İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 24 İyun 2026, 10:55
431
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
Citypost.az xəbər verir ki, müraciətin mətnini Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurub.
Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk.
Təəssüf ki, işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılmış və talan olunmuşdur. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur. Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olub.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.
Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir.
Həmçinin oxuyun
İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib.
Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülüb. 2017-ci ildə Azərbaycanda elan olunmuş "İslam Həmrəyliyi İli" çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Bir neçə gün öncə Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilmişdir.
2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Hörmətli tədbir iştirakçıları,
Hazırkı sessiyanın "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusuna həsr olunması Parlament İttifaqının üzv ölkələrinin tərəqqisi üçün ortaq çağırışlara birgə həll yolları tapmaq əzmini nümayiş etdirir.
Əminəm ki, sessiya çərçivəsində irəli sürülən faydalı təşəbbüslər qardaş xalqlarımızın rifahına töhfə verəcək, ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.
Sizə ən xoş arzularımı yetirir, sessiyanın işinə uğurlar diləyirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Bəzən müştəri itirməyi seçirik, amma insanları aldatmırıq” – Vüsal Qəribovdan maraqlı açıqlamalar
Xaricdə işləmək istəyən insanların sayı hər il artır. Almaniya, Slovakiya, Çexiya və digər Avropa ölkələrində işləmək arzusu ilə minlərlə insan müxtəlif şirkətlərə müraciət edir. Lakin prosesə başlamazdan əvvəl verilən düzgün və ya yanlış məlumatlar son nəticəyə birbaşa təsir göstərir.First Academy şirkətinin rəhbəri Vüsal Qəribov Citypost.az-a bildirib ki, şirkətə müraciət edən hər bir şəxsə ilkin mərhələdə ödənişsiz konsultasiya təqdim edilir və məhz həmin konsultasiya zamanı insanların eşitmək istədiyi ilə reallığın çox zaman fərqli olduğu ortaya çıxır.“Bəzən insanlar bizə müraciət edəndə elə düşünürlər ki, xaricə getmək sadəcə bir neçə sənəd toplamaqdan ibarətdir. Amma reallıq tamam fərqlidir. Bizim işimiz insanlara xoş gələcək sözlər...
24 İyun 2026, 11:55
Tədqiqatçılar süni intellektlə idarə olunan robotların riskləri barədə xəbərdarlıq ediblər
Oksford Universitetinin tədqiqatçısı Fazl Bares və digər mütəxəssislər süni intellektlə idarə olunan yeni nəsil robotların yaratdığı potensial risklərlə bağlı xəbərdarlıq ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmaya görə, müasir robotlar artıq əvvəlcədən proqramlaşdırılmış əmrlərlə deyil, süni intellekt modellərinin köməyi ilə real vaxt rejimində qərarlar qəbul edə bilir. Bu isə onların daha çevik fəaliyyət göstərməsinə imkan versə də, təhlükəsizlik risklərini də artırır.Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, bəzi hallarda sadəcə sorğunun ifadə formasını dəyişməklə süni intellekt sistemlərinin təhlükəsizlik məhdudiyyətlərini aşmaq mümkündür.Mütəxəssislər hesab edirlər ki, muxtar robotların xəstəxanalar, qocalar evləri və ictimai məkanlarda geniş tətbiqindən əvvəl onların fəaliyyəti üçün aydın təhlükəsizlik...
24 İyun 2026, 11:49
Vəkil: Zəhraya göstərilən tibbi yardımla bağlı suallar var
Vəkil Fərhad Mehdiyev Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş vermiş yol-nəqliyyat hadisəsindən sonra qızı Zəhraya göstərilən tibbi yardımın təşkili ilə bağlı bir sıra iradlarını ictimaiyyətlə bölüşüb.Citypost.az xəbər verir ki, vəkil bildirib ki, hadisə zamanı qızının ürəyi təxminən 3 saat 40 dəqiqə döyünsə də, onu xilas etmək mümkün olmayıb. Vəkil hadisə yerindən xəstəxanaya çatdırılma prosesində və sonrakı tibbi müdaxilələrdə müəyyən çatışmazlıqların olduğunu iddia edib.Fərhad Mehdiyevin sözlərinə görə, hadisə yeri xəstəxanaya yaxın məsafədə yerləşsə də, təcili tibbi yardım briqadası göndərilməyib və yaralı xəstə vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılıb. O hesab edir ki, ilkin tibbi yardım qaydalarına uyğun olaraq xəstənin hadisə yerində vəziyyəti qiymətləndirilməli, boyun...
24 İyun 2026, 11:18
Jurnalist Abşeron Rayon Mərkəzi Xəstəxanasındakı vəziyyətdən narazılıq edib
Jurnalist Gülşən Şərif Abşeron Rayon Mərkəzi Xəstəxanasında müşahidə etdiyi problemlərlə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, o, bildirib ki, bir neçə dəfə həmin tibb müəssisəsində olub və xəstəxanadakı vəziyyətin narahatlıq doğurduğunun şahidi olub. Jurnalistin sözlərinə görə, əlillik təyinatı üçün müraciət edən vətəndaşlara xidmət göstərən həkimlərin sayı kifayət qədər deyil.Paylaşımda qeyd olunur ki, xüsusilə onkoloji xəstələrin sayı çox olsa da, xəstəxanada bu istiqamətdə cəmi bir onkoloq fəaliyyət göstərir. Bu isə uzun növbələrin yaranmasına səbəb olur. Bildirilir ki, bəzi hallarda həkimin qəbul saatı başa çatdığından növbədə gözləyən xəstələrin işi yarımçıq qalır.Gülşən Şərif xəstəxanada mətbuat xidməti ilə əlaqə imkanlarının da zəif olduğunu vurğulayıb....
24 İyun 2026, 11:03
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və...
24 İyun 2026, 10:31
”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub
"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Citypost.az xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə "TikTok" platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.O, müvafiq qərarla inzibati qaydada həbs edilib.
24 İyun 2026, 10:04