Bizə yazın

Baku

-°C

USD

-

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib 

Cəmiyyət 30 İyun 2026, 10:28

401

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Citypost.az  verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclisin iclası başlayıb 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. Məsələlər aşağıdakılardır:1. "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi.2. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan...

30 İyun 2026, 11:00

Türkün ruhu niyə sazda danışır? - "Hicran Kərəmi"dəki sirlər və həqiqətlər  

Saz insan ruhunun gəldiyi yerdən, gedəcəyi yerə qədər bütün sirlərini aça bilən nadir alətlərdəndir. Hər xalqın ruhu bir musiqi alətinə bağlıdır. Hər musiqi aləti bir xalqın dilini bilər, hər xalq da bir musiqi alətinin. Türkün ruhu saza bağlıdır. Elə bu səbəbdəndir ki, Koroğlu Çənlibelə dəli seçəndə Aşıq Cünun saz çalar, özü də həmin igidin nəbzini tutardı. Sazın çalğısı ürək ritmini yüksəltməyəni Çənlibelə almazdı Koroğlu. Sazımız sirlərimizi qoruyan, onu naməhrəmə açmayan can yoldaşımızdır. "Mənsuri" havası Adəmin Ələstdən keçib, torpaqdan yaradılışı, ilahi ruhun ona üfürülməsinə qədər hər şeyi anladır. Bu sirləri anlayan simlərin, pərdələrin, təzanənin hansı simvollarla gizləndiyi, yaxud ifadə olunduğunu bilir. Hər kəsin...

30 İyun 2026, 10:48

Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək 

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı şəhərində vətəndaşları qəbul edəcək.Citypost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər.Adları çəkilən şəhər və rayonların sakinləri 12 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.Qəbulda iştirak üçün qeydiyyat mütləqdir....

30 İyun 2026, 10:35

ADY yay qrafikinə keçir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.ADY-dən Citypost.az-a  verilən məlumata görə, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində 6 iyun tarixindən etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, 4 iyul tarixindən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.ƏtraflıAds by  0Reklamınızı SmartBee ilə effektiv edin.Məlumata görə, 31...

30 İyun 2026, 09:09

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur....

30 İyun 2026, 08:25

Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək 

ABŞ-İran danışıqları iyunun 30-da Dohada keçiriləcək.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb."İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.

29 İyun 2026, 15:41