Jalə Əliyeva: Bakı və Aşqabad etimada əsaslanan əməkdaşlığı genişləndirir
Siyasət 24 İyun 2026, 10:19
434
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatı Bakı ilə Aşqabad arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Millət vəkiliin sözlərinə görə,Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayaraq, bu amillərin dövlətlərarası münasibətlərin etibarlı təməlini təşkil etdiyini qeyd etdi. Dövlət başçısının sözləri ilə desək, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri üzərində qurulub. Bu isə regionda nümunəvi əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.Səfər zamanı diqqət çəkən əsas məqamlardan biri iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı verilən mesajlar oldu. Prezident İlham Əliyev Azərbaycanın və Türkmənistanın Avrasiya məkanında mühüm tranzit ölkələri olduğunu bildirərək nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyətini xüsusi vurğuladı. Bu gün Orta Dəhlizin inkişafı fonunda Xəzərin hər iki sahilində yerləşən ölkələrin koordinasiyalı fəaliyyəti beynəlxalq yükdaşımaların həcminin artmasına və yeni iqtisadi imkanların yaranmasına xidmət edir.Bəyanatda enerji əməkdaşlığı da mühüm yer tutdu. Azərbaycan və Türkmənistan zəngin enerji resurslarına malik olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayırlar. Son illərdə enerji sahəsində əldə olunan razılaşmalar və Xəzər dənizində birgə əməkdaşlıq təcrübəsi göstərir ki, iki ölkə bu istiqamətdə də strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək niyyətindədir.
Həmçinin oxuyun
Jalə Əliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam humanitar əlaqələrin inkişafı ilə bağlı idi. Təhsil, mədəniyyət, elm və gənclər sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Bu amil siyasi və iqtisadi əlaqələrin dayanıqlığını artıran vacib faktor kimi çıxış edir.Sərdar Berdiməhəmmədovun Bakı səfəri bir daha sübut etdi ki, Azərbaycan-Türkmənistan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirilən fikirlər göstərir ki, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq bundan sonra da yeni məzmunla zənginləşəcək, hər iki ölkənin milli maraqlarına və bütövlükdə regionun rifahına xidmət edəcək.Bu səfər Azərbaycanın Türk dünyasında birləşdirici rolunun, Türkmənistanın isə regionda etibarlı tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi. İki dövlət arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə daha böyük uğurların əldə olunacağına əminlik yaradır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səbinə Salmanova: Dövlət qulluğu Vətənə xidmətdir
Milli Məclisin deputatı Səbinə Salmanova Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət qulluqçuları Azərbaycanda dövlət idarəçiliyinin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və vətəndaşlara səmərəli xidmət göstərilməsində mühüm rol oynayırlar.Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğu sistemi daha çevik, şəffaf, innovativ və vətəndaşyönümlü xarakter alıb.Deputatın sözlərinə görə, dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində və milli maraqların qorunmasında mühüm rol oynayırlar.Səbinə Salmanova vurğulayıb ki, dövlət qulluğu yalnız peşə deyil, həm də Vətənə və xalqa xidmət missiyasıdır.Deputat peşə bayramı münasibətilə bütün dövlət...
24 İyun 2026, 11:26
Bədəl Bədəlov: Vətən müharibəsi hərb tariximizin parlaq səhifəsidir
Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biri güclü və peşəkar ordudur. Müstəqil dövlətin mövcudluğu, ərazi bütövlüyünün qorunması, milli təhlükəsizliyin təmin edilməsi və suveren hüquqlarının müdafiəsi ilk növbədə qüdrətli silahlı qüvvələrin mövcudluğundan asılıdır. Məhz buna görə də 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın həyatında xüsusi əhəmiyyətə malik tarixi günlərdən biridir.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Bədəl Bədəlov bildirib.Millət vəkilinin sözlərinə görə, Milli Ordunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə siyasi hakimiyyətə gələn Ulu Öndər gələcəkdə milli hərbi kadr potensialının formalaşdırılmasının vacibliyini uzaqgörənliklə qiymətləndirərək bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına...
24 İyun 2026, 11:16
Şərhçi: Xamneyinin şəklinin dini mərasimlərdə qaldırılması siyasi məna daşıyır
İctimai fəal Tural Qaraqaşlı dini mərasimlərdə İranın ali lideri Əli Xamneyinin və ya Ayətullah Xomeyninin şəkillərinin qaldırılması məsələsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, belə addımların dini əsaslandırması yoxdur və daha çox siyasi məzmun daşıyır. Tural Qaraqaşlı qeyd edib ki, milliyyətin din adamı üçün önəm daşımadığını qəbul etsə də, Xamneyinin başqa bir dövlətin siyasi lideri olması onun simvolunun dini deyil, siyasi məna kəsb etməsinə səbəb olur.İctimai fəal bildirib ki, İranın ali lideri yalnız dini fiqur deyil, eyni zamanda dövlətin siyasi rəhbəridir. Bu səbəbdən onun şəklinin başqa ölkələrdə dini tədbirlərdə nümayiş etdirilməsi siyasi jest kimi qəbul olunur və dövlətlərin...
24 İyun 2026, 10:27
Vüqar Rəhimzadə: Azərbaycan–Türkmənistan əlaqələri strateji mərhələdədir
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı...
23 İyun 2026, 12:20
Ədalət Verdiyev: Təxribatçı addımlar davam edir
Hərbi ekspert Ədalət Verdiyev erməni kilsəsində keçirilən liturgiya zamanı ev dustaqlığında olan srbazan Baqrat Qalstanyanın iştirakı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir k, O bildirib ki, Qalstanyan “Üç Müəzzin” kilsəsində keçirilən liturgiyada qonşu ölkələr – İran, Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən “Böyük Ermənistan” döş nişanı ilə iştirak edib.Ədalət Verdiyev qeyd edib ki, Qalstanyan əvvəllər də Xeyrimli–Günnüt istiqamətində eyni nişanı taxaraq etiraz aksiyaları təşkil edib. Onun sözlərinə görə, həmin dövrdən sonra Qazaxın 4 kəndinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi baş verib.Hərbi ekspert əlavə edib ki, bu cür fəaliyyətlərin davamı kimi Baqrat Qalstanyanın Sofulu və Bərxudarlı məsələsini gündəmə gətirmək...
23 İyun 2026, 10:51
Deputat: Türkmənistan və Azərbaycan prezidentlərinin görüşü strateji əhəmiyyət daşıyır
Naxçıvan Ali Məclisinin deputatı, Xalq artisti Rza Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüşün əhəmiyyətindən bəhs edib.Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanır. Onun sözlərinə görə, son illərdə iki qardaş ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi regionun inkişafına mühüm töhfə verir.R.Xudiyev qeyd edib ki, dövlət başçılarının görüşü ilk növbədə iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Onun fikrincə, siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın artırılması və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi Xəzər regionunda sabitliyin qorunması və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından...
23 İyun 2026, 08:08