Bizə yazın

Baku

-°C

USD

-

Sabah 35 dərəcə isti olacaq 

Cəmiyyət 12 İyun 2026, 12:40

460

İyunun 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qurtuluş" Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmə başlayıb 

Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.Citypost.az  xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı oxunub.İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər ittiham üzrə özlərini qismən təqsirli biliblər.Ceyhun Salmanov ifadəsində bildirib ki, mərkəzdə müalicə alan şəxslərin saxlanılması müalicə prosesi ilə bağlı olub, onlarla ancaq proflaktiki söhbətlər aparılıb.Təqsirləndirilən şəxslərin məhkəmə prosesində iştirakı videokonfrans əlaqə sistemi istifadə olunmaqla təmin edilib.Məhkəmənin növbəti prosesində şahidlər və zərərçəkmişlər ifadə verəcək.Proses iyunun 17-də davam etdiriləcək.Qeyd edək ki, “Qurtuluş...

12 İyun 2026, 14:35

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iyunun 15-də fəaliyyət göstərməyəcək 

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

12 İyun 2026, 14:23

Müsadirə olunmuş külli miqdarda narkotik məhv edilib

İyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkıəzindən məlumat verilib.Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 24 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 326 kiloqram 406,518 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, 15038 ədəd müxtəlif tərkibli həb məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib....

12 İyun 2026, 14:08

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib 

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.Citypost.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.Bildirilib ki, yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək.Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi yoxlama arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimələnəcək.Eyni zamanda, ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə də yeni cərimələr müəyyənləşir.Həmçinin yeni maddəyə görə, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər...

12 İyun 2026, 13:55

MM Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib 

Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.Sənədə əsasən səfirlik Lissabon şəhərində yerləşəcək.Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanla Portuqaliya münasibətləri dostluq əlaqələri üzərində qurulub:"Azərbaycanın Lissabonda səfirliyinin açılması iki ölkə arasında əlaqələrə ciddi töhfələr verəcək. Bu eyni zamanda parlamentlərarası münasibətə də təkan verəcək".Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib:"Bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq".Müzakirələrdən sonra layihə bir oxunuşda qəbul edilib.Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham...

12 İyun 2026, 13:44

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib. Citypost.az xəbər verir ki,Manset.az-ın əldə etdiyi məlumata görə, bu dəqiqələrdə keçirilən elə ilk iclasda Nigar Həsənova həbs edilib. Bildiririk ki, Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Qeyd edək ki,  İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərin külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib. ...

12 İyun 2026, 13:21