Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi 

Cəmiyyət 17 İyun 2026, 16:34

377

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Unikal"ın verdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlər ifadə veriblər. 

Onlar dövlət ittihamçısı Emin Murquzovun və vəkillərin suallarını cavablandırıblar:

Zərərçəkmiş şəxs Raqif Babayev ifadəsində bildirib ki, reabilitasiya mərkəzində müalicə alması üçün valideynləri müraciət edib:

 "Mingəçevir şəhərində yaşayıram. Valideynlərim həmin reabilitasiya mərkəzinə müraciət etdi. Kazino-qumar oyunlarından əziyyət çəkirdim. Mənə reablitasiya Mərkəzində bildirildi ki 6 ay burda qalacaqsan. Getmək istəyirdim. Orda yad cisimlər - əşyalar udmuşam. Bunu etiraz olaraq edirdim. Buna görə təqsirləndirilən şəxslər məni döydülər. Döyənlər arasında Ceyhun Salmanov olmayıb. Buna görə üz və qulaq nahiyyəmdən ağır xəsarətlər almışdım. Bundan başqa etiraz əlaməti olaraq dama çıxmışdım. 6-7 Saat orda qaldım. Buna görə polis gəldi. Reabilitasiya mərkəzində qalmaq istəmədiyim barədə valideynlərimə demişdim. Orda olanda nəzarət altında çölə çıxırdım. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu". 

Zərərçəkmiş şəxsin anası şahid qismində ifadə verib. O, bildirib ki, oğlu kazino və qumar oyunları asılılığından əziyyət çəkirdi:

"Bu reabilitasiya mərkəzi barədə məlumatı "Tiktok" sosial platformasında əldə etdim. Mərkəzə müraciət etdim və 3-ə yaxın əməkdaş gecə 3-də gəlib oğlumu götürdülər. İlk olaraq oğlum narazı idi. Sonra könüllü razılaşdı. Mərkəzə ayda 1000 manat ödəniş etməli idim. Pulları kart hesabına atmışdım. Heç bir şikayətim yoxdu". 

Daha sonra zərərçəkmiş qismində məşhur skripka ifaçısı Ramil Həsənov dindirilib. O, narkotik istifadəçisi olduğunu deyib:

"Ailədə üç uşaq idik. Qurban adlı tanışıma müraciət etdim. O, da məni reablitasiya mərkəzinə gətirdi. Əvvəlcə 2-ci korpusda idim, daha sonra 1-ci korpusa yerləşdirildim. Orda narazılıq etdim ki, darıxıram sıxılıram. Digər zərərçəkəni də orda tanımışam. Prokurorluq əməkdaşları gələndə artıq mən bildirdim ki, burdan getmək istəyirəm. Mən mərkəzdə təxminən 2 ay qaldım. Orda olan ciddi nizam intizama dözə bilmirdim. Orda mənə qarşı şiddət olmayıb. Məni ora dostlarım aparmışdı və ödənişləri onlar edirdilər. Ora gələndə mənə könüllülüklə bağlı imza atmışdım. Orada sağalanlar çox idi. Elə mən özüm də 2 ay orda qaldım və nəticə müsbət oldu. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu. Birinci dəfə çıxmaq istəyirdim deyə şikayətçi idim". 

Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin edilib. 

Xatırladaq ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və  barələrində prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir vəkil Kollegiyadan xaric edildi 

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Citypost.az xəbər verir ki, iclasda son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi...

17 İyun 2026, 17:48

Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi 

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) rusiyalı oliqarx Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” blokundan deputatlığa namizəd Davit Qazinyana qarşı cinayət işinin açılmasına və barəsində həbs qətimkan tədbirinin seçilməsinə icazənin verilməsi ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Komitəsinin tələbini təmin edib.Teleqraf xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan məlumat verib.MSK-nın müvafiq qərarı ilə deputatlığa namizədin toxunulmazlığı ləğv edilib.Vəkil D. Qazinyana qarşı ittihamın rüşvətlə bağlı olduğunu bildirib....

17 İyun 2026, 17:31

FHN tərəfindən texniki təhlükəsizlik üzrə maarifləndirici tədbir keçirildi 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsə daxil olan müəssisələrin nümayəndələri üçün texniki təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Tədbirin keçirilməsində məqsəd AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələrində texniki təhlükəsizlik tələblərinə əməl olunması, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, istehsalat proseslərində risklərin vaxtında müəyyənləşdirilməsi və mümkün qəzaların qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.Tədbirdə AZCON-un idarəetməsinə daxil olan dövlət müəssisələrinin və digər qurumların məsul nümayəndələri iştirak ediblər.Görüş zamanı texniki təhlükəsizlik sahəsində normativ-hüquqi aktların tələbləri, təhlükə potensiallı obyektlərin dövlət...

17 İyun 2026, 17:19

Kardinal Corc Kuvakad Şəkiyə səfər edib 

İyunun 17-də Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal  Corc Kuvakad Şəki şəhərində olub.Citypost.az xəbər verir ki, ali qonağı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı Fövqəladə və Səlahiyyətli Səfiri İlqar Muxtarov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev müşayiət ediblər. Səfər çərşivəsində Şəki Xan Sarayı, Kiş kəndində yerləşən Alban kilsəsini və digər tarixi-memarlıq abidələrini ziyarət olunub. Ali qonağa Şəkinin qədim tarixi, memarlıq inciləri, eləcə də bölgə rast gəlinən xristian irsinə aid olan artefaktlar barədə geniş məlumat verilib. Kardinal Kuvakad bu günə qədər qorunub saxlanılan xristian abidələrinin Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın bariz nümunəsi olduğunu deyib.  Sonda...

17 İyun 2026, 17:12

Vardanyanın arvadı Bakıya gəlmək istəyir 

Bakıda həbsdə olan keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Azərbaycana gəlmək istəyir.Citypost.az Musavat.com-a istinadla bildirir ki, o, bu təşəbbüs çərçivəsində beynəlxalq qadın humanitar nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək niyyətindədir.Veronika Zonabend geniş açıqlamasında deyib ki, Vardanyan üç ildən çoxdur ailəsini və yaxınlarını görə bilmir. Onun sözlərinə görə, bu müddətdə Rubenin nəvələri dünyaya gəlib. O, həmçinin həbsdə olan digər 18 erməni qatili də xatırladıb. Vardanyanın həyat yoldaşı beynəlxalq ictimaiyyətn laqeydliyindən gileylənib. Sanki əri dissidentdir. O, cinayətkar və qanunsuz, heç bir ölkənin müstəqilliyini qəbul etmədiyi rejimə rəhbərlik edənlərdən biri olub. Amma arvadı Rubendən az qala qəhrəman obrazı...

17 İyun 2026, 17:00

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi  

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.Citypost.az xəbər verir ki, bu barədə xalq artisti sosial şəbəkə hesabında paylaşım edib.Paylaşımda deyilir:Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamağınız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə böyük sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıramQeyd edək ki, 84 yaşlı...

17 İyun 2026, 16:20