Etirazlar nəticə verdi: Hindistanda nazir istefa verdi
Dünya 27 İyul 2026, 16:22
403
Hindistanda tələbələrin həftələrlə davam edən etirazlarından sonra təhsil nazirinin istefası etirazçılar tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.
Citypost.az FRANCE 24 istinadən xəbər verir ki, Yeni Dehlidə 30 yaşlı Abhijeet Dipkenin yaratdığı Tarakan Janata Partiyasının rəhbərliyi ilə ölkənin son illərdəki ən böyük etiraz aksiyalarından biri keçirilib. Müxtəlif bölgələrdən minlərlə tələbə paytaxtda oturaq aksiya təşkil edib.
Polisin sərt müdaxiləsi nəticəsində onlarla insan yaralansa da, etirazçılar Jantar Mantar meydanını tərk etməyiblər. Davamlı aksiyalar nəticəsində təhsil naziri istefa verib.
Həmçinin oxuyun
Bu arada, Baş nazir Narendra Modi ölkənin imtahan sistemində islahatların aparılacağını elan edib. O, imtahan saxtakarlığının qarşısının alınması və təhsil sisteminə inamın bərpası üçün yeni tədbirlərin həyata keçiriləcəyini bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mahmud Abbas beynəlxalq ictimaiyyətə çağırış etdi
Fələstin Prezidenti Mahmud Abbas işğal olunmuş Qərb sahilində İsrail qüvvələri və yəhudi məskunlarının hücumlarının qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fələstin Prezident Administrasiyasının yaydığı məlumata görə, Abbas ərəb və Avropa ölkələrinin liderlərinə, Avropa İttifaqına, Ərəb Dövlətləri Liqasının baş katibinə, BMT Təhlükəsizlik Şurasının prezidentinə və Fələstinin BMT-dəki missiyasına ünvanladığı məktublarda bölgədə təhlükəli eskalasiyanın yaşandığını bildirib.Bəyanatda qeyd olunub ki, hücumlar nəticəsində yüzlərlə mülki şəxs həlak olub, evlər, dini məkanlar, kənd təsərrüfatı torpaqları və digər mülki obyektlər dağıdılıb. Mahmud Abbas İsrailin siyasətinin iki dövlətli həll perspektivini zəiflətməklə yanaşı, regionun təhlükəsizliyi və sabitliyini də təhdid...
27 İyul 2026, 15:53
İstanbuldakı Müqəddəs Nikolay Erməni Kilsəsi təmirdən sonra yenidən açılır
İstanbulun Beykoz rayonunda yerləşən Müqəddəs Nikolay Erməni Kilsəsi bir illik bərpa işlərindən sonra yenidən fəaliyyətə başlayacaq.Citypost.az news.am-a istinadən xəbər verir ki, 1776-cı ildə inşa edilən kilsənin açılışı avqustun 7-də keçiriləcək. Həmin gün Konstantinopol Erməni Patriarxı Sahak Maşalyan tərəfindən kilsənin yenidən təqdis mərasimi baş tutacaq. Avqustun 9-da isə bərpa işlərindən sonra ilk dini ayin (liturgiya) keçiriləcək.Bərpa layihəsi çərçivəsində kilsənin təməli möhkəmləndirilib, damı və pəncərələri təmir olunub. Arxiv fotoşəkilləri əsasında zəng qülləsi də əvvəlki görnüşünə uyğun şəkildə yenidən inşa edilib.Qeyd edək ki, bu il Müqəddəs Nikolay Erməni Kilsəsinin inşasının 250 illiyi qeyd olunur....
27 İyul 2026, 15:35
Şerzod Xocayev Özbəkistanın energetika naziri təyin edilib
Şerzod Xocayev Özbəkistanın energetika naziri təyin edilib."Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.Bununla əlaqədar olaraq, Ş.Xocayev Enerji Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin direktoru vəzifəsindən azad edilib.Məlumata görə, o bu vəzifədə Jurabek Mirzamahmudovu əvəz edəcək.
27 İyul 2026, 14:48
Torontoda yəhudi ailəsinə məxsus çörəkxanaya atəş açılıb
Torontoda yəhudi ailəsinə məxsus çörəkxanaya silahlı hücum edilibCitypost.az xarici KİV-lərə istinadən xəbər veriri ki, müəssisələrdən birinə odlu silahla atəş açılıb, digərinin divarlarına isə küt əşyalarla ziyan vurulub.Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hücumu nifrət cinayəti kimi qiymətləndirir.Toronto meri Olivia Çou baş verənləri antisemitizm aktı adlandıraraq bunu "alçaq və qəbuledilməz hərəkət" kimi qiymətləndirib. O, şəhərdə bu cür cinayətlərin qarşısının alınması istiqamətində tədbirlərin gücləndiriləcəyini bildirib.Turan...
27 İyul 2026, 14:44
Kanadada meşə yanğınları 66 min hektardan çox ərazini külə çevirib
Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən iri meşə yanğınları 66 min hektardan çox ərazini külə çevirib.Citypost.az CBC News-a istinadən xəbər verir ki, Tompson-Nikol bölgəsində qeydə alınan iki ayrı meşə yanğını birləşərək daha geniş əraziyə yayılıb. Quru və isti hava şəraiti alovun söndürülməsini çətinləşdirir.Təbii fəlakət səbəbindən yüzlərlə sakin təhlükəsiz ərazilərə təxliyə olunub. Yanğın nəticəsində ən azı 20 yaşayış evi və digər tikililər məhv olub. Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib.Britaniya Kolumbiyası hakimiyyəti bildirib ki, hazırda əyalət üzrə 145 aktiv yanğın ocağı mövcuddur. Yanğınların söndürülməsinə təxminən 1000 yanğınsöndürən, yüzlərlə xüsusi texnika, o cümlədən 162 təyyarə və helikopter cəlb edilib.Əli...
27 İyul 2026, 11:55
Pentaqon ABŞ-ın İrana zərbələrinin effektivlik həddinə çatdığını hesab edir
ABŞ Müdafiə Nazirliyi İrana endirilən zərbələrin hazırkı mərhələdə effektivlik həddinə çatdığını hesab edir.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazı ətrafında bombardmanların dayandırılmasını tövsiyə edib. O bildirib ki, hava zərbələri artıq maksimum nəticə verib.Axios yazır ki, Kuperin və administrasiyanın bir sıra rəsmilərinin bu mövqeyi Prezident Donald Trampın İrana zərbələri müvəqqəti dayandırmaq qərarına təsir göstərib.Nəşrin qeydinə görə, bu, həm hərbi, həm də mülki müşavirlərin hərbi əməliyyatlar, xüsusilə hava zərbələri ilə əldə edilə biləcək nəticələrin məhdud olduğunu qəbul etməsinin göstəricisidir....
27 İyul 2026, 09:26