Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: Vətən müharibəsi itkinlərin də zəfəri oldu

Siyasət 30 İyun 2026, 11:30

573

1988-1994-cü illərdə nizami ordusuz, vahid komandanlıqsız aparılan birinci Qarabağ müharibəsində xalqımız ümumilli lider Heydər Əliyevə torpaqlarımızın işğalından və dövlətçiliyin süqutundan xilas üçün müraciət edərkən, 4000 minə qədər itkin düşən şəxslərintaleyi ilə də bağlı son ümid yeri kimi baxırdılar. O zaman respbublikada mərkəzi siyasi hakimiyyəti iflasa uğramışdı.

Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Deputat əlavə edib ki, Heydər Əliyev ucqar muxtar respublika rəhbərindən daha böyük mənəvi və beynəlxalq siyasi nüfuzu nəticəsində xarici təşkilatları humanitar proseslərə cəlb edir, birbaşa Ermənistanın o dövrkü prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparırdı - əsirlərin, girovların, şəhidlərin cəsədlərinin geri qaytarılması üçün şəxsi iradəsi və humanitar diplomatiyası ilə azərbaycanlıları geri qaytarırdı.Təəssüflər olsun ki, Qarabağda əsirlərin mübadiləsi ilə bağlı ləyaqətli davranan komandirlərlə yanaşı, bəzi qruplar - kriminal dairələr ailələrin çarəsizliyini istismar edir, itkin düşən şəxslərin taleyini siyasi şantaj vasitəsinə, gəlirli biznesə çevirirdilər. Beynəlxalq humanitar missiyaların fəaliyyəti isə əhatəsiz və sistemsiz olaraq qalırdı.Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi əsir, girov və itkin düşən şəxslər siyasətinə də sistemlilik və bir mərkəzdən idarə olunan dövlət siyasəti gətirildi. İlk növbədə, beynəlxalq konvensiyalar ratifikasiya edildi, dövri məruzələr hazırlandı, əsir-girov mübadiləsi ilə bağlı danışıqlar rəsmi kursa çevrildi. Lakin işğal reallığı - 20 faiz ərazinin düşmən nəzarətində olması - maksimal nəticələr əldə etməyə imkan vermirdi.Nəhayət, 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsini birinci Qarabağ savaşından ilə fərqləndirən təkcə onun hərbi-texnoloji üsulları, əməliyyatların lokal coğrafiyada saxlanılması, müddəti və əldə olunan uğurların miqyası yox, həm də savaşın taktikası, sistemi və hərbçilərə münasibəti idi.

Zahid Orucun  sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlarda hər bir zabitin və əsgərin taleyi real vaxt rejimində izlənilirdi. Nizami ordu birləşmələri dəqiq plan üzrə hərəkət edirdilər, kəşfiyyat məlumatları gizli kanallarla əməliyyat qərərgahlarına ötürülürdü və müasir raket-artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından istifadə olunması məsafəli döyüşləri mümkün edirdi - nəticədə Azərbaycan əsgərinin birbaşa hücum xəttinə və qeyri-müəyyən şəraitlərə düşməsinə yol verilmirdi, əlaqəsiz və xaotik hərəkətlərin qarşısı alınırdı, çətin relyefdə başıpozuqluğa yer qalmırdı.Nəticəsı hamıya məlumdur: birinci Qarabağ savaşından sonra 4000 azərbaycanlı itkin yarandısa, Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı. Çünki bilavasitə döyüşlər zamanı yaranan kritik vəziyyətlər qısa vaxtda həll edildi. Beləliklə, ikinci Qarabağ müharibəsindən sonra əsir və itkin düşən şəxslər səhifəsi qalmadı.8 noyabr və 20 sentyabr Zəfərindən sonra azad edilən ərazilərdə, kənd yerlərindəki sahələrdə, meşəliklərdə naməlum qəbirlərdə axtarış işləri başladı. Kəlbəcərin Başlıbel kəndi, Xocalının Fərrux yüksəkliyi kütləvi məzarlıq yerlərinin ünvanına çevrildi. DNT analizləri nəticəsində tapılan nəşlər bir milləti birləşdirir - qardaşlarının, atalarının taleyi onilliklər bilinməyən ailələr indi cavab alır. 

Deputat xatırladır ki, İkinci Qarabağ müharibəsinin ən böyük humanitar nəticələrindən biri də 90-cı illərin qaranlıq səhifələrini və itkin düşən minlərlə insanın taleyini aydınlaşdırmasıdır - təkcə işğala yox, həm də 30 ildən artıq cisimləri vətən torpağına qarışan insanlar dövlətinə, xalqına və ailələrinə qovuşur.Lakin son 150 illik tarixdə dünyada böyük humanitar missiya ilə tanınan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)  fəaliyyətinə münasibət bildirmədən keçmək olmaz. Çünki Cenevrə Konvensiyası çərçivəsində əsirlərin və itkinlərin qeydiyyatı, ailələrin məlumatlandırılması, humanitar dəhlizlərə nəzarət qurumun əsas mandatıdır. 44 günlük müharibə dövründə və ondan sonra BQXK-nın bölgədəki fəaliyyəti nəinki gözləntiləri doğrultmadı, əksinə əlavə suallar yaratdı. Komitənin nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun nəzarəti altına keçməmiş ərazilərdə separatçı silahlı qrupların hərəkəti üçün istifadə olunmasına dair əsaslı məlumatlar inkaedilməzdir. Şübhəli və birtərəfli fəaliyyət humanitar hüquqda neytrallıq prinsipinin pozuntusudur - çünki BQXK-nın simvolu altında hərbi məqsədlər güdülürsə, mandat legitimliyini itirir.

Z. Orucun sözlərinə görə, ATƏT məruzəçisi Leo Platvoyet bölgəyə sonuncu dəfə 2006-cı ildə gəlmişdi. "Bizi əsirlikdən azad edin" adlı kitabında dəhşətli faktları açıqlanmışdı - lakin nə Avropa Məhkəməsi, nə də beynəlxalq parlament və hökumətlər ədalətli reaksiya vermədilər. Sonra 14 il sükut mövqeyi seçildi. Torpaqlarımızın işğalı dünyada müzakirə edilirdi, lakin itkinlərimiz ikinci plana keçirilirdi. Əvəzində Ermənistan "Bütün Şəxslərin Məcburi İtkin Düşməkdən Müdafiəsi haqqında Beynəlxalq Konvensiyanı" ratifikasiya etdi və illik məruzələr təqdim etdi. Ölkəmiz həmin konvensiyanı 2007-ci ildə imzaladı, lakin ratifikasiyaya çıxarılmadı. Cinayəti törədən tərəf beynəlxalq sənədlər imzaladıqca "hüquqların müdafiəçisi" görüntüsü yaradırdı, ziyan çəkən tərəf isə işğal reallığı altında rəsmi prosedurları icra etməkdə çətinlik çəkdiyi üçün tənqid olunurdu.İnanırıq ki, sülh müqaviləsinin imzalanmasından sonra bütün itkin düşən şəxslərin taleyinə tam aydınlıq gətiriləcək. Ona görə də 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış barış sazişinin 9-cu maddəsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına həsr olunub. Məsələnin qlobal miqyasını görmək üçün bir neçə rəqəm: 1945-1993-cü illər arasında dünyada 174 müharibə baş verdi. Həmin münaqişələrdə itkin düşənlər yalnız hərbi qulluqçular deyildi - mülki əhali hər getdikcə daha çox zərər görürdü. Birinci Dünya Müharibəsində hər 7 döyüşçüyə 1 mülki şəxs şəhid olurdu. XX əsrin sonunda nisbət tamamilə tərsinə dönmüşdü: 9 mülki şəxsə qarşı 1 döyüşçü. Yəni itkinlik artıq yalnız hərbi problem deyil, daha çox mülki və dinc insanlara qarşı aparılan müharibənin nəticəsidir.Müqayisəli təcrübə çox önəmlidir. Nigeriyanın 10 illik daxili müharibəsindən sonra BQXK tərəfindən 22 000 itkin şəxs qeydə alınıb - onların 60 faizi uşaqdır. Balkanlarda sonuncu savaşdan sonra 40 mindən çox itkin var idi. Haaqada həmin münaqişə üzrə iki böyük beynəlxalq konfrans keçirildi, donor ölkələr yardım göstərdi, cinayətkarlar beynəlxalq tribunal qarşısına çıxarıldı. Azərbaycan üçün oxşar beynəlxalq dəstək göstərildimi? Xeyr. Cənubi Qafqazın ən çox itkin sayına malik ölkəsi kimi Azərbaycana həsr olunan nə Avropa Şurasında, nə Avropa Parlamentində geniş beynəlxalq müzakirələr keçirildi, nə də xüsusi donor yardımları ayrıldı. ATƏT Minsk qrupu münaqişənin siyasi həllini, BQXK isə humanitar prosesləri həll etməli idi. Lakin hər iki təşkilat işğalı qoruyan qüvvələrin diktəsi ilə hərəkət edirdilər. Nəticədə Azərbaycanın itkinləri nə siyasi, nə də humanitar gündəlikdə birinci yerə çıxarılmadı.Dövlət başçısı İlham Əliyev 3890 itkin azərbaycanlının taleyinə aydınlıq gətirilməsini postmüharibə dövrünün dövlət kursu elan etdi. Lakin Ermənistan öhdəliklərindən yayınır. Cavabları çox bəsitdir, sitat: "Ermənistan münaqişə tərəfi olmayıb." Bəyanatı verən dövlətin İrəvan məzarlığına gətirilən cəsədlərini görənlər açıqlamanın mahiyyətini yaxşı anlayırlar. Onda 44 günlük müharibədə həlak olan erməni əsgərləri kimə məxsusdur?Halbuki dünyada uğurlu nümunələrdən olan Almaniyanın yanaşması təqdirəlayiqdir. II Dünya Müharibəsindən sonra 1,4 milyondan çox itkin şəxsin məlumatları elektron bazaya köçürüldü, 900 000-nin fotoşəkli rəqəmsallaşdırıldı - 125 000 səhifə, 225 cild sənəd oldu. Vermaxtın İtkin Şəxslər Siyahısı 199 cild, mülki şəxslər siyahısı isə 26 cild təşkil edir. Gürcüstan fərqli, lakin daha operativ modeli seçdi: cəmi 2 xarici özəl kəşfiyyat mütəxəssisinin 3 aylıq işi əhəmiyyətli nəticələr verdi. Ukrayna da eyni modeli tətbiq edir. Böyük elektron bazalar qurmadan da məqsədyönlü ekspertiza cəlbi qısa müddətdə nəticə verir. İşğaldan azad edilən ərazilərdə aşkar olunan kütləvi məzarlıqlar itkin düşən şəxslərin taleyi ilə bağlı yeni hüquqi və humanitar reallıq yaradıb. BMT İnsan Hüquqları Şurasının sənədlərində və beynəlxalq hüquq doktrinasında təsbit olunmuş həqiqəti bilmə hüququ (Right to Truth) münaqişə qurbanlarının və onların ailələrinin ayrılmaz hüququ hesab edilir. Ona görə də Azərbaycanda aşkarlanan məzarlıqlar beynəlxalq meyarlara uyğun şəkildə araşdırılmalı, məhkəmə-tibbi ekspertizaları həyata keçirilməli, DNT identifikasiyası prosesi genişləndirilməli və əldə edilmiş sübutlar beynəlxalq hüquqi mexanizmlərin istifadəsinə təqdim edilməlidir.

Zahid Oruc bildirib ki, Azərbaycan Respublikasının yaratdığı geosiyasi reallıq və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasi fəaliyyət nəticəsində Cənubi Qafqaz davamlı sülhə çox yaxındır. Lakin barışın və anlaşmanın təmin olunması həm də humanitar ədalətin bərpasını, münaqişənin insan talelərində qoyduğu ağır izlərin aradan qaldırılmasını tələb edir. İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlar barədə məlumatların təqdim edilməsi, hərbi arxivlərin açılması və beynəlxalq təşkilatlarla tam əməkdaşlıq regional etimadın formalaşdırılması və sülh prosesinə töhfənin vacib elementləridir.Ona görə də beynəlxalq ictimaiyyəti itkin düşən şəxslər probleminə daha həssas yanaşmağa, Ermənistanı mövcud məlumatları açıqlamağa təşviq etməyə, kütləvi məzarlıqların beynəlxalq standartlar əsasında araşdırılmasını dəstəkləməyə, DNT identifikasiyası və məhkəmə-tibbi ekspertiza layihələrinə yardım göstərməyə, ailələrin həqiqəti bilmə hüququnun təmin olunmasına töhfə verməyə çağırırıq.Beynəlxalq öhdəliklərlə yanaşı, daxili qanunvericiliyin təkmilləşdiirlməsi bilavasitə dövlət orqanlarının səlahiyyətləri daxilindədir.İtkin düşmüş şəxslər məsələsi ilə bağlı  hüquqi bazanın yenilənməsi, Dövlət Komissiyasının işçi qrupunun statusu, əməkdaşların dövlət qulluqçusu kateqoriyasına aid edilməsi, sosial təminatı və sağlamlıqlarının qorunması, maddi-texniki bazasının və kadr potensialının artırılması məsələlərinə diqqət yetirməyi təklif edirik.

Bir daha Vətən müharibəsində Qələbəmizi həm də itkinlərin Zəfəri hesab edirik – çünki azad olunan torpaqlarda onların 30 ildir naməlum olan cismi və ruhları da azad oldu!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: Netanyahu Ankaraya təzyiq göstərmək istəyir

Türkiyə-İsrail münasibətləri son 16 ildə soyuq, hətta indikindən də gərgin dövrləri olub. Hətta ötən il iki ölkə hərbi qüvvələri arasında eskalasiya riski olub. Amma nədən indiyə qədər deyil, məhz indi "erməni soyqırımı" məsələsi yada düşüb? Bu sualın cavabı ABŞ-Türkiyə münasibətlərində yatır. Hazırda Türkiyə ABŞ-ın Yaxın Şərq siyasətində mərkəzdə yer alır, Ərdoğan-Tramp münasibətləri ən yüksək səviyyədədir. Hətta keçən həftə Tramp dedi ki, Türkiyəyə təyyarə satışı layihəsi bərpa olunmalıdır. Və paralel olaraq ABŞ-İsrail münasibətləri soyuyur. Zənnimcə, Nətanyhu bu addımı atmaqla;1. Erməni lobbisi ilə birləşərək ABŞ-da Türkiyə əleyhinə qərarlara nail olmaq, ən azı təyyarə və motor satışına qadağa qoymaq.2. Diaspor vasitəsilə Türkiyə-Ermənistan normallaşma prosesinə mane olmaq,...

30 İyun 2026, 11:00

 Nigar Sabirqızı: “İsrailin bu qərarı qəbuledilməzdir”

Nigar Sabirqızı İsrailin qondarma “erməni soyqırımı”nı tanımasını qəbuledilməz addım kimi qiymətləndirib.Citypost.az O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, bu qərarın Ankaranı qıcıqlandırmaq məqsədi daşıdığı açıq görünür və onun siyasi nəticələri olacaq.“İsrailin qondarma ‘erməni soyqırımı’nı tanıması qəbuledilməz addımdır. Bu qərarın Ankaranı qıcıqlandırmaq məqsədi daşıdığı aydındır. Amma belə qərarların siyasi nəticələri də olur və Netanyahu buna dözməli olacaq”, – deyə aparıcı qeyd edib.Nigar Sabirqızı eyni zamanda, İsraili tənqid edən, lakin İranın Ermənistanla bağlı siyasətinə münasibət bildirməyən şəxslərə də müraciət edib. O vurğulayıb ki, İran illər boyu Ermənistanı dəstəkləyib və bu faktlar unudulmamalıdır.Aparıcı paylaşımında Azərbaycanın işğal altında olan ərazilərində məscidlərə qarşı törədilən...

30 İyun 2026, 10:55

Heydər Mirzə: “Bu addım Türkiyə cəmiyyətini daha da konsolidasiya edə bilər”

Politoloq Heydər Mirzə hesab edir ki, İsrail tərəfi bu məsələdə ciddi strateji yanlışlığa yol verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, “soyqırımını tanıma təhlükəsi” və ya belə bir addımın gündəmdə saxlanılması, tanımanın özündən daha təsirli siyasi alət hesab oluna bilər.“İndiyədək formalaşmış təcrübə göstərir ki, bu cür tanınma presedentlərinin Türkiyəyə real təsiri demək olar ki, sıfıra bərabərdir. ‘1915’ məsələsi Türkiyədə sağçı, solçu, islamçı, ateist, yörük və kürd olmaqla müxtəlif təbəqələri ortaq mövqedə birləşdirən nadir mövzulardan biridir”, – deyə o bildirib.Heydər Mirzənin fikrincə, əgər İsraildə bu addımı planlaşdıranlar Türkiyə cəmiyyətində daxili həmrəyliyi gücləndirmək məqsədi güdürdülərsə, o zaman atılan addım məhz həmin nəticəyə...

30 İyun 2026, 10:45

İlon Maskın texnologiya hökmranlığı - Xəqani Cəfərli yazır...

Dünyanın kosmos və avtomobil sənayesini diz çökdürərək özünün kosmos və elektromobil sənayesini qurmuş, Starlink layihəsi naqilsiz internetin inhisarını qurmuş İlon Maskın (Elon Musk) qurucusu olduğu Tesla şirkətinin Optimus humanoid (insanabənzər) robotlarını istehsal edəcək nəhəng zavodların Texasdakı tikinti meydançasında qızğın iş gedir. Havadan çəkilən görüntülər tikintinin artıq dörd mərtəbəyə qədər yüksəldiyini göstərir. İlon Mask il ərzində burada 10 milyon ədəd Tesla Optimus humanoid robotunun istehsal olunmasını planlaşdırır. Uzunmüddətli perspektivdə istehsalın 20 milyard ədədi keçməsi planlaşdırılır. İlon Maskın başqa bir nəhəng layihəsi Tesla Terafab fabrikidir. Tesla Terafab fabrikində artıq bu ilin sonuna kimi AI5 və AI6 çiplərinin ilk partiyalarının istehsalının başlayacağı, genişmiqyaslı istehsalın...

30 İyun 2026, 10:03

Şahin Cəfərli: “Türkiyə ilə İsrail arasında fundamental həllolunmaz problem yoxdur”  

Siyasi şərhçi Şahin Cəfərli Türkiyə-İsrail münasibətlərində yaşanan gərginliyin daha çox siyasi proseslərlə əlaqəli olduğunu bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə İsraildə seçki ərəfəsinin yaxınlaşdığını xatırladaraq, Baş nazir Benyamin Netanyahunun daxili siyasi məqsədlərlə müəyyən addımlar atdığını qeyd edib.“Necə deyərlər, endişəyə mahal yoxdur. İsraildə seçki ərəfəsidir və Netanyahunun bu cür oyunlara ehtiyacı yaranıb. Türkiyədə seçki yaxınlaşanda Rəis də lazımi sərtlikdə cavab verəcək”, – deyə şərhçi vurğulayıb.Şahin Cəfərlinin sözlərinə görə, iki ölkə arasında prinsipial və həllolunmaz fikir ayrılığı mövcud deyil. O bildirib ki, Türkiyə İsrail dövlətinin mövcudluğunu qəbul edir və Yaxın Şərqdə gedən proseslərin müxtəlif mərhələlərində iştirakçı qismində çıxış...

30 İyun 2026, 09:03

Qulamhüseyn Kazımlı:Orta Dəhlizdə Azərbaycanın rolu artır

Son illərdə qlobal və regional geosiyasi və hərbi qarşıdurmalar, xüsusilə, Rusiya – Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Çin və Uzaq Şərq ölkələri ilə Avropa arasında yükdaşımaların mühüm hissəsinin keçdiyi şimal marşrutunun – Rusiya üzərindən keçən dəhlizin təhlükəsizliyi üçün xeyli risklər yaradıb və qlobal ticarət marşrutlarında ciddi dəyişikliklərə səbəb olub. Buna görə də Avropa İttifaqı alternativ nəqliyyat yollarının və logistika xətlərinin inkişafına daha çox diqqət ayırmağa başlayıb.Bu baxımdan bütövlükdə  Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edib. Marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir.  Bunları nəzərə...

30 İyun 2026, 08:49