Nazirlik: Abşerondakı çəyirtkələr iqlim dəyişiklikləri ilə bağlıdır
Cəmiyyət 04 İyul 2026, 14:00
457
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır.
Bu barədə Citypost.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirib.
Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı nazirlik yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub.
Həmçinin oxuyun
Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər. Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Masazırda yük maşını YANDI
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobildə yanğın baş verib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, "Ford" markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
04 İyul 2026, 15:00
Zaur Kamal qəzaya uğradı
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib. Citypost.az xəbər verir ki, bu haqda aparıcı özü instaqram hesabında məlumat verib.O, avtomobilinin fotosunu paylaşaraq, “ Bu da belə getdi”, - sözlərini yazıb.Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. “Gəncəyə çataçatda oldu. Salamatçılıqdır”, - deyə əlavə edib.
04 İyul 2026, 14:30
İmişlidə zəlzələ olub
İmişli rayonunda zəlzələ qeydə alınıb.Bu barədə Cityposta.az-a AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 60 km olub.
04 İyul 2026, 13:50
Vaşinqtondan Bakıya təşəkkür mesajı
"Bu gün Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasını böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşıladıq".Citypost.az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında qeyd olunub.Bildirilib ki, bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır.
04 İyul 2026, 13:20
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib.APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.O, 62 Ukrayna PUA-sının Moskvaya yaxınlaşarkən vurulduğunu söyləyib.Sobyaninin sözlərinə görə, son sutka ərzində Moskva regionu istiqamətində 200-dən çox dron uçub və onların əksəriyyəti paytaxt regionuna çatmamış hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
04 İyul 2026, 13:00
Sabahın hava proqnozu açıqlanıb
İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Qərb küləyi bəzi...
04 İyul 2026, 12:45