biridir. Xüsusilə uzun illər eyni evdə yaşamış gəlin və qaynana arasında yaranan mülkiyyət mübahisələri bir çox suallar doğurur. Oxuculardan biri də məhz bu mövzu ilə bağlı müraciət edərək bildirib ki, 19 ildir qayınanası ilə birlikdə sənədsiz evdə yaşayırlar. Sonradan qayınanası evi öz adına rəsmiləşdirib və indi ailənin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.

Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə evin hüquqi statusu və mülkiyyət hüququ araşdırılır. Əgər yaşayış evi artıq dövlət qeydiyyatına alınıb və çıxarış (kupça) qayınananın adına rəsmiləşdirilibsə, həmin şəxs qanun qarşısında həmin daşınmaz əmlakın mülkiyyətçisi hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi mülkiyyət hüququnu qoruyur. Mülkiyyətçi öz əmlakından istifadə etmək, ona sahib olmaq və onun barəsində sərəncam vermək hüququna malikdir. Bu baxımdan mülkiyyətçi qanunvericiliyin tələblərinə uyğun olaraq həmin evdə yaşayan şəxslərin çıxarılması üçün məhkəməyə müraciət edə bilər.Bununla yanaşı, hüquqşünaslar vurğulayırlar ki, məhkəmə hər bir işi fərdi qaydada araşdırır və yalnız mülkiyyət hüququnun mövcudluğu avtomatik olaraq bütün şəxslərin dərhal evdən çıxarılması anlamına gəlmir.Belə mübahisələrdə həmin şəxslərin evdə hansı əsaslarla yaşaması, nə vaxtdan həmin ünvanda olmaları, ailə münasibətlərinin xarakteri, qeydiyyat vəziyyəti və digər hüquqi faktlar da nəzərə alınır.

Mütəxəssislər qeyd edirlər ki, burada əsas fərq oğul və gəlinin hüquqi statusu arasında yaranır.Əgər söhbət mülkiyyətçinin öz övladından gedirsə, onun həmin evdən çıxarılması məsələsi daha mürəkkəb hüquqi qiymətləndirmə tələb edir. Xüsusilə oğul uzun illər həmin evdə yaşayıbsa, uşaqlıqdan həmin ünvanda qeydiyyatda olubsa və ailə münasibətləri çərçivəsində orada yaşayış formalaşıbsa, belə şəxsin yaşayış hüququna xitam verilməsi məhkəmədə daha çətin proses hesab olunur.

Hüquqşünasların fikrincə, məhkəmə belə hallarda yalnız mülkiyyət hüququnu deyil, ailə münasibətlərini, faktiki yaşayış müddətini və digər halları da qiymətləndirir.

Mütəxəssislər bildirirlər ki, gəlin evin mülkiyyətçisi deyil və onun həmin evdə yaşamaq hüququ əsasən ailə münasibətlərindən irəli gəlir. Əgər qanunla qorunan ayrıca istifadə hüququ formalaşmayıbsa və ya digər hüquqi əsas mövcud deyilsə, mülkiyyətçinin tələbi əsasında məhkəmə onun yaşayış hüququna xitam verə bilər.

Hüquqşünaslar bildirirlər ki, xüsusilə 2009-cu ildən sonra yaranmış münasibətlərdə yaşayış hüququ ilə bağlı əvvəlki qanunvericilikdə mövcud olmuş bəzi təminatlar artıq tətbiq edilmir. Buna görə də hər bir konkret iş üzrə yaşayış hüququnun yaranıb-yaranmadığı ayrıca araşdırılır.Bəzi vətəndaşlar hesab edirlər ki, uzun illər eyni evdə yaşamaq avtomatik olaraq həmin ev üzərində hüquq yaradır. Hüquqşünaslar isə bildirirlər ki, faktiki yaşayış müddəti özü-özlüyündə mülkiyyət hüququ yaratmır. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmalıdır.Eyni zamanda, evdən çıxarılan şəxsə kompensasiya ödənilməsi də hər bir halda məcburi qayda deyil. Kompensasiyanın verilib-verilməməsi konkret hüquqi münasibətlərdən, yaşayış hüququnun necə yaranmasından və məhkəmənin müəyyən etdiyi hallardan asılıdır.

Mütəxəssislər vurğulayırlar ki, bu cür ailədaxili əmlak mübahisələrində tələsik nəticə çıxarmaq düzgün deyil. Hər bir hadisənin özünəməxsus hüquqi xüsusiyyətləri olduğundan məhkəmə bütün sübutları araşdırdıqdan sonra qərar qəbul edir. Buna görə də belə problemlə üzləşən şəxslərə peşəkar hüquqi yardım almaq və bütün sənədlərlə birlikdə hüquqşünasa müraciət etmək tövsiyə olunur.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?

Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...

27 İyul 2026, 10:21

Uzun illər yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq mümkündürmü?

Daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsini qeydiyyatda olan, lakin uzun illərdir həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlər təşkil edir. Oxuculardan biri də bu mövzuda müraciət edərək bildirib ki, qardaşı artıq 16 ildir həmin evdə yaşamır. Mənzil isə 2021-ci ildə onun adına özəlləşdirilib. Oxucu soruşur ki, qardaşını qeydiyyatdan çıxarmaq üçün ona kompensasiya ödəməsi tələb oluna bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda kompensasiya ödənilməsi üçün hüquqi əsas hər zaman mövcud olmur.Mütəxəssislərin bildirib ki, əgər mənzil özəlləşdirilərkən qardaş öz razılığını verərək mənzilin digər ailə üzvünün adına rəsmiləşdirilməsinə etiraz etməyibsə və bununla bağlı müvafiq razılıq ərizəsi imzalayıbsa,...

27 İyul 2026, 08:55

Etibarnamə ilə alınan avtomobil niyə risklidir?

Avtomobil alqı-satqısı zamanı vətəndaşların qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin əvvəlki sahibinin borclarına və ya məhkəmə qərarlarına görə üzərinə həbs qoyulmasıdır. Belə hallarda alıcı həm avtomobildən istifadə etməkdə çətinlik çəkir, həm də ödədiyi vəsaiti geri qaytara bilmədiyi üçün hüquqi çıxış yolu axtarır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, belə vəziyyətlərdə ilk növbədə avtomobilin hansı qaydada alındığı müəyyənləşdirilməlidir. Çünki bir çox vətəndaş "maşını almışam" desə də, əslində nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə əsasında istifadə edir.Mütəxəssislərin sözlərinə görə, qanunvericilik baxımından avtomobil yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanaraq dövlət qeydiyyatında yeni sahibin adına rəsmiləşdirildiyi halda həmin şəxsin mülkiyyəti hesab olunur. Əgər avtomobil...

24 İyul 2026, 11:30

Atadan qalan ev gəlinin adına keçə bilər? – Hüquqşünas açıqladı

Vərəsəlik hüququ ilə bağlı vətəndaşların ünvanladığı suallar arasında ən çox rast gəlinən mövzulardan biri də miras qalmış daşınmaz əmlakın ailə üzvlərinin adına keçirilməsi ilə bağlıdır. Xüsusilə də "rəhmətə getmiş atanın evi birbaşa oğlunun həyat yoldaşının, yəni gəlinin adına keçirilə bilərmi?" sualı tez-tez müzakirə olunur.Citypost.az-ın xəbərinə görə, hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, bu mümkün deyil. Çünki miras əmlakı ilk növbədə qanun və ya vəsiyyət üzrə müəyyən edilmiş vərəsələr arasında bölüşdürülür. Əgər vəfat etmiş şəxsin oğlu qanuni vərəsədirsə, həmin daşınmaz əmlak əvvəlcə onun adına rəsmiləşdirilməlidir.Mütəxəssis bildirir ki, vərəsəlik hüququ şəxsi hüquq hesab olunur və bu hüquq yalnız qanunda göstərilən vərəsələrə məxsusdur....

24 İyul 2026, 10:00

Ailə üzvlərinin səsini gizli yazmaq olarmı? QANUN NƏ DEYİR?

Ailə münasibətlərində yaşanan mübahisələr zamanı tərəflərin bir-birini gizli şəkildə izləməsi və ya səsini yazması son illər daha çox rast gəlinən hallardandır. Vətəndaşlardan biri müraciətində bildirib ki, gəlini evə gizli şəkildə diktafon yerləşdirərək ailə üzvlərinin danışıqlarını qeydə alıb və sonradan həmin səsyazıları ilə onları şantaj etdiyini iddia edir. O, artıq diktafonu tapdığını bildirərək, belə vəziyyətdə hansı hüquqi addımların atıla biləcəyini soruşur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ilk növbədə belə hərəkətlər etik baxımdan düzgün hesab edilmir. Ailə üzvlərinin xəbəri və razılığı olmadan onların şəxsi söhbətlərinin gizli şəkildə qeydə alınması ailədaxili etimadı sarsıdır və münasibətlərin daha da gərginləşməsinə səbəb olur.Hüquqşünasların sözlərinə görə,...

23 İyul 2026, 10:19

65 yaşlı işləyən şəxs sosial müavinət ala bilərmi?

65 yaşına çatmış vətəndaşların ən çox ünvanladıqları suallardan biri də sosial müavinət və pensiya hüquqları ilə bağlıdır. Xüsusilə işləyən şəxslər müraciət etdikdə sosial müavinətin onlara təyin olunmaması narazılıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu məsələdə qanunvericilik fərqli sosial təminat növlərini bir-birindən ayırır və hər birinin öz hüquqi əsasları mövcuddur.Citypost.az-ın məlumatına görə, vətəndaşlardan biri müraciətində bildirib ki, 65 yaşı tamam olsa da, işlədiyi üçün sosial müavinət almaq məqsədilə etdiyi müraciət qəbul edilməyib. Ona izah olunub ki, işləyən şəxs olduğu üçün sosial müavinət hüququ yaranmır.Mütəxəssislər qeyd edirlər ki, sosial müavinət əsasən qanunvericilikdə müəyyən olunmuş kateqoriyaya aid olan və müvafiq şərtlərə cavab verən şəxslərə...

23 İyul 2026, 09:18