Bizə yazın

Baku

-°C

USD

-

Hövsanda nəzarətsiz ərazidə 13 yaşlı qız batıb 

Cəmiyyət 27 İyul 2026, 16:08

381

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.

Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Toplum TV" işi: Təqsirləndirilənlərə 12–15 il həbs verildi

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15, Ələsgər Məmmədli 14, Ruslan İzzətli 15, Ramil Babayev 13, Əli Zeynalov 14, Müşfiq Cabbarov 13, İlkin Əmrahov 13, Fərid İsmayılov 12 və Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.Citypost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.Hökmə əsasən, təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.Xatırladaq ki, dövlət ittihamçısı Akif Qurbanovun 16, Ələsgər Məmmədlinin 15, Ruslan İzzətlinin 16, Ramil Babayevin 14, Əli Zeynalovun 15, Müşfiq Cabbarovun 14, İlkin Əmrahovun 14, Fərid İsmayılovun 13 və Elmir Abbasovun 13 il...

27 İyul 2026, 17:34

Küləyin xəsarət yetirdiyi şəxslərin vəziyyəti açıqlandı

Bakıda iyulun 27-də güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub....

27 İyul 2026, 17:25

Özbəkistan XİN rəhbəri Rəşad Məmmədovu qəbul edib

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycanın Daşkənddə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib.Citypost.az  xəbər verir ki, bu barədə Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.Görüş zamanı tərəflər siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılmasına, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat və logistika sahəsində birgə layihələrin təşviq edilməsinə diqqət yetiriblər."Əminik ki, səfirin zəngin diplomatik təcrübəsi Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın yeni praktiki nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək", - B.Saidov yazıb.Xatırladaq ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib. R.Məmmədov bundan əvvəl Azərbaycanın Türkiyədəki...

27 İyul 2026, 17:14

Baş nazir duracaq haqqının qaytarılması qaydasını təsdiqlədi

Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası” təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını müəyyən edir.Qərara əsasən, bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:- duracaq - nəqliyyat vasitələrinin müvəqqəti saxlanılması üçün ayrılmış və mühafizə olunan ərazi;- sahib...

27 İyul 2026, 16:50

MEDİA: İranın AzTV-yə qarşı addımı qəbuledilməzdir

İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.Citypost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.Bildirilib ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:"Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər".MEDİA bəyan edib ki,...

27 İyul 2026, 16:30

Rövşən Rzayev Oğuzda vətəndaşları qəbul edib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də Oğuzda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a dövlət komitəsindən məlumat verilib.Bildirilib ki, qəbulda, əsasən Oğuz və Qəbələ rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib....

27 İyul 2026, 15:37