Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına start verib
Cəmiyyət 18 İyun 2026, 14:23
355
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən növbəti təlim proqramlarına start verilib. Təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərində, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Citypost.az-a bildirilib ki, təlimlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, eləcə də kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanmasının təmin olunması və müasir aqrar texnologiyaların tətbiqi üzrə biliklərinin artırılması da təlimlərin əsas hədəfləri sırasında yer alır.
Proqram çərçivəsində iştirakçılara meyvəçilik və tərəvəzçilik sahələrində müasir becərmə üsulları, səmərəli təsərrüfatçılığın təşkili, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatı texnikalarından düzgün və təhlükəsiz istifadə qaydaları, eləcə də iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda, fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən əkinlərin bəyan edilməsi qaydaları izah olunub, dövlət dəstəyi mexanizmləri və bu imkanlardan istifadə prosedurları barədə təqdimatlar keçirilib. İnteraktiv formatda təşkil olunan təlimlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə - Zəngilanın Ağalı və Məmmədbəyli, Xocalının Ballıca və Xanyurdu, Ağdərənin Həsənriz, Laçının Zabux kəndlərində, eləcə də Xocavəndin Qırmızı Bazar qəsəbəsində yaşayan sakinlər üçün indiyədək Aqrar Təlim Mərkəzi tərəfindən 194 təlim keçirilib. Bu təlimlərdə, ümumilikdə, 655 nəfər iştirak edib, onlardan 566 nəfəri proqramları uğurla başa vuraraq sertifikat alıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib.Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş...
18 İyun 2026, 16:21
Zahid Oruc süni intellektin risklərindən danışdı
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" adlı konfransda çıxış edib. Citypost.az millət vəkilinin maraqla qarşılanan çıxışını olduğu kimi təqdim edir:"Bəşəriyyət tarixində hər böyük texnoloji sıçrayış - çap maşınlarından buxar mühərriklərinə, elektrik enerjisindən nüvə silahına qədər - eyni paradoksu yenidən gündəmə gətirir: insanın yaratdığı texnologiya onun üzərində hökmran qüvvəyə çevrilə bilərmi? Süni intellekt əvvəlki texnoloji inqilablardan fərqli olaraq zəkanı, dili və qərarları tamamilə əvəz etmək iddiasındadır. O artıq şəxsi həyatımıza əbədi daxil olub - dövlət idarəçiliyində, iqtisadiyyatda, təhsildə, səhiyyədə, müdafiədə, mediada və gündəlik münasibətlərdə iştirak edir.Əsas sual budur: süni intellekt insana...
18 İyun 2026, 15:59
FHN-in Aran Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib.Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub....
18 İyun 2026, 15:05
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
Avropa İttifaqında (Aİ) qanunsuz yaşayan üçüncü ölkə vətəndaşlarının geri qaytarılması prosedurlarını sərtləşdirən yeni miqrasiya qaydaları təsdiqlənib.AZƏRTAC xəbər verir ki, Brüsselin yeni qanunvericiliyi qeyri-qanuni miqrantların daha sürətli deportasiyasını təmin etməyi və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.Qaydaların əsas yeniliklərindən biri Aİ hüdudlarından kənarda “geri qaytarma mərkəzləri”nin – “return hubs”ların yaradılmasına icazə verilməsidir. Bu mərkəzlərdə ölkədən çıxarılma qərarı verilmiş şəxslər müvəqqəti saxlanıla biləcəklər. Həmçinin miqrantların geri qaytarılma prosesində hakimiyyət orqanları ilə əməkdaşlıq etmək məcburi olacaq.Yeni qaydalar riskli hesab edilən şəxslər üçün daha uzun saxlanma müddəti, sərt giriş qadağaları və deportasiya qərarlarının Aİ ölkələri arasında qarşılıqlı tanınmasını da nəzərdə tutur. Tənqidçilər isə bu...
18 İyun 2026, 14:00
Sumqayıtda pulsuz yeni çimərlik yaradılır
Sumqayıt İctimai Çimərlik ərazisində genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb.Modern.az xəbər verir ki, Bakının Pirşağı və Şıxov çimərliklərində tətbiq edilən ictimai çimərlik modeli artıq Sumqayıtda da reallaşdırılır.Layihə çərçivəsində Corat qəsəbəsi sahilində, "Regnum" restoranının yaxınlığındakı geniş boş ərazidə avtomobillər üçün ayrıca geniş parkinq yeri salınır, günvurma riskinin qarşısını almaq məqsədilə xüsusi kölgəliklər quraşdırılır.
18 İyun 2026, 13:45
ADY: Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemi yenilənib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.Qeyd edilib ki, yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.
18 İyun 2026, 13:20