Bizə yazın

Baku

-°C

USD

-

Ağdərə sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Cəmiyyət 17 İyun 2026, 15:00

380

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.

Bu barədə Citypost.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Qeyd edilib ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir. Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq- sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.

O da bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Həsənriz, Vəngli və Çıldıran kəndlərinə qayıdan ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi tədbirləri, o cümlədən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kardinal Corc Kuvakad Şəkiyə səfər edib 

İyunun 17-də Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal  Corc Kuvakad Şəki şəhərində olub.Citypost.az xəbər verir ki, ali qonağı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı Fövqəladə və Səlahiyyətli Səfiri İlqar Muxtarov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev müşayiət ediblər. Səfər çərşivəsində Şəki Xan Sarayı, Kiş kəndində yerləşən Alban kilsəsini və digər tarixi-memarlıq abidələrini ziyarət olunub. Ali qonağa Şəkinin qədim tarixi, memarlıq inciləri, eləcə də bölgə rast gəlinən xristian irsinə aid olan artefaktlar barədə geniş məlumat verilib. Kardinal Kuvakad bu günə qədər qorunub saxlanılan xristian abidələrinin Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın bariz nümunəsi olduğunu deyib.  Sonda...

17 İyun 2026, 17:12

Vardanyanın arvadı Bakıya gəlmək istəyir 

Bakıda həbsdə olan keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Azərbaycana gəlmək istəyir.Citypost.az Musavat.com-a istinadla bildirir ki, o, bu təşəbbüs çərçivəsində beynəlxalq qadın humanitar nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək niyyətindədir.Veronika Zonabend geniş açıqlamasında deyib ki, Vardanyan üç ildən çoxdur ailəsini və yaxınlarını görə bilmir. Onun sözlərinə görə, bu müddətdə Rubenin nəvələri dünyaya gəlib. O, həmçinin həbsdə olan digər 18 erməni qatili də xatırladıb. Vardanyanın həyat yoldaşı beynəlxalq ictimaiyyətn laqeydliyindən gileylənib. Sanki əri dissidentdir. O, cinayətkar və qanunsuz, heç bir ölkənin müstəqilliyini qəbul etmədiyi rejimə rəhbərlik edənlərdən biri olub. Amma arvadı Rubendən az qala qəhrəman obrazı...

17 İyun 2026, 17:00

Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi 

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib."Unikal"ın verdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlər ifadə veriblər. Onlar dövlət ittihamçısı Emin Murquzovun və vəkillərin suallarını cavablandırıblar:Zərərçəkmiş şəxs Raqif Babayev ifadəsində bildirib ki, reabilitasiya mərkəzində müalicə alması üçün valideynləri müraciət edib: "Mingəçevir şəhərində yaşayıram. Valideynlərim həmin reabilitasiya mərkəzinə müraciət etdi. Kazino-qumar oyunlarından əziyyət çəkirdim. Mənə reablitasiya Mərkəzində bildirildi ki 6 ay burda qalacaqsan. Getmək istəyirdim. Orda yad cisimlər...

17 İyun 2026, 16:34

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi  

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.Citypost.az xəbər verir ki, bu barədə xalq artisti sosial şəbəkə hesabında paylaşım edib.Paylaşımda deyilir:Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamağınız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə böyük sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıramQeyd edək ki, 84 yaşlı...

17 İyun 2026, 16:20

Sertifikatlaşdırma imtahanının ilk günü 98% davamiyyət qeydə alınıb 

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək.Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.Bildiririk ki, Sertifikatlaşdırma prosesinin test...

17 İyun 2026, 16:00

Azərbaycanın səhiyyə işçiləri təltif edilib 

Azərbaycanın səhiyyə işçiləri təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli "Əmək" ordeni iləCavadov Emin Ağacavad oğluCəmilov Rüfət Rüstəm oğluƏləkbərov Cəbrayıl Ələkbər oğluHacıyeva Adilə Sabir qızıİslamzadə Fuad İslam oğluKosayev Cəmaləddin Valeh oğluNəbiyev Nizami Nəbi oğlu"Tərəqqi" medalı iləAbuşov Nəsrəddin Sədrəddin oğluAğayev Elşən Ələm oğluAğayeva Naidə Rüstəm qızıƏhmədova Çiçək Məmməd qızıƏlicabarova Ulduz İsrafil qızıƏliyev Eyub Məmmədrza oğluƏliyeva Kifayət Hüseyn qızıƏlləmova Firəngiz Aşur qızıƏzimov Nazim Kərim oğluHacıyev Elxan Sərxan oğluHüseynov Sahib Əhməd oğluXasiyev Arif İsfəndiyar oğluİbadov Samir Əlixas oğluKazımi Mircəlal Mirkazım oğluQafarova Ellada Bəxtiyar qızıQarayeva Yaqut Fəxrəddin qızıQuliyeva...

17 İyun 2026, 15:51