Bizə yazın

Baku

-°C

USD

-

Ələt–20-ci Sahə arasında yeni ekspres avtobus xətti açılır

Cəmiyyət 27 İyul 2026, 17:40

448

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.

Citypost.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşüb

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Xanəgah kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

27 İyul 2026, 18:30

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edir

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilibİyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.Citypost.az  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin...

27 İyul 2026, 18:20

Nazirlik fermerlərə vacib xəbərdarlıq etdi

Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.Citypost.az  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur....

27 İyul 2026, 18:18

Bakıda Qara Dəniz-Xəzər Logistika Forumu keçiriləcək 

Sentyabrın 7-9-da Bakıda "Qara Dəniz-Xəzər Logistika Forumu 2026" (Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments) beynəlxalq konfrans və sərgisi keçiriləcək."Report" xəbər verir ki, sayca beşinci olacaq forum bu il nəqliyyat dəhlizlərinin, infrastrukturun inkişafına və investisiyaların cəlb edilməsinə həsr olunacaq.Tədbir Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında infrastrukturun və yük axınlarının idarə olunmasında bilavasitə iştirak edən şirkət və təşkilatların nümayəndələrini bir araya gətirəcək. Dəniz limanları və terminallarının, gəmiçilik və bərə operatorlarının, dəmir yolu şirkətlərinin, ekspeditor və logistika təşkilatlarının, yük sahiblərinin, dövlət orqanlarının, beynəlxalq maliyyə institutlarının və investisiya şirkətlərinin nümayəndələrinin də iştirakçı qismində çıxış edəcəyi gözlənilir.Forumda 20-dən çox ölkədən...

27 İyul 2026, 17:54

Ülvi Hacızadə nazir müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Ülvi Hacızadə gətirilib.Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.Qeyd edək ki, Ü.Hacızadə bu təyinatadək nazirliyin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb....

27 İyul 2026, 17:48

"Toplum TV" işi: Təqsirləndirilənlərə 12–15 il həbs verildi

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15, Ələsgər Məmmədli 14, Ruslan İzzətli 15, Ramil Babayev 13, Əli Zeynalov 14, Müşfiq Cabbarov 13, İlkin Əmrahov 13, Fərid İsmayılov 12 və Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.Citypost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.Hökmə əsasən, təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.Xatırladaq ki, dövlət ittihamçısı Akif Qurbanovun 16, Ələsgər Məmmədlinin 15, Ruslan İzzətlinin 16, Ramil Babayevin 14, Əli Zeynalovun 15, Müşfiq Cabbarovun 14, İlkin Əmrahovun 14, Fərid İsmayılovun 13 və Elmir Abbasovun 13 il...

27 İyul 2026, 17:34