Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edir

Cəmiyyət 27 İyul 2026, 18:20

502

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Citypost.az  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar - Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova bildiriblər ki, cinayət işi üzrə ittiham olunan digər təqsirləndirilən şəxslər kimi Bako Sahakyan, David Manukyan, David Babayan, Davit İşxanyan, Levon Mnatsakanyan, Madat Babayan və Melikset Paşayanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzkar müharibə və cinayətkar birliyin fəaliyyətində iştirakları birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiqlənib.

Dövlət ittihamçıları qeyd ediblər ki, təqsirləndirilən şəxslər sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə, suveren ərazilərimizin işğalı, silahlı birləşmələrin təşkili və təminatı, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinin təşviqi, terror, mina partlayışları, mülki şəxslərə qarşı müxtəlif cinayətlər və digər qanunsuz əməlləri törətməkdə təqsirləndirilirlər.

Həmçinin vurğulanıb ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, eləcə də məhkəmə baxışı zamanı təqdim və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, ifadələr, çoxsaylı istintaq hərəkətləri protokolları, sənədlər və digər dəlillərlə təsdiqlənib.

Məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.Bildirilib ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub: "Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib"....

27 İyul 2026, 19:18

Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşüb

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Xanəgah kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

27 İyul 2026, 18:30

Nazirlik fermerlərə vacib xəbərdarlıq etdi

Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.Citypost.az  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur....

27 İyul 2026, 18:18

Bakıda Qara Dəniz-Xəzər Logistika Forumu keçiriləcək 

Sentyabrın 7-9-da Bakıda "Qara Dəniz-Xəzər Logistika Forumu 2026" (Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments) beynəlxalq konfrans və sərgisi keçiriləcək."Report" xəbər verir ki, sayca beşinci olacaq forum bu il nəqliyyat dəhlizlərinin, infrastrukturun inkişafına və investisiyaların cəlb edilməsinə həsr olunacaq.Tədbir Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında infrastrukturun və yük axınlarının idarə olunmasında bilavasitə iştirak edən şirkət və təşkilatların nümayəndələrini bir araya gətirəcək. Dəniz limanları və terminallarının, gəmiçilik və bərə operatorlarının, dəmir yolu şirkətlərinin, ekspeditor və logistika təşkilatlarının, yük sahiblərinin, dövlət orqanlarının, beynəlxalq maliyyə institutlarının və investisiya şirkətlərinin nümayəndələrinin də iştirakçı qismində çıxış edəcəyi gözlənilir.Forumda 20-dən çox ölkədən...

27 İyul 2026, 17:54

Ülvi Hacızadə nazir müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Ülvi Hacızadə gətirilib.Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.Qeyd edək ki, Ü.Hacızadə bu təyinatadək nazirliyin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb....

27 İyul 2026, 17:48

Ələt–20-ci Sahə arasında yeni ekspres avtobus xətti açılır

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.Citypost.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir."Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib....

27 İyul 2026, 17:40