Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Cəmiyyət 02 İyul 2026, 10:29
274
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.
Citypost.az xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.
Görüş zamanı "Gənc arıçı" layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.
Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.Bu barədə Citypost.az Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
02 İyul 2026, 12:05
Nazir: BMT və NATO əməliyyatlarında iştirak imkanları nəzərdən keçirilir
1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 000-dən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.Citypost.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" üçün yazdığı ön sözdə bildirib.Nazir qeyd edib ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti tərkibində xidmət keçdikləri sülhməramlı qüvvələrin komandanlığı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib.Zakir Həsənov qeyd edib ki, dünyada gedən turbulent geosiyasi proseslər və müxtəlif regionlarda baş verən münaqişələr sülhməramlıların rolunun artdığını göstərir:"Azərbaycan dünya birliyinin və BMT nin üzvü kimi sülhün qorunmasına və qlobal təhlükəsizliyin...
02 İyul 2026, 11:50
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib və o məhkəmə zalından həbs edilib.Citypost.az xəbər veirr ki, bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci...
02 İyul 2026, 11:32
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.Bu barədə Citypost.az Dövlət Komissiyasından məlumat verilib.Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı...
02 İyul 2026, 11:05
Firuz Mustafa: Gəlin elə yaşayaq ki, arxamızca xoş söz deyilsin
Əməkdar incəsənət xadimi, yazıçı və filosof Firuz Mustafa sosial şəbəkə hesabında etdiyi paylaşımda insanın cəmiyyətdə qoyduğu mənəvi izdən bəhs edib.Citypost.az xəbər verir ki, yazıçı bildirib ki, uzun illər müxtəlif vəzifələrdə çalışmış bir qadının vəfatından sonra onun haqqında xoş söz söyləyən insanların demək olar ki, olmadığını müşahidə edib. Firuz Mustafa qeyd edib ki, bir neçə il əvvəl həmin şəxsin qudası dünyasını dəyişəndə də oxşar münasibətlə qarşılaşılmışdı.Yazıçı insanların həyatda qazandıqları hörmət və etimadın ölümündən sonra da onların xatirəsinə münasibətdə özünü göstərdiyini vurğulayaraq, cəmiyyətə mənəvi mesaj ünvanlayıb.“Bir az sadəlövhcəsinə çıxsa da demək istəyirəm: Gəlin elə yaşayaq ki... Qalanını özünüz bilirsiniz”, – deyə Firuz...
02 İyul 2026, 10:53
Vilayət Muxtar: İstehlakçı hansı kolbasada at əti olduğunu bilməlidir
Jurnalist Vilayət Muxtar Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bəzi kolbasa məhsullarında at əti aşkarlanması ilə bağlı açıqlamasına münasibət bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə istehlakçıların hansı məhsullarda belə faktların qeydə alındığını bilməsinin vacibliyini vurğulayıb.“Bəzi kolbasaların tərkibində at əti aşkarlanıb, amma hansı markalarda olduğu açıqlanmır. İndi vətəndaş necə müəyyən etsin ki, hansı məhsulu almalıdır?” – deyə jurnalist qeyd edib.Vilayət Muxtar məsələ ilə bağlı fikirlərini satirik formada ifadə edərək, bunu xalq arasında məşhur olan “mollanın qənd söhbəti”nə bənzədib. Onun sözlərinə görə, istehlakçıların məlumatlandırılması və şəffaflığın təmin olunması bu kimi hallarda xüsusi əhəmiyyət daşıyır.Jurnalist bildirib ki, məhsul adlarının...
02 İyul 2026, 10:52