Bizə yazın

Baku

-°C

USD

-

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib 

Cəmiyyət 18 İyun 2026, 11:16

354

Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib.

Citypost.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Sammit iştirakçıları,

Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram.

İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin

18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündür.

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bəşəriyyətin sosial, iqtisadi, hüquqi və etik gündəliyini əsaslı şəkildə dəyişməkdədir. Bu proses yeni imkanlarla yanaşı, bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində də yeni prioritetləri aktuallaşdırır.

Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Belə ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir.

Xüsusi qeyd olunmalıdır ki, bu yaxınlarda Bakı şəhərində keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı inkişaf, rəqəmsal idarəetmə, insanyönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa və qlobal dialoqa ölkəmizin verdiyi töhfənin mühüm göstəricisi oldu.

Bu kontekstdə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir.

Bu inkişaf tendensiyaları insan hüquqlarının müdafiəsi sahəsində institusional mexanizmlərin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini də artırır. Bu baxımdan milli insan hüquqları institutları, o cümlədən ombudsman təsisatı yeni texnoloji çağırışlar dövründə insan hüquq və azadlıqlarının müdafiəsində və hüquq mədəniyyətinin təbliğində mühüm rol oynayır.

Əminəm ki, Ombudsmanların Beynəlxalq Bakı Sammiti bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, insanyönümlü və hüquqa əsaslanan innovativ idarəetmə mexanizmlərinin təşviqinə mühüm töhfə verəcəkdir.

Bir daha sizi salamlayır, Sammitin işinə uğurlar arzu edirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilib 

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasının 16 illiyinə həsr olunan anım mərasimi keçirilib."Report"un Muğan bürosunun məlumatına görə, bu çərçivədə şəhid Milli Qəhrəmanın ailəsi və ev-muzeyi ziyarət olunub.Anım tədbirində rayon rəsmiləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində 5 saat davam etmiş qeyri-bərabər döyüşdə təkbaşına düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhadətə yüksəlib.Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə M.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib....

18 İyun 2026, 12:35

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq 

Azərbaycanda iyunun 18-i 38 dərəcə isti gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38°...

18 İyun 2026, 12:30

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub 

Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.2010-cu ildən etibarən "Paşa Sığorta" ASC-də Tibbi və səfər sığortası departamentinin...

18 İyun 2026, 12:22

Belçika AMRAAM raketlərinin istehsalı və Ukraynaya yardımı gücləndirəcək 

Belçika öz ərazisində AMRAAM raketləri üçün istehsalat meydançasının yaradılması ilə bağlı danışıqların yekun mərhələsindədir, həmçinin Hörmüz boğazında təhlükəsizliyə töhfəsini və Ukraynaya dəstəyini gücləndirməyə hazırlaşır."Report"un Avropa bürosunun məlumatına görə, bunu Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib."Biz Belçikada AMRAAM raketləri üçün istehsalat meydançası yaratmağa çalışırıq. Danışıqlar davam edir. Ümid edirəm ki, onlar uğurla başa çatacaq", - o bildirib.Nazir həmçinin bildirib ki, artıq NATO-nun Aralıq dənizindəki əməliyyatlarına cəlb olunmuş Belçikaya məxsus minaaxtaran gəmi, regionda gərginliyin artması fonunda operativ şəkildə Hörmüz boğazına göndərilə bilər: "Biz onun ən qısa zamanda Hörmüz boğazına göndərilməsi barədə qərar qəbul...

18 İyun 2026, 12:00

BDU QS reytinqində 565-ci yerə yüksəlib 

Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.Bu barədə Citypost.az BDU-dan məlumat verilib. QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə...

18 İyun 2026, 11:48

ABŞ Fars körfəzində hərbi mövcudluğunu saxlayacaq 

ABŞ İrana Tehran və Vaşinqton arasında anlaşma memorandumuna əməl etməsi üçün təzyiq göstərmək məqsədilə Fars körfəzində gücləndirilmiş hərbi mövcudluğunu saxlamaq niyyətindədir.Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donadl Tramp G7 zirvəsində iştirak etdiyi Fransada jurnalistlərə deyib: "Bu, yaxşı sualdır. Biz bu barədə düşünməmişik. Yəqin ki, bir müddətdir. Bu, yaxşı yerdir".O, ABŞ-ın İrandakı hərbi mövcudluğunun nə qədər davam edəcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Bir az daha deyərdim. İşlərin necə getdiyini görmək üçün. Düşünürəm ki, hər şey yaxşı olacaq, amma görəcəyik"....

18 İyun 2026, 11:35