Tsarukyan da, Köçəryan da həbs ediləcək
Cəmiyyət 18 İyun 2026, 17:28
428
Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı müxalifətlə bağlı danışıb. O, müxalifətə müqavimət göstərilməli olduğunu söyləyib.
"İndi "üçbaşlı müharibə partiyası" bu sülh sazişini (Azərbaycanla - red.) şübhə altına alır. Məlum olur ki, Ermənistan parlamentində sülh arxitekturasını qəbul etməyən bir qüvvə mövcuddur. Bu, təhdidlər yaradır və birbaşa reaksiyalara səbəb olur. Biz bu səbəb-nəticə əlaqələrini görməli və onlara müqavimət göstərməliyik", - N.Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi sərt mesajlar ölkədə siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Ekspertlər hesab edirlər ki, hakimiyyətlə müxalifət arasında qarşıdurma daha da dərinləşə bilər.
Citypost.az Modern.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Nikol Paşinyanın parlamentdəki çıxışını çox radikal çıxış kimi dəyərləndirmək olar:
“O, açıq şəkildə Ermənistan müxalifətinə barmaq silkələdi. Nəticə etibarilə, müxalifəti gözləyən çox sərt aqibət barədə xəbərdarlıq etdi. Ümumiyyətlə, Ermənistan müxalifətinin fikrincə, seçkidən sonra parlamentdə təmsil olunan siyasi partiyaların legitimliyi yoxdur, onlar məhz rüşvət hesabına səs toplamağa nail olublar. Buna görə də onların fəaliyyətinə hüquqi qiymət verilməlidir.
Artıq Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub. Bu onu göstərir ki, Paşinyan müxalifət liderlərinə qarşı amansız olacaq. Amma bunun da səbəbi var. Vaxtilə Köçəryan və onun kimiləri özləri müxalifətə qarşı amansız olublar. Bu və ya digər şəkildə Ermənistan daxilində hansı terror hadisələrinin baş verdiyini bilirik.
Müxalifət liderləri Cənubi Qafqazda sülh prosesinə də mane olmaq istəyirlər. Xarici qüvvələrin bu və ya digər şəkildə erməni məsələsindən istifadə etdiklərini bilirik. Bunun nəticəsidir ki, 100 ildən artıq bir dövrdə Qafqazda sabitlik olmayıb. Lakin bu gün bunun üçün imkanlar var. Bu imkanı dəyərləndirmək üçün mütləq şəkildə xarici qüvvələrin əmrlərindən uzaq olan, onlara itaət etməyən şəxslərin hakimiyyətdə olması vacibdir.
Həmçinin oxuyun
Məlumdur ki, Ermənistandakı seçkidən sonra Konstitusiya dəyişiklikləri ilə bağlı məsələ də bir qədər sual altına düşüb. Ona görə ki, Paşinyanın partiyasında mütləq çoxluq yoxdur. Digər tərəfdən, hətta mütləq çoxluq olsa belə, seçkilər milli məsələdə erməni xalqının hələlik referendumda Paşinyanın istədiyi cavabı verməyə biləcəyini göstərdi.
Buna görə Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edəcək. Sülh müqaviləsinə gəldikdə isə, bu, sonuncu mərhələdə atılan addım olacaq. Davam edən sülh prosesində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu, ilk növbədə Zəngəzur dəhlizinin açılması, kommunikasiyalarla bağlı götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Eyni zamanda separatçıların bütün rəmz və ofislərinin Ermənistanda ləğv edilməsi məsələsidir. Bu məsələ həllini tapmalıdır.
Bu məsələlər içərisində Konstitusiyanın yenilənməsi də var idi. İndiki məqamda isə əsas məsələ sülh prosesini davam etdirmək, aradakı maneələri aradan qaldırmaq, daha sonra referendum keçirmək və sülh müqaviləsini imzalamaqdır”.
Politoloq Köçəryan və Tsarukyanın həbsi barədə qərar verilə biləcəyini vurğulayıb:
“Çox güman ki, Qaqik Tsarukyan və Robert Köçəryanla bağlı həbs qərarı verilə bilər. Xüsusilə də Robert Köçəryanın həbsi məsələsi gündəmə gələ bilər. Qaqik Sarukyanla bağlı isə maliyyə qaynaqlarının və şirkətlərinin əlindən alınmasından söhbət gedə bilər. Bu proses gec-tez Samvel Karapetyana da çatacaq. İlk növbədə isə müxalifət liderləri arasında Qaqik Tsarukyan və Robert Köçəryanla bağlı addımlar atılacaq”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı...
18 İyun 2026, 17:45
Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər
Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər.Citypost.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf-a müsahibədə deyib.Komitə sədri bildirib ki, aidiyyəti dövlət qurumlarının planlarında bölgələri əhatə edəcək yeni mərkəzlərin açılmasını nəzərdə tutulub. Bu prosesin yalnız dövlət xətti ilə məhdudlaşmamalı olduğu vurğulayan Bahar Muradova əlavə edib ki, beynəlxalq təcrübədə qeyri-hökumət təşkilatları, sosial fondlar və ictimai təşəbbüslər bu cür sığınacaqların yaradılmasında və idarə olunmasında fəal iştirak edirlər: Sezar pizza“Biz də yerli QHT-lərin və icmaların bu prosesə daha çox töhfə verməsini arzulayırıq”.Sığınacaqlarda göstərilən xidmətlərin keyfiyyət standartlarına uyğunluğunun vacibliyinə diqqət çəkən Bahar Muradova Dövlət Komitəsinin belə mərkəzlərin...
18 İyun 2026, 17:33
Tribunadan oturub matça cadu etdi - Dünya Kubokunda qalmaqal
2026-cı il FIFA Dünya Kubokunun L qrupunda Qana ilə Panama üz-üzə gəlib. Kanadanın Toronto şəhərində keçirilən oyunda Qana 90+5-ci dəqiqədə Caleb Yirenkinin vurduğu qolla Panamanı 1:0 hesabı ilə məğlub edib. "Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın ilk dəqiqələrində tribunaya yönələn kameraların qeydə aldığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda bəzi qanalı azarkeşlərin əllərindəki tozu havaya səpərək müəyyən ritual icra etdikləri əks olunub. Görüntülərin qısa müddətdə yayılmasından sonra çoxsaylı istifadəçilər bunun “cadugərlik ritualı” olduğunu iddia ediblər.Hesabın uzun müddət 0:0 qalmasından sonra Qananın 90+5-ci dəqiqədə qələbə qolunu vurması müzakirələri daha da artırıb. Bir çox istifadəçi oyundan əvvəlki görüntülərlə son...
18 İyun 2026, 17:09
TƏBİB Zəhranın qəzası ilə bağlı açıqlama verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yayıbQurumdan Citypost.az-a verilən açıqlamaya əsasən, 2008-ci il təvəllüdlü şəxs (qadın) 16.06.2026-cı il tarixində saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağırlığı nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib. "Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, digər kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı, bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib.Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə...
18 İyun 2026, 16:53
Azərbaycanda dənizçilərin sertifikatlarının yenilənməsi sadələşdirilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm yenilik edib.Citypost.az agentliyə istinadən xəbər verir ki, kapitan və komandir heyəti üzvlərinin sertifikatlarının (diplomlarının) yenilənməsi prosesi daha sadə və çevik mexanizm əsasında həyata keçiriləcək.Yeni qaydalara əsasən, kapitan və komandir heyəti üzvləri sertifikatlarına (diplomlarına) uyğun vəzifədə son 5 il ərzində azı 12 ay və ya son 6 ayda azı 3 ay dənizdə xidmət stajını təsdiqləyən sənədi təqdim etdikdə və Agentlikdə təşkil olunan müvafiq təlimatlandırmadan keçdiyi halda sertifikatlarını (diplomlarını) təkmilləşdirmə kursu və biliklərin yoxlanılması imtahanı olmadan yeniləmək imkanı qazanacaqlar.Yeni mexanizm iyunun 22-dən tətbiq olunacaq....
18 İyun 2026, 16:38
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib.Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş...
18 İyun 2026, 16:21