I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
Cəmiyyət 17 İyun 2026, 11:26
338
Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Citypost.az-a verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.
Bununla yanaşı, 17 iyun saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə biləcəklər.
Həmçinin oxuyun
Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq.
Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xaçmaz Dəmiryol Vağzalının binası əsaslı təmir edilir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.
17 İyun 2026, 13:20
Bakıda 8-ci DİM Dialoqu təşkil olunub
Bakı şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının ilk günündə çoxsaylı maraqlı tərəflərin iştirakı ilə keçirilən yüksəksəviyyəli dialoqda dayanıqlı inkişafın innovativ maliyyələşdirilməsi yolları nəzərdən keçirilib.Citypost.az xəbər verir ki, sözügedən yüksəksəviyyəli tədbir İİB Qrupu, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının müştərək təşkilatçılığı ilə “8-ci DİM Dialoqu: dayanıqlı inkişaf naminə innovativ maliyyələşdirmə – yardım və ənənəvi rəsmi inkişaf yardımından (ODA) kənar perspektivlər” başlığı altında baş tutub.Müzakirələrin əsas istiqamətləri İslam maliyyəsi, birbaşa xarici investisiyalar, qarışıq maliyyələşdirmə, kapital bazarı alətləri və rəqəmsal maliyyə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılmasına yönəlmiş innovativ maliyyələşdirməni stimullaşdıran siyasət və qabaqcıl təcrübələri...
17 İyun 2026, 13:06
MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
Medianın İnkişafı Agentliyində (MEDİA) İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.Görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və rəqəmsal savadlılığın təşviqi, eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.İsƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə süni intellekt alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib.O...
17 İyun 2026, 12:58
DSMF 5 ayda 1 milyondan çox şəxsə 937 milyon manat müavinət və təqaüd ödəyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 mln. 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 339 milyon manat, 109 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 69 milyon manat ödəniş edilib."Ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub. Yanvar-may aylarında daha 64 min, sosial ödənişlərin elektron təyinatına...
17 İyun 2026, 12:44
Sabah 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə...
17 İyun 2026, 12:28
İnzibati xəta törətmiş şəxsə məcburi psixatriya yardımı göstəriləcək
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə razılıqsız psixiatriya müayinəsi göstəriləcək.Citypost.az xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.Layihə parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, qanuna əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən...
17 İyun 2026, 12:00