Bizə yazın

Baku

-°C

USD

-

Magistraturada nəticələrin açıqlanacağı vaxt bilindi 

Cəmiyyət 27 İyul 2026, 14:00

505

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulun nəticələrinin açıqlanacağı vaxt məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Citypost.az-a cavab olaraq bildirilib ki, nəticələrin 3 gün ərzində elan olunması nəzərdə tutulur. 

"Adətən ixtisaslaşma seçimi başa çatandan sonrakı 3 gün ərzində nəticələr elan olunur", - deyə rəsmi cavabda vurğulanıb.

Qeyd edək ki, magistraturaya qəbul üzrə ixtisaslaşma seçiminin müddəti bu gün - 27 iyul saat 13:00-da başa çatıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hövsanda nəzarətsiz ərazidə 13 yaşlı qız batıb 

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq...

27 İyul 2026, 16:08

Rövşən Rzayev Oğuzda vətəndaşları qəbul edib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də Oğuzda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a dövlət komitəsindən məlumat verilib.Bildirilib ki, qəbulda, əsasən Oğuz və Qəbələ rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib....

27 İyul 2026, 15:37

Azərbaycanda vahid indekslərin siyahısı genişləndirildi

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, siyahıya Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi əlavə edilib.

27 İyul 2026, 15:26

Ceyhun Məmmədov iranlı millət vəkilləri ilə görüşüb

Ceyhun Məmmədov: Azərbaycan–İran parlamentlərarası əlaqələrinin inkişafı müzakirə olunubMilli Məclisin deputatı Ceyhun Məmmədov Ərdəbilə səfəri çərçivəsində Ərdəbil vilayətini təmsil edən dörd iranlı millət vəkili ilə görüş keçirdiyini bildirib.Deputatın sözlərinə görə, görüş zamanı Azərbaycan ilə İran arasında mövcud münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Ceyhun Məmmədov qeyd edib ki, müzakirələr zamanı Prezident İlham Əliyevin Azərbaycan–İran münasibətlərinin inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Bildirilib ki, dövlət başçısının İran rəhbərliyi ilə keçirdiyi görüşlər, 44 günlük Vətən müharibəsi dövründə aparılan təmaslar, humanitar əməkdaşlıq, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktından sonra münasibətlərin normallaşdırılması...

27 İyul 2026, 15:10

Ötən həftə 1 740,7 hektar ərazi minalardan təmizlənib 

Azad olunan ərazilərdə iyulun 20-dən 26-na qədər 39 tank əleyhinə mina, 173 piyada əleyhinə mina, 753 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 1 740,7 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....

27 İyul 2026, 14:44

Bakıda güclü külək 7 ağacı aşırdı 

Bakıda müşahidə olunan güclü külək ağaclara ziyan vurub.Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən Citypost.az-a verilən məlumata görə, dünəndən etibarən əsən güclü külək nəticəsində paytaxt ərazisində 7 ağac aşıb, 22 ağacın budaqları sınıb.Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin briqadaları hadisə baş verən ərazilərə operativ cəlb olunub. Sınmış ağacların kəsilməsi və təhlükə yaradan budaqların budanması qısa müddətdə təmin edilib.

27 İyul 2026, 14:18