Türkün ruhu niyə sazda danışır? - "Hicran Kərəmi"dəki sirlər və həqiqətlər
Cəmiyyət 30 İyun 2026, 10:48
317
Saz insan ruhunun gəldiyi yerdən, gedəcəyi yerə qədər bütün sirlərini aça bilən nadir alətlərdəndir. Hər xalqın ruhu bir musiqi alətinə bağlıdır. Hər musiqi aləti bir xalqın dilini bilər, hər xalq da bir musiqi alətinin. Türkün ruhu saza bağlıdır. Elə bu səbəbdəndir ki, Koroğlu Çənlibelə dəli seçəndə Aşıq Cünun saz çalar, özü də həmin igidin nəbzini tutardı. Sazın çalğısı ürək ritmini yüksəltməyəni Çənlibelə almazdı Koroğlu.
Sazımız sirlərimizi qoruyan, onu naməhrəmə açmayan can yoldaşımızdır. "Mənsuri" havası Adəmin Ələstdən keçib, torpaqdan yaradılışı, ilahi ruhun ona üfürülməsinə qədər hər şeyi anladır. Bu sirləri anlayan simlərin, pərdələrin, təzanənin hansı simvollarla gizləndiyi, yaxud ifadə olunduğunu bilir.
Hər kəsin ruhu bir havaya köklənib. Halına görə insan fərqli saz havasını həvəslə dinləyər, lakin ruhun havası dəyişməzdir.
Mənim ruhumun havası "Hicran Kərəmi" havasıdır. Bu havaya bizdə "Quba Kərəmi" də deyirlər. "Hicran Kərəmi"də keçmişin nisgili var. Vüsala ümidlənən Aşiqin qovuşacağı gözləntiləri gizlənib onun hər pərdəsində. Ruhun atını dördnala çapdığı vüsal ümidi keçmişdə yaşanmış səadətin ilğımından uzağa getməz. Sönməyən bircə ümid var o havada: "Hər kəs sevdiyi ilə bərabərdir". Bu bərabərlik cismin birlikdə olması deyil, könlünü Sevgilinin ayaqları altına sərməkdir...
Sazın hər havası bir tale kitabıdır. O kitabı hər adam oxuya bilməz. Çünki sazı dinləmək başqa, onu eşitmək başqadır. Dinləyən qulaq səsi qəbul edər, eşidən könül isə hikməti. Elə buna görə də qədim aşıqlar deyərdilər ki, saz çalınanda danışmaq ədəbsizlikdir. Çünki həmin anda söz yox, həqiqət danışır. Həqiqətin səsini isə yalnız susmağı bacaran insan eşidə bilər.
Bizim ulu babalar sazı məclis bəzəyi kimi yox, hikmət məclisinin sahibi kimi qəbul ediblər. O, döyüşə gedən igidin qoluna qüvvət, yurdundan didərgin düşənin gözünə yaş, övlad itirən anaya təsəlli olub. Elə buna görə saz heç vaxt təkcə musiqi aləti olmayıb. O, xalqın yaddaşıdır. Kitabların yandırıldığı, salnamələrin itib-batdığı zamanlarda millətin tarixini saz qoruyub. Bir dastanın unudulmaması üçün bir aşığın yaddaşı kifayət edib. O yaddaşın açarı isə sazın sinəsində gizlənib.
Təəssüf ki, bu gün sazı dinləyən çoxdur, amma onu tanıyan azdır. Simlərin sayını bilənlər çoxalıb, simlərin sirrini bilənlər azalıb. Pərdələrin yerini əzbərləyənlər tapılır, amma hər pərdənin hansı mənəvi məqama işarə etdiyini anlayanlar barmaqla sayılacaq qədərdir. Halbuki sazın dili zahirin dili deyil. Onun əlifbası könüllə oxunur. Könlü qapalı olan üçün sazın səsi də adi melodiyadan başqa bir şey deyil.
"Hicran Kərəmi" də belə havalardandır. Onun ilk sədaları eşidilən kimi insan anlayır ki, bu ayrılıq ümidsizlikdən doğmayıb. Burada hicranın özü də vüsala xidmət edir. Çünki həqiqi Aşiq ayrılığı cəza yox, imtahan kimi qəbul edər. Hər ayrılıq sevgini bir qədər də saflaşdırar, hər həsrət könlü dünyadan bir qədər də ayırar. Elə buna görə bu havanı dinləyərkən insan qəribə bir hiss keçirir. "Hicran Kərəmi" havasında sanki ağrı da var, rahatlıq da, nisgil də var, təslimiyyət də. Bu da eşqin öz təbiətidir.
Türkün sazı niyə başqa xalqların musiqi alətlərinə bənzəmir? Çünki türk ruhunun yolçuluğu başqadır. Bu ruh həmişə köçdə olub. Dağdan aranadək, yaylaqdan qışlağadək, savaşdan sülhədək uzanan bir ömür yaşayıb. O yolçuluğun yorğunluğu da, sevinci də sazın sinəsinə köçüb. Elə buna görə sazın səsi eşidilən yerdə insan özünü qərib hiss etmir. Sanki çox qədimdən tanıdığı bir dost ona səssizcə "evinə xoş gəldin" deyir.
Bəlkə də buna görə ruhum "Hicran Kərəmi"ni seçib. Çünki insanın əsl Vətəni gəldiyi yerdir (Ələstdir), yaşadığı yer yox. Ruh isə gəldiyi yeri heç vaxt unutmaz. O, bu dünyada eşitdiyi bütün səslərin içindən yalnız özünə aid olan çağırışı tanıyır. O çağırışı mən "Hicran Kərəmi"ndə eşidirəm. Hər dəfə bu hava səslənəndə elə bilirəm ki, yaddaşım məndən əvvəl yaranmış bir həqiqəti xatırlayır. Bəlkə də insanın ömrü boyu axtardığı xoşbəxtlik elə unudulmuş həqiqəti yenidən xatırlamaqdır. Saz isə həmin yaddaşın ən sədaqətli keşikçisidir.
Rəsul Mirhəşimli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. Məsələlər aşağıdakılardır:1. "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi.2. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan...
30 İyun 2026, 11:00
Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı şəhərində vətəndaşları qəbul edəcək.Citypost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər.Adları çəkilən şəhər və rayonların sakinləri 12 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.Qəbulda iştirak üçün qeydiyyat mütləqdir....
30 İyun 2026, 10:35
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.DİN-in Mətbuat xidmətindən Citypost.az verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib....
30 İyun 2026, 10:28
ADY yay qrafikinə keçir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.ADY-dən Citypost.az-a verilən məlumata görə, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində 6 iyun tarixindən etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, 4 iyul tarixindən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Məlumata görə, 31...
30 İyun 2026, 09:09
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur....
30 İyun 2026, 08:25
Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək
ABŞ-İran danışıqları iyunun 30-da Dohada keçiriləcək.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb."İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.
29 İyun 2026, 15:41