Bizə yazın

Baku

-°C

USD

-

Bu dünyada Hidayət Orucov yadigar qalsın  - Ramidə Yaqubqızı

Söz adamı 18 İyun 2026, 12:07

2294

Onun haqqında təsəvvürüm ağırtəbiətli, ötkəm və çətin ünsiyyət qurulacaq biri kimi formalaşmışdı. Ta ki, özü ilə tanış olana qədər. Bir görüşlə Hidayət Orucov haqqında olan düşüncələrim tamamilə dəyişdi. Bu böyük şəxsiyyət mənim təfəkkürümdə və təsəvvürümdə olduğu ciddiyyyətin içərisində yumşaq, həlim, xoşxasiyyət insan olaraq yaşadı. 

2023-cü ildə çalışdığım “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin tövsiyyəsilə bir neçə əməkdaş İrəvan Teatınının yaranma tarixi, inkişafı və keçdiyi yol barədə yazı hazırlamaq tapşırığı aldıq. Mövzunun genişliyi, mahiyyətinin çəkisi və şəxsi marağım o qədər böyük idi ki, qərara aldıq ki, vaxtı ilə teatra rəhbərlik etmiş və bu yolda yaranmış çətinliklərə baxmayaraq böyük uğurlar qazanmış  Hidayət Orucovla müsahibə alaq. 

Zəng vurub, özü ilə danışdıqdan sonra, təyin edilmiş vaxtda görüşdük. Açığını desəm çox həyəcanlı idim. Bir az da içimdə qorxu hissi var idi. Bilirdim ki, söhbətimiz alınacaq, amma onun haqqında illərlə yaranmış ciddiyyət məni qorxudurdu. Fikirləşirdim ki, nədənsə xoşu gəlməz, sərt reaksiya verər. Ancaq tamamilə əksinə oldu. Mənim bir az çəkindiyimi hiss edib: “Xanım qızım, heç nədən çəkinmə. Suallarınız çox maraqlıdır. Haradan götürmüsüz bu məlumatları?”. Bildirdim ki, Hidayət müəllim, sizinlə görüşə gələnə kimi haqqınızda çox şeylər oxumuşam. İmtahana hazırlaşan kimi gəlmişəm. Ürəkdən güldü. “ Heç adam da belə gözəl xanımla söhbətdən qaçar. Çox sağ ol qızım. Açığı, sizi görəndə karıxdım. Çox illər öncəyə qayıtdım”. Dediyinə görə, məni yaxını olan bir xanımın gəncliyinə bənzətmişdir. 

Müsahibə bitdikdən sonra mənimlə xeyli söhbət etdi. Kim olduğum, hansı bölgədə doğulduğum və ailə, övladlarımla maraqlandı. Cavablarım ona çox maraqlı gəlirdi. Sonda zarafatla qayıtdı ki, “Hə, day sənə xüsusi diqqət etməliyik. Qərbi Azərbaycanlıların gəlini olmaq asan məsələ deyil. Biz tərəflər gəlin istəyən olur”. Axırda da tapşırdı ki, yazı hazır olanda, mütləq gətir baxım. Beləcə də etdim. Bir neçə gündən sonra yenidən görüşdük. Təklif etdi ki, hazır müsahibəni mən oxuyum, O da qulaq asıb, məsləhətlərini versin. Oxuduqca düzəlişlərini edir və düzgün redaktənin çox əhəmiyyətli olduğunu bildirirdi. Mən isə onun hər sözünü yaddaşıma maqnit kimi çəkirdim. Oxuyub bitirəndən sonra qayıtdı ki, “Xanım qızım, səsinin ahəngi çox gözəldir”. “Təşəkkür edirəm Hidayət müəllim, bir tapşırığınız yoxdursa, gedim”. 

Bu görüş, təəssüratdan illər ötsə də yaddaşımda olduğu kimi də qalacaq. Bəzək-düzəksiz, səmimi, sadə. Onunla söhbətimiz böyük və əhatəli müsahibə şəklində “Respublika” qəzetinin tam bir səhifəsini təşkil etdi. Qəzet çapa gedəndən sonra zəng vurub mənə təşəkkür etdi. Bildirdi ki, “Xanım qızım, yaman maraqlı söhbət alınıb. Səni bilmirəm, mənə zəng vuranlar, fikir bildirənlər çoxdur”. Mən isə Ona belə maraqlı müsahibə verdiyinə görə təşəkkür etdim. 

2024-cü il iyul ayında Hidayət Orucovla yenidən görüşdük. Yenə “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev məni çağırıb tapşırdı ki, Akademik Milli Dram Teatrında Hidayət Orucovun “İrəvanda yanan çıraq” adlı əsərinin premyerasıdır. Yaxşı bir yazı hazırlamaq lazımdır. Və bildirdi ki, xüsusi dəvətliyik. Deyilən vaxtda teatra getdik. Mövzu aktual olduğu qədər də canlı tarixi əks etdirirdi. Təəssüratlarım çox geniş idi. Yazını həmən yazıb, qəzetin səhərki nömrəsi üçün hazırladım. Tamaşa bitdikdən sonra yaxınlaşıb görüşdüm və xatirə şəkili çəkdirdim. Təşəkkürünü bildirdi. 

Olduqca diqqətcil olan Hidayət Orucov şəxsiyyətinin böyüklüyü özünü hər an büruzə verirdi. 20 Yanvar  hadisələri ilə bağlı yazı hazırlayırdım. Qərara aldım ki, nakam şair, gənc Ülvi Bünyadzadə ömrünə müraciət edim. Məqalədə Ülvinin ölümündən sonra şeirlər kitabının çap olunmasında Hidayət Orucovun göstərdiyi köməyə bir cümlə ilə toxunmuşdum. Qəzeti oxuyan kimi mənə zəng vurmuşdu. O yazdığım bir cümlə üçün dəfələrlə minnətdarlıq, təşəkkür aldım. Əlbəttə, bu, mənim üçün uğurdan da ötə bir şey idi. Ölçüyəgəlməz qiymət, diqqət və hörmətin əlaməti idi. 

Bu gün Hidayət Orucovun ölüm xəbərini aldım. Xeyli pəjmürdə oldum. İçimdə sonsuz minnətdarlıq hissi ilə yad etdim. “İrəvanda yanan çıraq” ümidi ilə yaşayan insan “Burdan min atlı keçdi” deyib, Vətən həsrətilə yaşayarkən, Vətəndən uzaqlarda əbədiyyətə qovuşdu. Mənə hədiyyə etdiyi kitabda yazdığı kimi bu dünyada Hidayət Orucov yadigar qalsın. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səməd Vurğun yaradıcılığı milli ədəbi fikrin və mənəvi dəyərlərin mühüm qaynağıdır – Xalq yazıçısı Anar

Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həmçinin humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün aktuallığını qoruyub saxlayır.

01 Avqust 2026, 12:13

Onu Nil çayına bənzədirəm... 

Bu gün dünya şöhrətli neftçi-alim, akademik, görkəmli ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü və sabiq vitse-prezidenti,  Dövlət mükafatı laureatı, müstəqil Azərbaycanın ikinci Dövlət katibi Midhət Abasovun 100 illik yubileyidir.Tanınmış publisist Bahəddin Həzinin Midhət Abasova həsr etdiyi və "Bizim yol" saytında dərc etdiyi yazını oxucularımızın diqqətinə təqdim edirikDemişdim, həyatda elə adamlarla qarşılaşırsan, görürsən, nə dostluğa yarayır, nə düşmənçiliyə.Bir qism adam var, onlara lap ürəyim yanır: ha çalışır, ha vuruşur, nəticə yoxdur. Günün sonunda əli boş qalıb; nəinki sevgi, heç nifrət də qazana bilməyib.Niyə?!Niyəsini deyim: o cür adamları saya salıb, heç nifrət eləyən də olmur...Bəli, insan üçün ən...

31 İyul 2026, 13:55

Corc Bernard Şoundan unudulmaz kəlamlar

O, Nobel nitqinə zarafatyana dediyi bu cümlə ilə başlamışdı: "Bilirəm ki, siz bu mükafatı mənə verib bura çıxışa çağırmaqda əsas məqsədiniz odur ki, görəsiniz ki, 70 yaşında bir qoca necə səyləyir.."    Bu gün (26 iyul) həmin dahi "qoca"nın, Nobelin pul mükafatının qəpiyinə dəymədən hamısını “Gənc yazarlar” klubuna verən böyük ingilis dramaturqu və romançısı Corc Bernard Şounun (1856-1950) doğum günüdür. B.Şou "Piqmalyon" kimi ölməz əsərlərin müəllifi və Nobel mükafatı laureatı (1925), ictimai xadim, London iqtisadi və siyasi elmlər məktəbinin əsasını qoyanlardan biri, Şekspirdən sonra ingilis teatrında ən məşhur dramaturq, "Oskar" mükafatçısı (1939) idi.Öz açıq fikirləri ilə zəmanəsini qabaqlayan B.Şou...

26 İyul 2026, 13:52

Tanrıya ucalan səs itmədi! Əmir Pəhlivan yazır...

Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti...

24 İyul 2026, 12:34

Nazim Əhmədli - ŞEİR

Üzünü qoy sinəm üstə,gör səni necə yandırır;ürəyim gündüz üşüyür,həsrətim gecə yandırır;gün addıyır, düşür gecə,dəli sevgi bir işgəncə;çınqısı çatıb indicəhələ,  təzəcə yandırır;bu dərd mənə gəldi, kimdən,qaçdım loğmandan, həkimdən;alovu qalxır içimdən,məni gizlicə yandırır;bilmədim nə sirr eliyib,qovub, lap yesir eliyib;könlümü əsir eliyib,dərd içə-içə yandırır;mən dəli sevda adamı,həsrət qırıb inadımı;sındırıb qol-qanadımı,doldurub peçə yandırır;ağ buludlar lələk-lələk,ruhum bir adsız kəpənək;ömrümüzü çərxi-fələk,yandırır, heçə yandırır.

24 İyul 2026, 11:30

ÜÇ ARİF - Əlabbas Bağırov yazır...

SiqaretƏvvəl-əvvəl Arifi tanıdım, sonra Arif Məmmədovu, axırda da Arif Əmrahoğlunu. Məndən ötrü bu üç imzanın hər biri fərdi dəyərlərə sahib başqa-başqa insanlar idi. Bilməyənlər üşün deyim ki, Arif tələbə yoldaşım olub, beş il – 73-78 arası ADU-nun (indiki BDU) filologiya fakültəsində bir yerdə oxuyub, elə bir o qədər də xatirələri hələ də soyumayan tələbə yataqxanasında qapıbir qonşu olmuşuq. O illərdən çoxlarında çox şeyin, hətta sifətinəcən belə dəyişdiyini gördüm, amma elə şeylər oldu, onu heç ölüm də Arifə tərgidə bilmədi.Onu ılk dəfə 1973-cü il sentyabr ayının 1-də, o vaxt Azərbaycanda yeganə olan universitetin Kommunist küçəsində yerləşən binasının ikinci mərtəbəsinin uca dəhlizində,...

24 İyul 2026, 10:32