Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Cəmiyyət 18 İyun 2026, 13:03
295
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
Citypost.az xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.
Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd edib.
Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğulayıb. Dövlət başçısı imzalanacaq sənədlərin önəminə də toxunub.
Ölkədə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlət başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Həmçinin oxuyun
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, ölkədə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə "Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" layihəsi üzrə Kredit sazişi imzalanıb. Həmçinin imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında "Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" mübadilə olunub.
Daha sonra dövlət başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.
Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc süni intellektin risklərindən danışdı
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" adlı konfransda çıxış edib. Citypost.az millət vəkilinin maraqla qarşılanan çıxışını olduğu kimi təqdim edir:"Bəşəriyyət tarixində hər böyük texnoloji sıçrayış - çap maşınlarından buxar mühərriklərinə, elektrik enerjisindən nüvə silahına qədər - eyni paradoksu yenidən gündəmə gətirir: insanın yaratdığı texnologiya onun üzərində hökmran qüvvəyə çevrilə bilərmi? Süni intellekt əvvəlki texnoloji inqilablardan fərqli olaraq zəkanı, dili və qərarları tamamilə əvəz etmək iddiasındadır. O artıq şəxsi həyatımıza əbədi daxil olub - dövlət idarəçiliyində, iqtisadiyyatda, təhsildə, səhiyyədə, müdafiədə, mediada və gündəlik münasibətlərdə iştirak edir.Əsas sual budur: süni intellekt insana...
18 İyun 2026, 15:59
FHN-in Aran Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib.Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub....
18 İyun 2026, 15:05
Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına start verib
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən növbəti təlim proqramlarına start verilib. Təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərində, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil olunub.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Citypost.az-a bildirilib ki, təlimlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, eləcə də kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının...
18 İyun 2026, 14:23
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
Avropa İttifaqında (Aİ) qanunsuz yaşayan üçüncü ölkə vətəndaşlarının geri qaytarılması prosedurlarını sərtləşdirən yeni miqrasiya qaydaları təsdiqlənib.AZƏRTAC xəbər verir ki, Brüsselin yeni qanunvericiliyi qeyri-qanuni miqrantların daha sürətli deportasiyasını təmin etməyi və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.Qaydaların əsas yeniliklərindən biri Aİ hüdudlarından kənarda “geri qaytarma mərkəzləri”nin – “return hubs”ların yaradılmasına icazə verilməsidir. Bu mərkəzlərdə ölkədən çıxarılma qərarı verilmiş şəxslər müvəqqəti saxlanıla biləcəklər. Həmçinin miqrantların geri qaytarılma prosesində hakimiyyət orqanları ilə əməkdaşlıq etmək məcburi olacaq.Yeni qaydalar riskli hesab edilən şəxslər üçün daha uzun saxlanma müddəti, sərt giriş qadağaları və deportasiya qərarlarının Aİ ölkələri arasında qarşılıqlı tanınmasını da nəzərdə tutur. Tənqidçilər isə bu...
18 İyun 2026, 14:00
Sumqayıtda pulsuz yeni çimərlik yaradılır
Sumqayıt İctimai Çimərlik ərazisində genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb.Modern.az xəbər verir ki, Bakının Pirşağı və Şıxov çimərliklərində tətbiq edilən ictimai çimərlik modeli artıq Sumqayıtda da reallaşdırılır.Layihə çərçivəsində Corat qəsəbəsi sahilində, "Regnum" restoranının yaxınlığındakı geniş boş ərazidə avtomobillər üçün ayrıca geniş parkinq yeri salınır, günvurma riskinin qarşısını almaq məqsədilə xüsusi kölgəliklər quraşdırılır.
18 İyun 2026, 13:45
ADY: Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemi yenilənib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.Qeyd edilib ki, yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.
18 İyun 2026, 13:20