Cəfər Cabbarlının heykəlinin təmir-bərpası yekunlaşıb
Cəmiyyət 16 İyun 2026, 17:54
359
Böyük dramaturq, şair, yazıçı, rejissor Cəfər Cabbarlının “Azərbaycanfilm” Kinostudiyasının giriş hissəsindəki heykəlinin əsaslı təmir-bərpa işləri tamamilə başa çatdırılıb.
Bunu Citypost.az açıqlamasında kinostudiyanın direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə bildirib.
R.Qarazadə onu da söyləyib ki, kinostudiyanın ərazisində yaxın zamanda abadlaşdırma işləri daha sürətlə davam etdiriləcək.
"Artıq işıqlandırma, yaşıllaşdırma, su sistemlərinin bərpası həyata keçirilib. Ərazi üzrə elektrik naqilləri, projektorlar və s. bərpa olunub. Paralel olaraq abadlıq işlərinə, bütün təmir-bərpa işlərinə sərf olunacaq ehtimal qiymətləri formalaşdırılıb. Ardıcıl şəkildə asfalt örtüyünün dəyişdirilib yenilənməsi proseslərinə də başlanılacaq. Onu da qeyd edək ki, illərlə baxımsız duruma düşüb çirkləndirilmiş inzibati binada təmizlik işləri də artıq başa çatdırılıb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 14 yanvar 2026-cı il tarixində imzaladığı “Azərbaycan Mədəniyyəti - 2040” – Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının müvafiq müddəalarına uyğun olaraq “Azərbaycanfilm” Kinostudiyasında iş həcmi də təsdiqlənmiş, ehtimal qiymətləndirilmələri başa çatdırılmışdır. Həm təmir-bərpa işləri, həm də Konsepsiya ilə bağlı qiymətləndirmələr növbəti həftənin sonuna kimi elan olunacaq".
Kinostudiyada görülən digər işlər və konkret hədəflərdən detallı danışan R.Qarazadə dövlət sifarişilə ekranlaşdırılacaq filmlərin “Azərbaycanfilm”lə özəl sektor arasında birgə istehsalına başlanıldığını da bildirib. Onun sözlərinə görə, bu istiqamətdə artıq ilk addım atılıb. Belə ki, “Daşlara Həkk Olunan Tale: Əcəmi Əbubəkir Naxçıvani” adlı tammetrajlı bədii-sənədli tarixi filmin çəkilişlərinə başlanılıb. R.Qarazadə həmçinin bu addımın kinostudiya ilə özəl sektor arasında koordinasiyanı möhkəmləndirmək məqsədilə atıldığını, konkret olaraq bununla kinostudiyada film istehsalının bərpa olunduğunu da xüsusi vurğulayıb.
Həmçinin oxuyun
R.Qarazadə qurumda məkan xidmətləri, çəkiliş avadanlıqlarının alınması kimi aparılan son dərəcə vacib proseslər barədə də geniş məlumatlar verib:
“Kinostudiyanın rəhbərliyi 2026-cı ilin sonunadək daxili imkanlar hesabına yararsız və boş sahələri qısa müddət ərzində çəkiliş obyektlərinə çevirməklə altı çəkiliş zonasını səkkizə çatdırmağı, böyük pavilyonun inşası layihəsinin həyata keçirilməsinə investisiya cəlb etməyi, çəkiliş sahələrini potensial müştərilərə tanıtmaq üçün reklam kampaniyaları təşkil etməyi, eyni zamanda bu məkanların rentabelliyini artırmaq üçün xüsusi endirimlər tətbiq etməklə rezidentlər şəbəkəsindən yararlanmağı hədəfləyir. Həmçinin çəkiliş avadanlıqlarının alınması, kontent xidmətləri, post-prodakşn xidmətləri, geyim və əlbəsə xidmətləri, alternativ, yəni qrim, kaskadyorluq, avtonəqliyyat, dron, kastinq, tikiş sexi xidmətləri ilə də bağlı işlərin reallaşdırılmasına başlanılıb. Artıq bu istiqamətdə müqavilələrin bir çoxu imzalanıb və proseslər davam etməkdədir ki, bu da “Azərbaycanfilm” Kinostudiyasında yaradılması nəzərdə tutulan “Kinopark” konsepsiyasının həyata keçirilməsinə başlandığının əyani göstəricisidir. Eyni zamanda sevindirici haldır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi 2026-cı il üzrə “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”nin qalibləri sırasında Azərbaycafilmin “Kinostudiya sakinləri” tammetrajlı bədii-sənədli film-layihəsi də yer alıb.
Onu da qeyd edim ki, 2026-cı il üçün nəzərdə tutduğumuz son dərəcə vacib işlər sırasında zəngin tarixə malik Azərbaycan kinosunun dünəni, bu günü və gələcək hədəflərini özündə əks etdirəcək Kino Muzeyinin yaradılması prosesi də var. Eyni zamanda Azərbaycanın film sənayesi üçün genişmiqyaslı istehsal və təhsil ekosisteminə çevriləcək Yaradıcı Kino Mərkəzinin (Cinema Creative Nub və Kino Akademiyası) təşkil edilməsi də strateji planlarımızda nəzərdə tutulmuşdur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb
İyunun 15-də “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 5-ci “YAŞAT” düşərgəsinə start verilib.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, ümumilikdə 7 həftəni əhatə edəcək layihə çərçivəsində 400-ə qədər şəhid övladı üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları və qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.“Lankaran Springs Wellness Resort” Hotelində təşkil olunacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.Düşərgələrdə şəhidlərimizin...
16 İyun 2026, 17:33
Komitə sədri Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının prefekti ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 16-da Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının prefekti kardinal Con Ceykob Kuvakad və Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanese ilə görüşüb.Citypost.az xəbər verir ki, Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz regionda dayanıqlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olması istiqamətində ardıcıl səylər göstərir, mühüm təşəbbüslərlə çıxış edir. Respublikada müxtəlif dini konfessiyalara mənsub icmaların sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların dini-mədəni irsinin qorunması, ibadət yerlərinin bərpası və dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ramin Məmmədov bildirib ki, birgəyaşayışın Azərbaycan modeli...
16 İyun 2026, 17:27
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.Citypost.az-ın xəbərinə görə, 19 iyunda keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası...
16 İyun 2026, 17:20
Vüqar Rəhimzadə: Mətbuatın inkişafı dövlət siyasətinin prioritetidir
Medianın inkişafı və müstəqilliyinin dəstəklənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Hər dövrün öz çağırışları vardır. Bu çağırışlar digər sahələr kimi, mətbuatda da daim yenilikləri, təkmilləşməni şərtləndirir. Müstəqilliyimizin bərpasından bu günədək keçilən yola nəzər salsaq görərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatda da yeni mərhələnin başlanğıcı oldu. Müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı, redaksiyaların davamlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin...
16 İyun 2026, 17:19
Komandaları qarışdıran türk şərhçi Dünya Çempionatından kənarlaşdırıldı
2026-cı il Dünya Çempionatının G qrupunda İran - Yeni Zelandiya matçında iki komandanı təxminən 4 dəqiqə ərzində səhv salan TRT-nin şərhçisi Murat Ekrem Çimen barədə qərar verilib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, baş verən hadisədən sonra telekanal şərhçini Dünya Çempionatı yayım heyətindən uzaqlaşdırıb.TRT hadisə ilə bağlı üzr istəyərək inzibati araşdırmaya başlanıldığını açıqlayıb.Qeyd edək ki, Murat Ekrem Çimen 2:2 hesabı ilə başa çatan görüşdə İranın hücumlarını Yeni Zelandiyanın, Yeni Zelandiyanın yaratdığı təhlükəli vəziyyətləri isə İranın hücumları kimi təqdim edib. Səhv xüsusilə İran millisinin hücumçusu Mehdi Tareminin ekranda yaxın planda göstərildiyi anlarda daha aydın hiss olunub. Daha sonra yayım zamanı qısa düzəliş...
16 İyun 2026, 17:15
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
Sabahdan Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov kücələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.Citypost.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.Məlumata görə, qurumun Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.Layihə ölkə Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.İşlərin ilin sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub. Tikinti mərhələli şəkildə...
16 İyun 2026, 16:42