Deputat: “20 Sentyabr dövlət suverenliyimizin rəmzidir”
Siyasət 18 Sentyabr 2026, 12:46
507
Azərbaycan xalqının müasir tarixində elə əlamətdar günlər vardır ki, həmin tarixlər yalnız təqvimdə müəyyən olunmuş gün deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və gələcəyə inamın rəmzinə çevrilmişdir. Məhz 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də belə mühüm tarixi günlərdəndir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabr tarixi həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilmişdir.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
Deputat əlavə edib ki, 20 Sentyabr eyni zamanda Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən birini ifadə edir. Bu baxımdan həmin gün xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarımızın dirçəldilməsi prosesinin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uzunmüddətli və mürəkkəb tarixi prosesin nəticəsi olmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın bir sıra şəhər və rayonları işğaldan azad edilmiş, 2023-cü ilin sentyabrında isə Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpası təmin edilmişdir.
P.Vəliyeva xatırladıb ki,2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdır. Tədbirlərin əsas məqsədləri sırasında konstitusiya quruluşunun bərpası, təhlükəsizliyin təmin edilməsi və qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi göstərilmişdir. Bir gündən az davam edən tədbirlərdən sonra bölgədə Azərbaycanın konstitusiya quruluşunun bərpası təmin edilmişdir. Bu hadisə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 2023-cü il sentyabrın 20-si dövlət suverenliyinin tam bərpa edildiyi tarix kimi ölkənin müasir siyasi tarixində mühüm yer tutdu. Sonrakı mərhələdə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yarandı.
Millət vəkili vurğulayıb ki,Xankəndi Qarabağın mühüm şəhərlərindən biri olmaqla Azərbaycanın tarixində və ictimai-siyasi həyatında xüsusi yer tutur. Şəhərin inkişafı müxtəlif dövrlərdə dövlətin diqqət mərkəzində olmuşdur. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin Xankəndidə bərqərar olmasının rəmzi hadisələrindən biri kimi yadda qaldı. Xankəndidə sonrakı dövrdə sosial, təhsil, idman və digər infrastrukturların bərpasına xüsusi diqqət yetirilmişdir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin gələcək inkişafında təhsilin və insan kapitalının rolunu daha da artırmışdır. Universitetin əsas binasının və tələbə yataqxanasının təmir edilməsi, yeni təhsil və tibb infrastrukturlarının yaradılması Xankəndidə yeni həyat mərhələsinin formalaşmasının göstəricilərindəndir. Həmçinin, 8 noyabr 2023-cü ildə Xankəndində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi də şəhərin Azərbaycanın dövlətçilik tarixindəki yeni mərhələsinin mühüm hadisələrindən biri olmuşdur.Xocalı adı da Azərbaycan xalqının yaddaşında xüsusi tarixi məna daşıyır. Şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi ilə bağlı milli yaddaşımızda dərin iz buraxmışdır. 1992-ci ildə Xocalının işğalı nəticəsində şəhərin dinc sakinləri ağır faciə ilə üzləşmiş, şəhər dağıdılmış və əhalisinin böyük hissəsi doğma yurdunu tərk etməyə məcbur olmuşdur.
Həmçinin oxuyun
Deputat bildirib ki,2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bərpası ilə Xocalı şəhərində də yeni tarixi mərhələ başlandı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bundan sonra 2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlanmışdır. Şəhərdə yaşayış binalarının, sosial obyektlərin və digər infrastrukturun bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir. Xocalı Soyqırımı Memorialının təməlinin 2024-cü il fevralın 26-da qoyulması isə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Beləliklə, Xocalı bu gün yalnız faciə ilə xatırlanan şəhər deyil, həm də dirçəlişin, yenidənqurmanın və insanların öz doğma yurdlarına qayıdışının ünvanıdır.Xocavənd rayonu zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və təbii sərvətləri ilə Qarabağın mühüm bölgələrindən biridir. 2020-ci il Vətən müharibəsindən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndləri azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazidə Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Buna görə 20 sentyabr Xocavənd şəhəri günü kimi müəyyən olunmuşdur.Xocavəndin tarixi-mədəni irsi xüsusi zənginliyi ilə seçilir. Azıx mağarası, Tağlar mağarası, Tuğ kəndi və müxtəlif tarixi-memarlıq abidələri bu ərazinin Azərbaycan tarixindəki əhəmiyyətini nümayiş etdirən nümunələrdəndir. Bu gün Xocavənddə də bərpa və quruculuq işləri davam etdirilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir. 2025-ci il sentyabrın 11-dən Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin qayıdışına başlanması bu prosesin mühüm mərhələlərindən biridirAğdərə Qarabağın tarixi-coğrafi məkanlarından biri olmaqla Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. 1992-ci ildə inzibati rayon kimi ləğv edilən Ağdərə rayonunun ərazisi sonradan müxtəlif inzibati rayonlar arasında bölüşdürülmüşdü. Azərbaycanın dövlət suverenliyinin tam bərpasından sonra Ağdərə ilə bağlı yeni inzibati və quruculuq mərhələsi başlandı. Ağdərə rayonunun əvvəlki inzibati ərazi çərçivəsində yenidən təşkili və rayon mərkəzinin Ağdərə şəhəri müəyyən edilməsi bu ərazinin sosial-iqtisadi və inzibati inkişafında yeni mərhələnin əsasını qoydu.
Pərvanə Vəliyevanın sözlərinə görə, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərə şəhərində Dövlət Bayrağını ucaltması şəhərin tarixində mühüm hadisə kimi yadda qalmışdır. Bu gün Ağdərədə qarşıya qoyulan əsas məqsədlərdən biri şəhərin və rayonun müasir standartlara uyğun şəkildə yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması və gələcəkdə əhalinin rahat və təhlükəsiz yaşayışının təmin edilməsidir.20 Sentyabrın mühüm məna çalarlarından biri də Böyük Qayıdış prosesidir. İşğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış şəhər və kəndlərin bərpası deyil, insanların doğma torpaqlarına qayıdışı, burada müasir yaşayış şəraitinin yaradılması və dayanıqlı iqtisadi mühitin formalaşdırılması istiqamətində geniş layihələr həyata keçirilir.Böyük Qayıdış çərçivəsində yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və kommunikasiya infrastrukturu yaradılır. Məqsəd keçmiş məcburi köçkünlərin öz doğma yaşayış məntəqələrində təhlükəsiz, rahat və layiqli həyat şəraitinə qovuşmasını təmin etməkdir. Xocalı, Xocavənd və digər ərazilərə qayıdışın başlanması tarixi baxımdan mühüm hadisə olmaqla yanaşı, bölgənin sosial və iqtisadi həyatının yenidən canlandırılmasına xidmət edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Görüşdə iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər müzakirə olunub.“Görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb. Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik!”, - məlumatda qeyd olunub....
18 Sentyabr 2026, 10:56
Tahir Kərimli: “Azərbaycanlıların türk kimliyi şübhə doğurmamalıdır”
Sabiq deputat, siyasətçi Tahir Kərimli azərbaycanlıların türk kimliyi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, T.Kərimli qeyd edib ki, digər türk xalqlarından fərqli olaraq, azərbaycanlıların türk olub-olmaması məsələsi tez-tez mübahisə mövzusuna çevrilir.“Suallar yaranır ki, nə üçün azərbaycanlıların əhəmiyyətli hissəsi digər türk xalqlarına nisbətən daha çox türk olduqlarını qabardırlar? Çünki heç kim qazax, özbək, qırğız, türkmən və tatarların türk olduqlarını şübhə altına almır. Hamı onların türk olduqlarını qəbul edir. Lakin azərbaycanlıların türk olması ciddi mübahisələr predmetidir”, – deyə o bildirib.Siyasətçinin sözlərinə görə, xalqın böyük hissəsi, ziyalılar və digər xalqların nümayəndələri müxtəlif etnoqrafik, tarixi və coğrafi əsaslar gətirsələr də, bu məsələdə yekdil...
18 Sentyabr 2026, 09:04
Aydın Quliyev: “Azərbaycanın BMT-yə qarşı təzminat tələb etmək hüququ var”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat tələbi irəli sürmək hüququnun olduğunu bildirib.Citypost.az xəbər verir ki, A.Quliyev Prezident İlham Əliyevin BMT-nin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin əsaslı olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər BMT-nin hüquqi mexanizmləri və güc tətbiqetmə sistemi qeyd-şərtsiz və effektiv şəkildə işləsəydi, Azərbaycanın işğal olunmuş əraziləri daha əvvəl azad edilə bilərdi.Politoloq hesab edir ki, işğalın uzun müddət davam etməsi Azərbaycanın maddi itkilərinin artmasına, minlərlə insanın həyatını itirməsinə və çox sayda vətəndaşın şəhidlik və qazilik taleyi yaşamasına səbəb olub.“Bu məntiqlə Azərbaycanın BMT-yə qarşı beynəlxalq hüquq müstəvisində maddi...
18 Sentyabr 2026, 09:00
Mətanət Ağamirli: “Ermənilər nə istəyir? Yenə müharibə, yenə ölüm?”
Tanınmış jurnalist Mətanət Ağamirli xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı ermənilərin sərt tənqidi barədə paylaşım edib.Citypost.az xəbər verir ki, M.Ağamirli erməni cəmiyyətinin səfərlə bağlı reaksiyasını tənqid edərək yazıb: “Ermənilər nə istəyir? Yenə müharibə, yenə ölüm? Yetmədimi 30 illik işğal, vəhşilik, soyqırım?”Jurnalistin sözlərinə görə, xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura kütləvi səfəri Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi mövqeyinə beynəlxalq diqqətin göstəricisidir. O qeyd edib ki, erməni siyasi dairələrində və mediada bu səfərə münasibətdə xəyal qırıqlığı və qıcıqlanmanın müşahidə olunması gözlənilən idi.M.Ağamirli bildirib ki, illərdir alışılmadığı münasibətlə üzləşmək və Azərbaycanın mövqeyinin qəbul edilməsi Ermənistan...
18 Sentyabr 2026, 08:56
Ceyhun Məmmədov: İslam dəyərlərini qorumaq hər birimizin məsuliyyətidir
İslam dini Azərbaycan xalqının tarixində, milli-mənəvi dəyərlərinin formalaşmasında və ictimai düşüncəsində xüsusi yer tutur. Əsrlər boyu İslam yalnız dini etiqad kimi deyil, həm də mərhəmət, ədalət, xeyirxahlıq, dürüstlük, insan ləyaqətinə hörmət və həmrəylik kimi dəyərlərin yaşadılmasında mühüm mənəvi dayaq olub.Azərbaycanın İslamla bağlılığı yalnız məscidlərin və dini abidələrin mövcudluğu ilə ölçülmür. İslamın təsiri xalqımızın mədəniyyətində, ədəbiyyatında, memarlığında, elmində, fəlsəfəsində, adət-ənənələrində və gündəlik həyatında özünü göstərir. Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığında da İslam dünyagörüşünün və Şərq mədəniyyətinin izlərini görmək mümkündür.Bu gün də İslam Azərbaycan cəmiyyətinin mənəvi həyatının ayrılmaz hissəsidir. Azərbaycanın İslam dünyasındakı mövqeyi də bu tarixi və...
18 Sentyabr 2026, 08:52
Elçin Rüstəmli: Türkiyənin mövqeyi İrəvana mesajdır
Jurnalist, siyasi şərhçi Elçin Rüstəmli Türkiyənin Azərbaycan və Ermənistan arasında sülh prosesinə münasibəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, E.Rüstəmli bildirib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Ankarada Qafqaz İslam Ordusunun və Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirdiyi fikirlər diqqət çəkir. Yaşar Gülər Azərbaycan və Ermənistan arasında ən qısa müddətdə hərtərəfli və davamlı sülhün bərqərar olmasını arzuladıqlarını və prosesin başa çatdırılması istiqamətində səyləri dəstəklədiklərini bildirib.Siyasi şərhçinin sözlərinə görə, Gülər həmçinin Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları və sülhün təmin edilməsi istiqamətində atılan son addımları məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb. O, Cənubi Qafqazın hazırda etimad,...
18 Sentyabr 2026, 08:48