Bizə yazın

Baku

-°C

USD

-

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib 

Cəmiyyət 27 İyul 2026, 19:18

493

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.

ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.

Bildirilib ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub: "Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək 

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfəri çərçivəsində Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə ilk görüşünü keçirib."Report" xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında məlumat verib.Görüşdə onlar gələcək tərəfdaşlığın və Kiyevə dəstəyin prioritetlərini müzakirə ediblər.V.Zelenski həmçinin dronların və digər texnologiyaların istehsalı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb. Tərəflər əməkdaşlığı artırmaq barədə razılığa gəliblər."Müdafiəmizi müzakirə etdik. Biz birgə müdafiə istehsalının inkişafından danışdıq", – o, görüşün yekunlarına əsasən yazıb.Onun sözlərinə görə, Britaniya Ukraynaya, xüsusən də döyüş əməliyyatları zamanı dronların qorunması üçün radioelektron mübarizə (REM) texnologiyaları verəcək....

27 İyul 2026, 20:53

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib 

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü tikilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək inşa edilib.Tikinti işləri zamanı körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma yolları abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər zəruri yol infrastrukturu elementləri quraşdırılıb.Yeni avtomobil körpüsü artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib....

27 İyul 2026, 20:26

Azərbaycan və Braziliya gömrük əməkdaşlığını genişləndirir

İyulun 27-də Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Azərbaycana səfərə gəlib.Citypost.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Dövlət Gömrük Komitəsində Braziliya gömrük xidmətinin rəhbəri Fabiano Koelho ilə keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının arasındakı münasibətlərin mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb, “Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar və təşəbbüslər” mövzusunda təqdimat nümayiş etdirilib.İkitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan və Braziliya gömrük xidmətləri arasında “2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı” imzalanıb.Görüşdən sonra Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti ilə...

27 İyul 2026, 20:13

Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşüb

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Xanəgah kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

27 İyul 2026, 18:30

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edir

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilibİyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.Citypost.az  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin...

27 İyul 2026, 18:20

Nazirlik fermerlərə vacib xəbərdarlıq etdi

Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.Citypost.az  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur....

27 İyul 2026, 18:18