Bakıda Qara Dəniz-Xəzər Logistika Forumu keçiriləcək
Cəmiyyət 27 İyul 2026, 17:54
426
Sentyabrın 7-9-da Bakıda "Qara Dəniz-Xəzər Logistika Forumu 2026" (Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments) beynəlxalq konfrans və sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, sayca beşinci olacaq forum bu il nəqliyyat dəhlizlərinin, infrastrukturun inkişafına və investisiyaların cəlb edilməsinə həsr olunacaq.
Tədbir Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında infrastrukturun və yük axınlarının idarə olunmasında bilavasitə iştirak edən şirkət və təşkilatların nümayəndələrini bir araya gətirəcək. Dəniz limanları və terminallarının, gəmiçilik və bərə operatorlarının, dəmir yolu şirkətlərinin, ekspeditor və logistika təşkilatlarının, yük sahiblərinin, dövlət orqanlarının, beynəlxalq maliyyə institutlarının və investisiya şirkətlərinin nümayəndələrinin də iştirakçı qismində çıxış edəcəyi gözlənilir.
Forumda 20-dən çox ölkədən 100-dən artıq şirkəti təmsil edən 150-dən çox nümayəndənin iştirak edəcəyi nəzərdə tutulur.
Tədbirdə əsas diqqət Asiya və Avropa arasında yükdaşıma marşrutu kimi fəaliyyət göstərən Orta Dəhlizin gələcək inkişaf perspektivlərinə yönəldiləcək. Xüsusilə iştirakçılar marşrutun 2026-2027-ci illərdə yükdaşıma həcmləri və çatdırılma müddətləri ilə bağlı potensialını, həmçinin onun buraxılış qabiliyyətinin daha da artırılması üçün tələb olunan investisiyaları müzakirə edəcəklər.
Regional nəqliyyat infrastrukturunun inkişafına təsir edən yeni marşrutlar və geosiyasi amillər ayrıca sessiyada müzakirə olunacaq. Tədbirdə Zəngəzur marşrutu (TRIPP), Trans-Əfqanıstan istiqaməti və Orta Dəhlizin beynəlxalq daşımalar sistemindəki strateji rolunun mümkün transformasiyası diqqət mərkəzində olacaq.
Proqramda marşrutun buraxılış qabiliyyətinin artırılmasında Çinin rolu mühüm yer tutacaq. İştirakçılar həyata keçirilən və planlaşdırılan infrastruktur layihələrini, konteyner qatarlarının inkişafını və geriyə yüklənmənin təmin edilməsi məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, forum çərçivəsində Xəzər dənizində gəmiçilik və bərə daşımalarının perspektivlərinin müzakirə edilməsi planlaşdırılır. Xüsusilə yüksək tutumlu gəmilərin tikintisi və istismarı, konteynerləşdirmənin inkişafı, Ro-Ro tipli gəmilərlə daşımaların genişləndirilməsi və tariflərin dinamikası əsas müzakirə mövzusu olacaq.
Əsas mövzulardan biri 2030-cu ilə qədər liman infrastrukturunun modernləşdirilməsi ilə bağlı olacaq. İştirakçılar yanalma infrastrukturunun inkişafı, müasir kran komplekslərinin quraşdırılması, dibdərinləşdirmə işlərinin aparılması və limanların daxili regionlarla nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məsələlərini nəzərdən keçirəcəklər.
Bundan başqa, Asiya və Avropa arasındakı marşrutlarda yük axınlarının strukturuna diqqət yetiriləcək. Xüsusilə enerji daşıyıcıları, taxıl, gübrə, metal, kritik əhəmiyyətli minerallar və layihə yüklərinin daşınması perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.
Nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması forumun vacib mövzusu olacaq. İştirakçılar məlumat mübadiləsi üçün vahid platformaların yaradılmasını, gömrük prosedurlarının uzlaşdırılmasını və elektron sənəd dövriyyəsinin inkişafını müzakirə edəcək, eləcə də bu sahədə indiyə qədər əldə olunmuş irəliləyişi qiymətləndirəcəklər.
Həmçinin oxuyun
Beynəlxalq maliyyə institutlarının və inkişaf banklarının regionun nəqliyyat infrastrukturunun maliyyələşdirilməsindəki rolu xüsusi müzakirə mövzusu olacaq. İştirakçılar Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Avropa İnvestisiya Bankının fəaliyyətini, eləcə də onların maliyyələşdirdiyi layihələri və vəsaitlərin verilmə şərtlərini nəzərdən keçirəcəklər.
Forumun gündəliyinə "EU Global Gateway" təşəbbüsü və Transxəzər Nəqliyyat Marşrutu üçün nəzərdə tutulan investisiya paketinin müzakirəsi də daxildir. Bəyan edilmiş investisiya planlarının konkret layihələrə necə çevrilməsi, indiyədək cəlb olunan maliyyənin həcmi, eləcə də dövlət-özəl tərəfdaşlığı (PPP) və qarışıq maliyyələşdirmə mexanizmlərinin imkanları diqqət mərkəzində olacaq.
Daha bir müzakirə mövzusu regional logistikanın hüquqi və sığorta mənzərəsi ilə bağlı olacaq. İştirakçılar multimodal daşımaların təşkili zamanı risklərin idarə edilməsi məsələlərini, eləcə də beynəlxalq yük axınlarının dayanıqlığının təmin edilməsində sığorta, hüquq və sürveyer şirkətlərinin rolunu nəzərdən keçirəcəklər.
Təşkilatçılar qeyd edirlər ki, Orta Dəhliz inkişaf etməkdə davam edir: daşımaların həcmi artır, infrastruktur layihələri isə eyni vaxtda bir neçə istiqamətdə həyata keçirilir. Bu şəraitdə marşrutun növbəti inkişaf mərhələsinin və bunun üçün bərə donanması, liman gücləri, gömrük infrastrukturu və rəqəmsal inteqrasiyaya tələb olunan investisiyaların müəyyən edilməsi əsas məsələlərdən birinə çevrilir.
Forumda Qara dəniz və Xəzər dənizini limanlarının, terminallarının və stividor şirkətlərinin, gəmiçilik, bərə və Ro-Ro operatorlarının, gəmi sahiblərinin, agentlərin və brokerlərin, dəmir yolu şirkətlərinin, konteyner qatarları və vaqon operatorlarının nümayəndələrinin iştirakı gözlənilir.
Həmçinin tədbirdə ekspeditorlar, multimodal operatorlar, 3PL və 4PL şirkətləri, yük sahibləri, beynəlxalq maliyyə institutları, inkişaf bankları, infrastruktur fondları, özəl və strateji investorlar, nəqliyyat və iqtisadiyyat nazirliklərinin nümayəndələri, tənzimləyicilər, gömrük orqanları, sahə assosiasiyaları və ixtisaslaşdırılmış birliklər iştirak edəcəklər.
Bundan başqa, dibdərinləşdirmə işləri, mühəndislik həlləri və liman texnologiyaları üzrə ixtisaslaşmış şirkətlərin, habelə hüquq, sığorta və sürveyer təşkilatlarının iştirakı gözlənilir.
Forumun təşkilatçıları qeyd ediblər ki, Bakının foruma ev sahibliyi etməsi onun regional nəqliyyat sistemindəki strateji mövqeyi ilə bağlıdır. Şəhər Orta Dəhlizin dəniz və quru marşrutlarının kəsişdiyi, eləcə də infrastruktur operatorlarının, logistika biznesinin və potensial investorların nümayəndələrinin bir araya gəldiyi əsas qovşaqlardan biridir.
Təşkilatçılar ümid edirlər ki, forum konkret investisiya layihələrinin, infrastrukturun inkişafının və Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında nəqliyyat əlaqələrinin səmərəliliyinin daha da artırılmasının müzakirəsi üçün platformaya çevriləcək.
Qeyd edək ki, "Report" agentliyi konfransın informasiya tərəfdaşıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.Bildirilib ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub: "Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib"....
27 İyul 2026, 19:18
Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşüb
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Xanəgah kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
27 İyul 2026, 18:30
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edir
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilibİyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin...
27 İyul 2026, 18:20
Nazirlik fermerlərə vacib xəbərdarlıq etdi
Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.Citypost.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur....
27 İyul 2026, 18:18
Ülvi Hacızadə nazir müavini təyin edildi
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Ülvi Hacızadə gətirilib.Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.Qeyd edək ki, Ü.Hacızadə bu təyinatadək nazirliyin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb....
27 İyul 2026, 17:48
Ələt–20-ci Sahə arasında yeni ekspres avtobus xətti açılır
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.Citypost.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir."Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib....
27 İyul 2026, 17:40