Bizə yazın

Baku

-°C

USD

-

Qulamhüseyn Kazımlı:Orta Dəhlizdə Azərbaycanın rolu artır

Siyasət 30 İyun 2026, 08:49

420

Son illərdə qlobal və regional geosiyasi və hərbi qarşıdurmalar, xüsusilə, Rusiya – Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Çin və Uzaq Şərq ölkələri ilə Avropa arasında yükdaşımaların mühüm hissəsinin keçdiyi şimal marşrutunun – Rusiya üzərindən keçən dəhlizin təhlükəsizliyi üçün xeyli risklər yaradıb və qlobal ticarət marşrutlarında ciddi dəyişikliklərə səbəb olub. Buna görə də Avropa İttifaqı alternativ nəqliyyat yollarının və logistika xətlərinin inkişafına daha çox diqqət ayırmağa başlayıb.

Bu baxımdan bütövlükdə  Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edib. Marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir.  Bunları nəzərə almaqla,  Avropa İttifaqının son təşəbbüsü - Orta Dəhliz boyunca nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası məqsədilə yeni “Connectivity Agenda Platform” yaradılması Avrasiya məkanında formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqların mühüm göstəricisi hesab oluna bilər. Bu təşəbbüs sadəcə texniki koordinasiya mexanizmi deyil, həm də Aİ-nın Mərkəzi Asiya və Cənubi Qafqazda strateji iştirakını genişləndirməyə  yönəlmiş uzunmüddətli siyasi layihə kimi qiymətləndirilə bilər.

Ümumi şəkildə Orta Dəhliz boyunca nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası, mövcud təşəbbüsləri vahid strategiyada birləşdirməsi, prioritet layihələr siyahısının formalaşdırması və beynəlxalq maliyyə institutları ilə özəl investorlardan vəsait cəlb edilməsinin asanlaşdırması yeni platformanın yaradılmasının əsas məqsədi kimi elan olunur. Lakin bu platformanın yaradılmasının daha konkret strateji məqsədləri də var. Bu strateji məqsədlər sırasına ilk növbədə Avropanın ticarət və loqistika marşrutlarının sayının artırılması və məhdud sayda marşrutlardan asılılığın aradan qaldırılması aid edilə bilər. Daha sonra yeni platformanın yaradılması Avrasiya nəqliyyat sistemində Rusiyanın ənənəvi dominant rolunun zəiflədilməsi və Çinin təsirinin balanslaşdırılması, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədlərinə də xidmət edir.

Azərbaycan artıq bütövlükdə Şərq-Qərb nəqliyyat dəhlizinin, o cümlədən Transxəzər marşrutunun mərkəzi aktorlarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt azad iqtisadi zonası, Bakı–Tbilisi–Qars dəmir yolu və ölkədə yaradılmış logistika infrastrukturu bu marşrutun fəaliyyətində mühüm rol oynayır. Hesab edirəm ki, yeni platforma çərçivəsində Azərbaycan üçün də imkanlar daha da genişlənəcək. Yeni platforma ölkəmiz üzərindən tranzit yük daşımaların həcmlərinin artmasına, yeni investisiyalarının cəlb olunmasına, rəqəmsal bağlantı layihələrinin genişlənməsinə, yaşıl enerji ixracı təşəbbüslərinin sürətlənməsinə və respublikamızın  regional nəqliyyat mərkəzi statusunun möhkəmlənməsi gətirib çıxara bilər. Xüsusilə Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan enerji və məlumat ötürmə xətləri Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Yeni platforma çərçivəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi ön plana çıxır.

Yeni platformanın yaradılması həmçinin Güney Qafqazın siyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərə bilər. Bu baxımdan yeni platformada Ermənistana da rol ayrılmasını təsadüfi hesab etmək olmaz. Bu gün Ermənistan Güney Qafqazda Rusiyanın öz təsirini hər vasitə ilə qoruyub saxlamağa çalışdığı məkandır. Ona görə də Yeni platformada Ermənistana rol ayrılması perspektivdə Ermənistanı Rusiyanın asılılığından və təsir dairəsindən çıxarmaq kimi strateji geosiyasi məqsədlərə xidmət edir. Başqa sözlə, geosiyasi strategiya baxımından Aİ-nin məqsədi Ermənistanı regional layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamaq deyil (bu daha çox Rusiyanın maraqlarına uyğun gələrdi), onu Avropa ilə Mərkəzi Asiya arasında formalaşan yeni bağlantı arxitekturasına müəyyən dərəcədə inteqrasiya etməkdir. 

Yeni platformaya dair açıqlanan sənədlərdə Ermənistana konkret hansı rolun ayrılması dəqiq göstərilmir. Yeni platforma daha çox mövcud Azərbaycan–Gürcüstan–Türkiyə xətti üzərində qurulur. Buna görə də Ermənistanın rolu daha çox potensial və gələcək imkanlar kontekstində müzakirə oluna bilər. Avropa İttifaqı hesab edir ki, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması regional sabitliyə və iqtisadi inteqrasiyaya xidmət edə bilər. 

Nəzərə almaq lazımdır ki, hazırkı şəraitdə Ermənistanın Orta dəhlizin və Transxəzər marşrutunun əsas aktoruna çevrilməsi imkanları da məhduddur. Belə ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri tam normallaşmayıb, nəqliyyat kommunikasiyalarının tam açılması məsələsi hələ həll olunmayıb, Ermənistandakı daxili vəziyyət Zəngəzur dəhlizinin işə düşməsinə müəyyən risklər yaradıb, Ermənistanın regional dəmir yolu və mövcud logistika infrastrukturu hazırkı marşrutla müqayisədə daha zəif vəziyyətdədir və s. 

Nəqliyyat infrastrukturundan  fərqli olaraq rəqəmsal kommunikasiya, elektrik ötürmə şəbəkələri və yaşıl enerji layihələrində Ermənistanın iştirak imkanları nisbətən geniş hesab olunur və Aİ da daha çox enerji transformasiyası və rəqəmsal bağlantılar sahəsində Ermənistanla əməkdaşlığı artırmağa çalışır.

Bunları nəzərə almaqla, hesab edirəm ki, yeni platformada Ermənistanın rolu daha çox Azərbaycan və Türkiyə ilə gələcək siyasi normallaşma proseslərinin nəticəsindən asılı olacaq. Yəni normallaşma baş verərsə və kommunikasiyalar açılarsa, Ermənistan regionun ümumi bağlantı sisteminə inteqrasiya oluna, Orta Dəhlizə qoşulan əlavə marşrutlardan biri kimi çıxış edərək İran, Gürcüstan, Türkiyə və Azərbaycan istiqamətlərində əlaqələri genişləndirə bilər. 

Qulamhüseyn Kazımlı

Sabiq deputat, siyasi şərhçi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc: Vətən müharibəsi itkinlərin də zəfəri oldu

1988-1994-cü illərdə nizami ordusuz, vahid komandanlıqsız aparılan birinci Qarabağ müharibəsində xalqımız ümumilli lider Heydər Əliyevə torpaqlarımızın işğalından və dövlətçiliyin süqutundan xilas üçün müraciət edərkən, 4000 minə qədər itkin düşən şəxslərintaleyi ilə də bağlı son ümid yeri kimi baxırdılar. O zaman respbublikada mərkəzi siyasi hakimiyyəti iflasa uğramışdı.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Deputat əlavə edib ki, Heydər Əliyev ucqar muxtar respublika rəhbərindən daha böyük mənəvi və beynəlxalq siyasi nüfuzu nəticəsində xarici təşkilatları humanitar proseslərə cəlb edir, birbaşa Ermənistanın o dövrkü prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparırdı - əsirlərin, girovların, şəhidlərin cəsədlərinin geri qaytarılması üçün şəxsi iradəsi və humanitar diplomatiyası ilə...

30 İyun 2026, 11:30

Kənan Rövşənoğlu: Netanyahu Ankaraya təzyiq göstərmək istəyir

Türkiyə-İsrail münasibətləri son 16 ildə soyuq, hətta indikindən də gərgin dövrləri olub. Hətta ötən il iki ölkə hərbi qüvvələri arasında eskalasiya riski olub. Amma nədən indiyə qədər deyil, məhz indi "erməni soyqırımı" məsələsi yada düşüb? Bu sualın cavabı ABŞ-Türkiyə münasibətlərində yatır. Hazırda Türkiyə ABŞ-ın Yaxın Şərq siyasətində mərkəzdə yer alır, Ərdoğan-Tramp münasibətləri ən yüksək səviyyədədir. Hətta keçən həftə Tramp dedi ki, Türkiyəyə təyyarə satışı layihəsi bərpa olunmalıdır. Və paralel olaraq ABŞ-İsrail münasibətləri soyuyur. Zənnimcə, Nətanyhu bu addımı atmaqla;1. Erməni lobbisi ilə birləşərək ABŞ-da Türkiyə əleyhinə qərarlara nail olmaq, ən azı təyyarə və motor satışına qadağa qoymaq.2. Diaspor vasitəsilə Türkiyə-Ermənistan normallaşma prosesinə mane olmaq,...

30 İyun 2026, 11:00

 Nigar Sabirqızı: “İsrailin bu qərarı qəbuledilməzdir”

Nigar Sabirqızı İsrailin qondarma “erməni soyqırımı”nı tanımasını qəbuledilməz addım kimi qiymətləndirib.Citypost.az O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, bu qərarın Ankaranı qıcıqlandırmaq məqsədi daşıdığı açıq görünür və onun siyasi nəticələri olacaq.“İsrailin qondarma ‘erməni soyqırımı’nı tanıması qəbuledilməz addımdır. Bu qərarın Ankaranı qıcıqlandırmaq məqsədi daşıdığı aydındır. Amma belə qərarların siyasi nəticələri də olur və Netanyahu buna dözməli olacaq”, – deyə aparıcı qeyd edib.Nigar Sabirqızı eyni zamanda, İsraili tənqid edən, lakin İranın Ermənistanla bağlı siyasətinə münasibət bildirməyən şəxslərə də müraciət edib. O vurğulayıb ki, İran illər boyu Ermənistanı dəstəkləyib və bu faktlar unudulmamalıdır.Aparıcı paylaşımında Azərbaycanın işğal altında olan ərazilərində məscidlərə qarşı törədilən...

30 İyun 2026, 10:55

Heydər Mirzə: “Bu addım Türkiyə cəmiyyətini daha da konsolidasiya edə bilər”

Politoloq Heydər Mirzə hesab edir ki, İsrail tərəfi bu məsələdə ciddi strateji yanlışlığa yol verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, “soyqırımını tanıma təhlükəsi” və ya belə bir addımın gündəmdə saxlanılması, tanımanın özündən daha təsirli siyasi alət hesab oluna bilər.“İndiyədək formalaşmış təcrübə göstərir ki, bu cür tanınma presedentlərinin Türkiyəyə real təsiri demək olar ki, sıfıra bərabərdir. ‘1915’ məsələsi Türkiyədə sağçı, solçu, islamçı, ateist, yörük və kürd olmaqla müxtəlif təbəqələri ortaq mövqedə birləşdirən nadir mövzulardan biridir”, – deyə o bildirib.Heydər Mirzənin fikrincə, əgər İsraildə bu addımı planlaşdıranlar Türkiyə cəmiyyətində daxili həmrəyliyi gücləndirmək məqsədi güdürdülərsə, o zaman atılan addım məhz həmin nəticəyə...

30 İyun 2026, 10:45

İlon Maskın texnologiya hökmranlığı - Xəqani Cəfərli yazır...

Dünyanın kosmos və avtomobil sənayesini diz çökdürərək özünün kosmos və elektromobil sənayesini qurmuş, Starlink layihəsi naqilsiz internetin inhisarını qurmuş İlon Maskın (Elon Musk) qurucusu olduğu Tesla şirkətinin Optimus humanoid (insanabənzər) robotlarını istehsal edəcək nəhəng zavodların Texasdakı tikinti meydançasında qızğın iş gedir. Havadan çəkilən görüntülər tikintinin artıq dörd mərtəbəyə qədər yüksəldiyini göstərir. İlon Mask il ərzində burada 10 milyon ədəd Tesla Optimus humanoid robotunun istehsal olunmasını planlaşdırır. Uzunmüddətli perspektivdə istehsalın 20 milyard ədədi keçməsi planlaşdırılır. İlon Maskın başqa bir nəhəng layihəsi Tesla Terafab fabrikidir. Tesla Terafab fabrikində artıq bu ilin sonuna kimi AI5 və AI6 çiplərinin ilk partiyalarının istehsalının başlayacağı, genişmiqyaslı istehsalın...

30 İyun 2026, 10:03

Şahin Cəfərli: “Türkiyə ilə İsrail arasında fundamental həllolunmaz problem yoxdur”  

Siyasi şərhçi Şahin Cəfərli Türkiyə-İsrail münasibətlərində yaşanan gərginliyin daha çox siyasi proseslərlə əlaqəli olduğunu bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə İsraildə seçki ərəfəsinin yaxınlaşdığını xatırladaraq, Baş nazir Benyamin Netanyahunun daxili siyasi məqsədlərlə müəyyən addımlar atdığını qeyd edib.“Necə deyərlər, endişəyə mahal yoxdur. İsraildə seçki ərəfəsidir və Netanyahunun bu cür oyunlara ehtiyacı yaranıb. Türkiyədə seçki yaxınlaşanda Rəis də lazımi sərtlikdə cavab verəcək”, – deyə şərhçi vurğulayıb.Şahin Cəfərlinin sözlərinə görə, iki ölkə arasında prinsipial və həllolunmaz fikir ayrılığı mövcud deyil. O bildirib ki, Türkiyə İsrail dövlətinin mövcudluğunu qəbul edir və Yaxın Şərqdə gedən proseslərin müxtəlif mərhələlərində iştirakçı qismində çıxış...

30 İyun 2026, 09:03