Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Cəmiyyət 04 İyul 2026, 10:25

1395

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

Citypost.az  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar 

Sürücülər bu gün ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar."Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmisi Rüfət Əmiraslanov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib."Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Sürücülər bilməlidirlər ki, hər hansı ehtiyat hissəsini alanda onun fəsadları hansı formada baş verə bilər. Yəqin ki, hamımız görmüşük və bilirik ki, son vaxtlar avtomobillərin sırf texniki nasazlıq səbəbindən baş vermiş nəqliyyat qəzalarının fəsadları necə ağır olur. Sürücülər orijinal olmayan saxta malların birbaşa onların həyatına, yəni ölümünə və yaxud ağır yaralanmasına gətirib çıxara biləcəyini dərk etməlidirlər. Bu baxımdan,...

13 İyul 2026, 15:47

Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:#ShushaGlobalMediaForum pic.twitter.com/a2NzqE4Twd— İlham Əliyev (@azpresident) July 13, 2026

13 İyul 2026, 15:15

ÜGT-nin Baş katibi Azərbaycana səfər edib

İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders Azərbaycana səfərə gəlib.Citypost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində İan Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.Baş katib İan Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan bəhs edib, Ümumdünya Gömrük...

13 İyul 2026, 14:50

Naibə Allahverdiyevanın adından DƏLƏDUZLUQ 

Xalq artisti Naibə Allahverdiyeva onun adından dələduzluq edildiyini açıqlayıb.Citypost.az Redaktor.az-a istinadən xəbər verir ki, aktrisa naməlum şəxslərin süni intellekt vasitəsilə onun səsini təqlid edərək insanlardan kart məlumatlarını əldə etməyə çalışdıqlarını bildirib:"Məni tanıyanlar, dostlarım və qonşularım, diqqətli olun. Bir-iki saat əvvəl aktrisa həmkarlarımdan biri mənə zəng vurdu və dedi ki, guya vatsap vasitəsilə ona yazmışam. Mesajda deyilirdi ki, hansısa mağazanın 22 illik yubileyi münasibətilə dost siyahısında olan insanlara 500-1000 manat hədiyyə edilir. Bunun üçün də mənim adımdan kart məlumatları istənilir. Hətta səsimdən də istifadə ediblər. Süni intellekt vasitəsilə səsimi hazırlayıb göndəriblər. Mənim isə bundan heç bir xəbərim yoxdur. Bəxtəvər başıma, 500...

13 İyul 2026, 14:00

Parlament sabah növbədənkənar sessiyaya yekun vuracaq

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası 14 iyulda keçiriləcək.Citypost.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

13 İyul 2026, 13:36

Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq....

13 İyul 2026, 12:54