Bakı COP29-a hazırlaşır,Gəncə yaddan niyə çıxıb? - ŞİKAYƏT
Cəmiyyət 26 Sentyabr 2024, 13:23
27556
Gəncədə bir qrup sakin şikayət edir.
CityPost.az xəbər verir ki, Gəncə şəhəri,Ağa Sultanov 1 döngə ev 16 ünvanında yaşayan sakinlər yaşadıqları küçədə şəraitsizlikdən şikayətləniblər. 16 ailənin yaşadığı küçədə yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Həmin ünvanda yaşayan sakin Könül Əliyeva bildirib ki, ətrafda olan bütün küçələr və döngələr asfaltlansa da,təkcə onların yaşadığı döngə baxımsız vəziyyətdə qalıb.
Həmçinin oxuyun
"Bizim küçəmizdən uşaqlar dərsə,məktə gedib-gəlirlər. Qarşıdan qış ayı gəlir .Uşaqlar,yaşlılar əziyyət çəkirlər. Ərazidə bir neçə dəfə yaşlı insanlar yıxılıb,xəsarət alıblar. Ölkəmiz COP29 kimi mötəbər bir yarışmaya ev sahibliyi edəcək. Bu işlə əlaqədər ölkəmizdə abadlıq,quruculuq işləri davam etdirilir.İstərdik ki, bizim də ərazimiz bu tədbirlər nəticəsində abadlaşsın",-deyə Könül Əliyeva bildirib.
Müraciəti Ələkbərova Rəsmiyyə,Əliyev İlqar,İsmayılov Samir,Ələsgərov Mahir,Qurbanov Orxan,Quliyev Qabil,Qurbanov Sunay, Əsədov Vidadi və digərləri də imzalayıblar. Onlar bununla bağlı ölkə rəhbəri İlham Əliyevə də müraciət etdiklərini bildiriblər.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu tarixdən etibarən havalar DƏYİŞİR - İstilər bitir
Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir.Citypost.az bildirir ki, mövzu ilə bağlı Ajans.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, xalq arasında “yayın yarısı” kimi tanınan dövrə yaxınlaşılır və bundan sonra gecələrin daha sərin keçməsi gözlənilir.Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:“Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək....
04 Avqust 2026, 18:42
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb.Citypost.az xəbər verir ki, CIF bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,05% azalaraq 96,73 ABŞ dollarına düşüb.Bundan əvvəl Azərbaycan neftinin bir bareli 101,87 ABŞ dollarına satılırdı.Qeyd edək ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsində "Azeri Light" markalı neftin orta ixrac qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb./Milli.Az...
04 Avqust 2026, 11:33
Azərbaycanda sığorta olunanların və sığortalıların uçotu qaydası təsdiq edilib
Nazirlər Kabineti "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası"nı təsdiqləyib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:- sığortalının adı;- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;- sığortalının hüquqi, faktiki ünvanı və əlaqə nömrəsi;- sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix;- sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumat;- sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;- artıq ödənilmiş sığorta haqqı;- sığortalının yenidən təşkil olunması nəticəsində hüquqi varis kimi...
04 Avqust 2026, 10:31
Bu tarixlərdə 8 gün iş OLMAYACAQ —TƏQVİM
2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur.Citypost.az xəbər verir ki, sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur.Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər.Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlük iş həftəsində çalışanlar üçün ümumilikdə 4 bazar günü və digər təqvim üzrə 2 istirahət günü olmaqla 8 qeyri-iş günü nəzərdə tutulur. (Ajans.az)...
04 Avqust 2026, 10:16
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib.Bu barədə məlumat "The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmək imkanı var.Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olublar.Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə, bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər.Azərbaycan isə siyahıda 70-ci...
03 Avqust 2026, 19:20
150 ballıq möcüzə, yaxud "Ölüləri" tələbə eləyən Nazirlik
Müəllimə gələndə qənaət, menecerə gələndə bərəkət! Böyük Mirzə Cəlil sağ olsaydı, gərək ki, “Anamın kitabı”nı cırıb təzədən yazaydı. Çünki indi nəinki ərəb-fars kəlmələri, heç ana dilində də iki kəlməni bir-birinə calaya bilməyənlər ali məktəb qapısında müntəzirdirlər. Təhsil eksperti İlham Əhmədov da oturub hesablama aparır ki, ay camaat, bu il də ali məktəblərə 150 balla tələbə qəbul edəcəklər. 700 ballıq sistemin düz 20 faizi! Qədim sovet vaxtının 5 ballıq cədvəli ilə götürsək, bu, bildiyimiz “1” qiymətidir – yəni “bərbad”! 35 il öncə, o “geridə qalmış” vaxtlarda adamın attestat almağa və ya tələbə olmağa heç olmasa hər fəndən 60 faizlik biliyi çatmalı idi. İndi...
03 Avqust 2026, 18:14