Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib
Cəmiyyət 24 İyun 2026, 09:12
673
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron İxtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqların valideynləri üçün təlimlər təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Citypost.az-a verilən məlumata görə, “Joy Uşaq İnkişaf Mərkəzi”nin təşəbbüsü ilə keçirilən ikigünlük təlimlərdə mərkəzin əməkdaşları və əlilliyi olan uşaqların valideynləri iştirak ediblər.
İştirakçılara uşaqların fərdi inkişaf xüsusiyyətləri, sosial adaptasiya prosesləri, ailə və mütəxəssis əməkdaşlığının əhəmiyyəti, eləcə də inklüziv yanaşmalar barədə ətraflı məlumat verilib. Sessiyalarda nəzəri biliklərlə yanaşı, praktik nümunələr təqdim olunub, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Həmçinin oxuyun
Təlimin məqsədi əlilliyi olan uşaqlarla çalışan mütəxəssislərin və valideynlərin bilik və bacarıqlarını artırmaq, uşaqların sosial inteqrasiyasına dəstəyi gücləndirmək, həmçinin müasir reabilitasiya yanaşmaları və effektiv ünsiyyət metodları barədə məlumatlılığı artırmaq olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətin mətnini Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.Müraciətdə deyilir:"Hörmətli tədbir iştirakçıları!Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.Bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin...
24 İyun 2026, 10:55
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və...
24 İyun 2026, 10:31
”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub
"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Citypost.az xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə "TikTok" platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.O, müvafiq qərarla inzibati qaydada həbs edilib.
24 İyun 2026, 10:04
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb."Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 24-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun "Vulkan", "Baksol", "1 May" yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A.Zeynallı, M.S.Ordubadi, M.Füzuli və Y.İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub....
24 İyun 2026, 08:51
Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi
Ukrayna polis sistemində azərbaycanlıya vəzifə verilib.Citypost.az xəbər verir ki, bununla bağlı jurnalist Mübariz Aslanlı sosial media hesabında paylaşım edib.Paylaşımda bildirilir ki, polis polkovniki Zeynal Nəsirov Ukraynanın Jitomir vilayət Milli Polisinin rəis müavini vəzifəsinə təyin olunub. Polkovnik Z. Nəsirov əslən Azərbaycanın Goranboy rayonundandır. (Ölkə.az)
24 İyun 2026, 08:46
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.Bu barədə Citypost.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Qeyd olunub ki, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
24 İyun 2026, 08:20