Bizə yazın

Baku

-°C

USD

-

Gözəl dişlər həmişə sağlam dişlər demək deyil - Həkim DANIŞDI

Tibb 30 İyun 2026, 10:49

365

İnsanlar arasında ünsiyyət zamanı ən çox narahatlıq yaradan məqamlardan biri də ağız qoxusudur. İlk təəssüratı dəyişdirən, sosial münasibətlərə mənfi təsir göstərən bu problem bir çox hallarda ciddi sağlamlıq göstəricisi ola bilər. 

Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ağız qoxusunun yaranma səbəblərinin böyük əksəriyyəti məhz diş və ağız boşluğu ilə bağlı problemlərdən qaynaqlanır.

Stomatoloqların sözlərinə görə, halların təxminən 70 faizi diş çürükləri, diş daşı, diş əti iltihabı, düzgün aparılmayan ağız gigiyenası və digər stomatoloji problemlərlə əlaqəlidir. Buna görə də ağız qoxusunu yalnız kosmetik narahatlıq kimi deyil, tibbi problem kimi qiymətləndirmək lazımdır.

Mütəxəssislər qeyd edirlər ki, insanın xarici görünüşü, geyimi və ümumi baxımı nə qədər mükəmməl olsa belə, ağızdan gələn xoşagəlməz qoxu ətrafdakılarda tamamilə fərqli təəssürat yarada bilər. Bir çox insanlar qarşı tərəflə ünsiyyət zamanı məhz bu səbəbdən özlərini geri çəkir və münasibətlərdə müəyyən məsafə yaranır.

Bununla yanaşı, stomatoloqlar diş həkimi qorxusunun da cəmiyyətdə geniş yayıldığını bildirirlər. Onların fikrincə, bu qorxunun kökündə illərlə formalaşmış psixoloji amillər dayanır. Keçmiş dövrlərdə keyləşdirici vasitələrin zəif olması, müalicə üsullarının indiki qədər inkişaf etməməsi və uşaqların həkimlə qorxudulması insanların şüuraltında mənfi təsəvvürlər formalaşdırıb.

Mütəxəssislər vurğulayırlar ki, bir çox valideynlər uzun illər uşaqlara “özünü yaxşı aparmasan, səni həkimə apararıq”, “dişlərini çəkərlər” kimi ifadələr işlədiblər. Bu isə zaman keçdikcə stomatoloqa qarşı səbəbsiz qorxu və narahatlıq yaradıb. Nəticədə insanlar heç bir ağrı hiss etmədikləri halda belə, diş həkiminə müraciət etməkdən çəkinirlər.

Lakin müasir stomatologiyada vəziyyət tamamilə dəyişib. Yeni texnologiyalar, güclü keyləşdirici vasitələr və pasiyentlə düzgün psixoloji yanaşma müalicə prosesini daha rahat və ağrısız edib. Artıq diş həkiminə müraciət etmək qorxu deyil, sağlamlığın qorunması üçün vacib addım hesab olunur.

Stomatoloqlar bildirirlər ki, dişlərin zahirən sağlam və estetik görünməsi onların tam sağlam olması anlamına gəlmir. Bəzən dişlərin altında gizli çürüklər, diş əti problemləri, infeksiyalar və ya ağız boşluğunda digər patologiyalar mövcud olur. Bu səbəbdən yalnız vizual baxışla hər hansı problemin olub-olmadığını müəyyən etmək mümkün deyil.

Mütəxəssislər hər bir şəxsin ildə ən azı iki dəfə profilaktik stomatoloji müayinədən keçməsini tövsiyə edirlər. Erkən aşkarlanan problemlər daha asan və daha az xərc tələb edən üsullarla aradan qaldırılır, həmçinin ağız qoxusu kimi sosial narahatlıqlara da son qoyulur.

Həkimlər hesab edirlər ki, sağlam və xoş qoxulu ağız boşluğu yalnız estetik görünüş deyil, eyni zamanda ümumi sağlamlığın ayrılmaz hissəsidir. Buna görə də dişlərdə ağrı olmasa belə, mütəmadi müayinələr və düzgün gigiyena qaydalarına əməl etmək hər bir insan üçün vacibdir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həkim: Hər başgicəllənmədə eyni dərmandan istifadə etmək düzgün deyil

Son dövrlərdə insanların həkimə müraciət etməsinə səbəb olan ən geniş yayılmış şikayətlərdən biri də başgicəllənmələrdir. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, başgicəllənməsi insanın gündəlik həyat keyfiyyətini aşağı salan, əmək fəaliyyətinə və sosial aktivliyinə mənfi təsir göstərən ciddi simptomlardan biridir.Lakin hər başgicəllənmənin eyni səbəbdən yaranmadığını və buna görə də müalicə yanaşmasının fərqli olduğunu bilmək vacibdir.Həkimlər bildirirlər ki, praktik tibbdə başgicəllənmələri düzgün qiymətləndirmək üçün ilk növbədə onların növünü müəyyənləşdirmək lazımdır. Ümumilikdə başgicəllənmələr iki əsas qrupa bölünür: sistem, yəni vestibulyar başgicəllənmələr və qeyri-sistem, başqa sözlə, qeyri-vestibulyar başgicəllənmələr.Sistem və ya vestibulyar başgicəllənmələr daha çox daxili qulaqda yerləşən vestibulyar aparatın funksiyasının pozulması nəticəsində yaranır. Bu...

30 İyun 2026, 09:27

Stomatoloq: Alətləri sadəcə sobada saxlamaq tam sterilizasiya demək deyil

Tibb müəssisələrində və stomatoloji kabinetlərdə istifadə olunan alətlərin düzgün sterilizasiyası həm həkimlərin, həm də pasiyentlərin təhlükəsizliyi baxımından son dərəcə vacib məsələdir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi hallarda insanlar alətlərin xüsusi istilik verən şkaflarda və ya termik cihazlarda saxlanılmasını tam sterilizasiya hesab etsələr də, bu, hər zaman kifayət etmir.Stomatoloqların sözlərinə görə, sterilizasiya sadəcə alətin qızdırılması və ya müəyyən müddət yüksək temperaturda saxlanılması demək deyil. Bu, ciddi qaydalar və beynəlxalq standartlar əsasında həyata keçirilən çoxmərhələli bir prosesdir. Məqsəd yalnız görünən çirkləri aradan qaldırmaq deyil, həm də insan sağlamlığı üçün təhlükəli olan bütün mikroorqanizmləri, virusları və bakteriyaları tamamilə məhv etməkdir.Mütəxəssislər vurğulayırlar...

30 İyun 2026, 08:26

Qaraciyər xəstəliklərinin dəridə özünü göstərən 6 mühüm əlaməti  

Qaraciyər insan orqanizmində yüzlərlə həyati funksiyanı yerinə yetirən ən vacib orqanlardan biridir. Maddələr mübadiləsinin tənzimlənməsi, toksinlərin zərərsizləşdirilməsi, vitaminlərin saxlanılması və həzm prosesinin düzgün işləməsi birbaşa onun fəaliyyəti ilə bağlıdır. Qaraciyərdə yaranan problemlər isə bəzən yalnız daxili narahatlıqlarla deyil, dəridə və xarici görünüşdə meydana çıxan dəyişikliklərlə də özünü göstərir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi dəri əlamətləri qaraciyər xəstəliklərinin erkən xəbərçisi ola bilər. Bu dəyişiklikləri vaxtında müşahidə etmək və həkimə müraciət etmək xəstəliyin erkən diaqnostikasında mühüm rol oynayır.Ən çox rast gəlinən əlamətlərdən biri qaşınmadır. Qaşınma yalnız qaraciyər xəstəliklərinə xas olmasa da, xüsusilə öd axınının pozulması ilə müşayiət olunan hallarda geniş...

26 İyun 2026, 10:42

Tutulmuş damarları dərmanla açmaq mümkündürmü?   

İnternetdə və sosial şəbəkələrdə tez-tez müxtəlif bitki qarışıqları, təbii kürlər və ya alternativ üsullarla tutulmuş damarların tamamilə açılmasının mümkün olduğu barədə məlumatlar paylaşılır.Lakin mütəxəssislər bildirirlər ki, elmi baxımdan damarları möcüzəvi şəkildə açan hər hansı dərman və ya xalq təbabəti vasitəsi mövcud deyil.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, damar divarında yaranmış aterosklerotik lövhələri tamamilə aradan qaldırmaq mümkün olmasa da, onların sabitləşdirilməsi, böyüməsinin qarşısının alınması və təhlükəli nəticələr doğurmasının minimuma endirilməsi mümkündür.Mütəxəssislər vurğulayırlar ki, damarlar daraldıqda və ya damar daxilində kələ-kötür aterosklerotik dəyişikliklər yarandıqda əsas məqsəd həmin prosesin irəliləməsini dayandırmaqdır. Müasir tibbin yanaşması damarların vəziyyətini stabilləşdirmək, iltihabı azaltmaq və lövhələrin partlama...

26 İyun 2026, 09:28

Tez-tez xəstələnmək D vitamini çatışmazlığındandır, yoxsa immunitet zəifliyindən?  

Mütəxəssislər bildirirlər ki, tez-tez xəstələnməyin səbəbi həm immun sisteminin zəifləməsi, həm də D vitamini çatışmazlığı ola bilər. Əslində isə bu iki faktor bir-biri ilə sıx əlaqəlidir və çox zaman biri digərinə təsir göstərir.Son illərdə aparılan elmi araşdırmalar göstərib ki, D vitamini təkcə vitamin deyil, həm də orqanizmin bir çox funksiyalarını tənzimləyən mühüm hormonal təsirə malik maddədir. Buna görə də onun sağlamlıq üçün əhəmiyyəti əvvəlki illərlə müqayisədə daha ciddi qiymətləndirilir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, D vitamini immun hüceyrələrinin fəaliyyətində mühüm rol oynayır. Bu vitaminin çatışmazlığı zamanı orqanizmin virus və bakteriyalara qarşı müqaviməti zəifləyə bilər, nəticədə insan daha tez-tez xəstələnə,...

26 İyun 2026, 08:22

Beyninizi qorumaq üçün yatmazdan əvvəl etməli olduğunuz 7 vacib vərdiş

Beyin insan orqanizminin ən mürəkkəb və ən vacib orqanlarından biridir. Gün ərzində milyonlarla məlumatı emal edən, qərarlar verən, yaddaşı formalaşdıran və bütün bədən fəaliyyətini idarə edən beyin gecə saatlarında da fəaliyyətini dayandırmır. Əksinə, məhz yuxu zamanı beyin özünü bərpa edir, gün ərzində toplanmış məlumatları emal edir və hüceyrələrini yeniləyir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün axşam vərdişləri həm yaddaşın güclənməsinə, həm də gələcəkdə nevroloji xəstəliklərin riskinin azalmasına kömək edə bilər.Yatmazdan əvvəl ilk diqqət edilməli məqam işıqların zəiflədilməsidir. Parlaq işıq xüsusilə də süni işıq mənbələri beyində melatonin hormonunun ifrazını azaldır. Melatonin isə yuxunun başlamasına və dərin yuxu mərhələsinin formalaşmasına cavabdeh...

25 İyun 2026, 10:28