Aleksandar Vuçiç Ukraynada səfərdədir
Cəmiyyət 18 Sentyabr 2026, 13:26
415
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir.
Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib.
O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir.
Həmçinin oxuyun
A.Vuçiç sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən təşəbbüs geniş Karpat regionu ölkələrinin iqtisadi, nəqliyyat və infrastruktur baxımından əlaqələndirilməsini hədəfləyən mühüm layihədir:
"Bütün bunları vətəndaşlarımız, Serbiyada sabitliyi və sülhü daha da təmin etmək naminə edirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nəcməddin Sadıkovla bağlı qalmaqallı hesabat yenidən gündəmdə
Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır.Bu iş üzrə polkovnik Süleymanovdan əlavə, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də mühakimə edilir. Onlar dördü də azadlıqdadır.Media üçün qapalı keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.Eks-nazirlik işçiləri 1 milyondan artıq dövlət vəsaitinin yeyintisində təqsirləndirilirlər. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi həbs cəzası gözləyir.Məhkəmə istintaqının qapalı keçirilməsinə, müttəhimlərim azadlıqda qalmasının davamına qərar verilib.Əsas...
18 Sentyabr 2026, 13:38
General-mayor İsgəndər Allahverdiyev vəfat edib
General-mayor İsgəndər Allahverdiyev vəfat edib.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edək ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.İsgəndər Allahverdiyev sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərib. “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülüb....
18 Sentyabr 2026, 13:17
Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Xankəndi şəhərində Xankəndi, Şuşa, Xocalı və Ağdərə sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....
18 Sentyabr 2026, 12:21
Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır - Milli Məclisin deputatı Ceyhun Məmmədov
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncama əsasən hər il sentyabrın 20-si ölkəmizdə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı mövqeyi, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Bu baxımdan Prezident İlham Əliyevin hər il sentyabrın 20-sinin ölkəmizdə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam xüsusi əhəmiyyətə malikdir.Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbəni daha da möhkəmləndirmək, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq...
18 Sentyabr 2026, 12:13
Şəhid ailələri və müharibə əlillərinə daha 36 mənzil verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.Citypost.az xəbər verir ki, bu mənzillər MİDA-nın Hövsan Yaşayış Kompleksindədir.4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.Qeyd edilib ki, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.Postmüharibə dövründə onlara 7300-dən, ümumilikdə ötən dövrdə 16...
18 Sentyabr 2026, 11:33
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, iclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.Qeyd olunub ki, ölkənin siyasi, iqtisadi və institusional potensialının gücləndirilməsi, milli maraqların və dövlət suverenliyinin etibarlı müdafiəsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət hüquq sisteminin qarşısında da yeni vəzifələr müəyyənləşdirir.Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və...
18 Sentyabr 2026, 11:28