Bizə yazın

Baku

-°C

USD

-

Yeganə Hacıyeva: Vahid Media və Yayım Şurası media idarəçiliyində yeni mərhələdir

Cəmiyyət 17 İyun 2026, 10:50

318

Politoloq Yeganə Hacıyeva Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Vahid Media və Yayım Şurasının yaradılmasını media idarəçiliyində yeni mərhələyə keçid kimi dəyərləndirib.

O bildirib ki, ənənəvi media sərhədləri artıq faktiki olaraq aradan qalxıb və televiziya, radio, çap və internet mediası bu gün vahid informasiya ekosistemində fəaliyyət göstərir. Hacıyevanın sözlərinə görə, televiziya kanalları rəqəmsal yayım həyata keçirir, xəbər portalları video kontent istehsal edir, sosial media platformaları isə həm klassik, həm də rəqəmsal medianın funksiyalarını öz üzərinə götürüb.

Politoloq hesab edir ki, bu şəraitdə media sahələrinin ayrı-ayrı qurumlar tərəfindən idarə olunması effektivlik baxımından müəyyən çətinliklər yaradır. Vahid tənzimləyici institut isə media siyasətinin daha sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verə bilər.

Yeganə Hacıyeva qeyd edib ki, hazırda media sektorunda dövlət siyasətinin formalaşdırılması, dəstək mexanizmləri və tənzimləmə funksiyaları müxtəlif strukturlar arasında bölündüyündən, bəzi hallarda səlahiyyət toqquşmaları, qərarların qəbulunda gecikmələr və resursların təkrarlanması müşahidə olunur.

Onun fikrincə, yeni yaradılacaq vahid qurum qərarvermə prosesini sürətləndirə, idarəetmə xərclərini azalda və dövlət resurslarının daha səmərəli istifadəsinə şərait yarada bilər.

Politoloq vurğulayıb ki, rəqəmsal transformasiya dövründə informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın inkişafı və audiovizual məkanın tənzimlənməsi bir-biri ilə sıx bağlıdır.

O əlavə edib ki, yeni media modelinin uğuru təkcə institusional dəyişikliklərlə deyil, həm də bu sistemi idarə edəcək peşəkar insan kapitalı ilə müəyyən ediləcək. Hacıyevanın sözlərinə görə, söhbət yalnız nəzəri biliklərə malik idarəçilərdən deyil, qlobal media transformasiyalarını dərk edən və rəqəmsal medianın çağırışlarını idarəetmə qərarlarına çevirə bilən mütəxəssislərdən gedir.

Sonda o qeyd edib ki, yeni media arxitekturasının effektivliyi qəbul edilən qərarların sayından deyil, həmin qərarların dövrün tələblərinə uyğunluğundan asılı olacaq.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Citypost.az-a verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.Bununla yanaşı, 17 iyun saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə biləcəklər.Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu,...

17 İyun 2026, 11:26

İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəyə səfərini məmnunluqla xatırladıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə...

17 İyun 2026, 10:41

Haldun Noruvzadə: Motosiklet sürmək yüksək diqqət və məsuliyyət tələb edir  

Gənc fəal Haldun Noruvzadə ötən gün tanınmış vəkil Fərhad Mehdiyevin qızının vəfat etdiyi paytaxtda baş verən ölümcül motoqəza ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, O, ilk növbədə qəza nəticəsində həyatını itirən gənc qızın ailəsinə, xüsusilə atası Fərhad bəyə başsağlığı verib.Haldun Noruvzadə bildirib ki, motosiklet sürmək avtomobil idarə etməkdən daha yüksək diqqət və ehtiyatlılıq tələb edir. Onun sözlərinə görə, motosiklet sürücüsü yolda hərəkət edən digər nəqliyyat vasitələrinin mümkün manevrlərini əvvəlcədən nəzərə almalı və daim ayıq-sayıq olmalıdır.Fəal qeyd edib ki, Bakı yollarında sürücülərin qəfil zolaq dəyişməsi, dönmə işıqlarından istifadə etməməsi və digər qayda pozuntuları motosiklet sürənlər üçün əlavə risk yaradır.Noruvzadənin sözlərinə...

17 İyun 2026, 10:37

Rəşad Mahmudov: Azərbaycan səhiyyəsinin gücü onun insan kapitalındadır

Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçilərini təbrik edib.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, bu əlamətdar gün cəmiyyətin ən ali missiyalarından birini yerinə yetirən insanlara həsr olunub və onun təməli Ümummilli Lider Heydar Aliyev tərəfindən qoyulub.Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan səhiyyəsi son onilliklər ərzində mühüm inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişaf təkcə yeni tibb müəssisələrinin yaradılması və infrastrukturun yenilənməsi ilə deyil, həm də peşəkarlığın yüksəlməsi, səhiyyənin idarə olunmasının təkmilləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə xarakterizə olunur.Deputat vurğulayıb ki,...

17 İyun 2026, 10:29

Azərbaycanda sentyabrdan su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq 

Bu ilin sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye...

17 İyun 2026, 10:25

Gömrük nəzarətindən gizlədilən 30 mindən çox siqaret aşkarlanıb 

Tovuz və Biləsuvar gömrük idarələri əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən 36 min 720 ədəd siqaret aşkar edilib.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə yük nəqliyyat vasitələrinə tətbiq edilən gömrük yoxlamaları zamanı gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 12 min 320 min ədəd siqaret aşkar edilib.Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində isə yoxlamaya cəlb olunan yük nəqliyyat vasitəsinin qoşqusundakı 4 karton qutuda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 24 400 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.Faktlarla bağlı araşdırma...

17 İyun 2026, 10:24