Bizə yazın

Baku

-°C

USD

-

Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb

Dünya 24 İyun 2026, 09:20

479

Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Citypost.az Apa-ya istinadən xəbər verir ki, bu barədə "İHA" agentliyi məlumat yayıb.

Məlumata görə, çəkisi 200 kiloqramdan çox olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayas kəndində yaşayış evinin yaxınlığındakı bağ sahəsinə düşüb. Yerə çırpıldıqdan sonra aparat yanmağa başlayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Digər pilotsuz uçuş aparatı isə Samsun vilayətinin Karataş bölgəsində yerli sakinlər tərəfindən aşkar edilib. Vətəndaşlar tapıntı barədə jandarmaya məlumat veriblər. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hazırda hər iki PUA-nın mənsubiyyəti və mənşəyi mütəxəssislər tərəfindən araşdırılır

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyalı alpinist Ginnesin Rekordlar Kitabına düşüb

Rusiyalı alpinist Alina Pekova dünyanın ən yüksək 14 dağının hamısına dırmanan ən gənc qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.Citypost.az "Ölkə.az" a istinadən xəbər verir ki, o, bütün zirvələri fəth edərkən 31 yaşında olub.İdmançı özü İnstaqramda Ginnesin Rekordlar Kitabına daxil edildiyini elan edib. Alina Ginnesin Rekordlar Kitabı sertifikatı ilə şəkillər paylaşıb.Proqramdakı 14 zirvənin hamısının hündürlüyü 8000 metrdən çoxdur. Onlardan onu Himalay dağlarında, dördü isə Karakorumda yerləşir. Alina Pekova siyahıda 2024-cü ilin oktyabr ayında Himalay dağlarında Şişapanqma dağını (8027 metr) fəth edən sonuncu şəxs olub. O, bütün proqrama bir il yarım vaxt sərf edib. O, 2023-cü ildə 11 səkkiz minlik zirvəyə, son...

24 İyun 2026, 09:28

"Aeroflot"un keçmiş rəhbəri həbs edildi

Rusiyanın paytaxtı Moskvada məhkəmə "Svyaz-Bank"ın sağlamlaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan "Aeroflot" aviaşirkətinin keçmiş baş direktoru Mixail Poluboyarinov barəsində həbs qətimkan tədbiri seçib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildiriblər."Məhkəmə Mixail Poluboyarinov barəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçib", - deyə məlumatda qeyd olunur.Mənbə dəqiqləşdirib ki, cinayət işi Poluboyarinovun "Vneşekonombank"da işlədiyi dövrdə yol verdiyi sui-istifadə halları ilə bağlı açılıb.Poluboyarinov 2020-ci ildən 2022-ci ilə qədər "Aeroflot" şirkətinin baş direktoru vəzifəsini tutub....

24 İyun 2026, 09:00

Tramp: ABŞ ordusu ucuz raketlərin hazırlanmasını tələb edir

ABŞ Quru Qoşunları müdafiə sənayesindən bir il ərzində daha ucuz raket-interseptorların hazırlanmasını tələb edib.Citypost.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.Məlumata görə, layihədə iri müdafiə şirkətləri ilə yanaşı, 100-ə yaxın startap da iştirak edəcək.ABŞ ordusu yeni texnologiyaların ilk nümayişini altı ay ərzində görmək, bir il ərzində isə onların satın alınmasına başlamaq niyyətindədir.Quru Qoşunlarının naziri Den Driskoll bildirib ki, Ukrayna və İran ətrafındakı münaqişələr bahalı raketlərə əsaslanan mövcud müdafiə modelinin zəif tərəflərini üzə çıxarıb.Onun sözlərinə görə, bir ədədinin qiyməti təxminən 4 milyon dollar olan Patriot raketləri istehsal olunduğundan daha sürətlə istifadə edilir....

24 İyun 2026, 08:00

Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib 

Özbəkistan Respublikası ilə dövlət sərhədinin demarkasiyası çərçivəsində əvvəllər Özbəkistan ərazisinə aid olan iki yaşayış məntəqəsi öz sakinləri (təxminən 2500 nəfər) ilə birlikdə Qırğız Respublikasına verilib.AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentin mətbuat katibi Askat Alaqozov məlumat verib.Onun sözlərinə görə, bu yaşayış məntəqələri əvvəllər Özbəkistan Respublikasının Fərqanə bölgəsinin bir hissəsi olan Çonqara və Taş-Tobo kəndləridir. Bu yaşayış məntəqələrində etnik qırğızlar yaşayırlar.Mətbuat katibi əlavə edib: “İndi bu kəndlərdə qeydiyyat prosedurları aparılacaq və bundan sonra onların sakinlərinə Qırğızıstan vətəndaşlığı veriləcək. Bu kəndlərin müqabilində Qırğızıstan tərəfi sərhəd zonasında Özbəkistan Respublikasına bərabər ölçülü torpaq sahələri verib”.Bundan əlavə, Say kəndindən Tayan kəndinə...

23 İyun 2026, 17:40

Smotriç: “Hizbullah” tamamilə ləğv edilməlidir 

“Hizbullah” terror təşkilatı bu ölkədə mövcud olduğu müddətcə İsrail hərbi qüvvələrini Livanın cənubundan çıxarmayacaq”.C itypost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.O bildirib ki, Benyamin Netanyahu hökuməti iqtidarda olduğu müddətcə bu mövqe dəyişməyəcək.Smotriç vurğulayıb ki, “Hizbullah” ləğv edilməli, Livan hökumətində təmsil olunmamlı və İsraili təhdid etmək üçün heç bir hərbi imkana malik olmamalıdır. Nazir ancaq bu şərtlər yerinə yetirildikdən sonra yeni təhlükəsizlik tədbirlərinin müzakirə edilə biləcəyini qeyd edib.Smotçik bildirib ki, o, təkcə “Hizbullah”ın tərksilah edilməsindən yox, bu terror təşkilatının tamamilə ləğvindən danışır.İranla danışıqlar fonunda ABŞ-nin İsrail qüvvələrinin Livandan çıxarılması üçün Təl-Əvivə təzyiq göstərməsi ehtimalı ilə...

23 İyun 2026, 17:33

Lavrov: Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq 

Rusiya Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş səfirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.“Rusiya həmişə olduğu kimi, Kiyevlə danışmağa hazırdır. Biz Ukrayna tərəfi ilə danışıqları onların dayandığı nöqtədən istənilən vaxt bərpa etməyə hazırıq”, – Lavrov vurğulayıb.Nazirin sözlərinə görə, Avropa ölkələri Ukrayna ilə bağlı bərabərhüquqlu danışıqlar imkanlarını rədd edir və Rusiyanın kapitulyasiyasına nail olmağa çalışır:“Hazırda istənilən bərabərhüquqlu danışıqlar imkanı Brüssel bürokratları və onların Berlin, Paris və Londondakı tərəfdaşları tərəfindən rədd edilir. Onlar Rusiyanın kapitulyasiya etməsini və Ukraynanın ya NATO, ya da Avropa İttifaqı tərəfindən udulması ilə barışmasını...

23 İyun 2026, 14:23