Bizə yazın

Baku

-°C

USD

-

Səlahət Ağayev: "Qəbələ" artıq mənim üçün doğma klubdur"

İdman 03 İyul 2026, 19:48

388

"Qəbələ" artıq Səlahət Ağayev üçün doğma kluba çevrilib.

35 yaşlı qapıçı bunu "Report"a açıqlamasında deyib.

Ötən gün bölgə təmsilçisi ilə yeni 1 illik müqavilə imzalayan Azərbaycan millisinin üzvü komandanın növbəti mövsümdə daha yaxşı çıxış edəcəyinə inanır:

"İlk dəfə 2022/2023 mövsümündə "Qəbələ"də çıxış etdim. Ondan sonra son iki ildə də bu klubun şərəfini qoruyuram. Müqavilə müddətim başa çatsa da, daha 1 il komandada qalmaq qərarı verdim. "Qəbələ" artıq mənim üçün doğma klubdur. Komanda ilə yola davam etmək çox xoş olacaq. Son mövsümdə bir az çətinlik çəkdik. Turnir cədvəlində layiq olduğumuz yeri tuta bilmədik. Amma ən vacibi odur ki, Premyer Liqada yerimizi qoruduq. Növbəti mövsüm daha yaxşı çıxış edəcəyimizə inanıram. "Qəbələ"nin adına yaraşan mübarizliyi göstərəcəyimizə əminəm. Mən də bu yolda hər zaman əlimdən gələnin ən yaxşısını etməyə hazıram".

Qeyd edək ki, Səlahət Ağayev "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 mövsümlərində də bu komandanın formasını geyinib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Roma" Alexandro Qarnaçonu icarəyə götürmək istəyir 

İtaliyanın "Roma" klubu İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmaq niyyətindədir."Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı vingeri icarəyə götürmək istəyir."Roma" argentinalı oyunçunun müqaviləsinin şərtlərini öyrənmək üçün London təmsilçisinin nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.Xatırladaq ki, Alexandro Qarnaço ötən ay "Mançester Yunayed"dən "Çelsi"yə keçib. O, başa çatan mövsümdə 43 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb....

03 İyul 2026, 18:00

"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovun köməkçiləri açıqlanıb 

"Araz-Naxçıvan" klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.Ona məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər.Məşqçilərlə 1 illik müqavilə imzalanıb.

03 İyul 2026, 15:39

"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib 

"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.Citypost.az  xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib.Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.

03 İyul 2026, 14:05

“İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib

“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Premyer Liqa təmsilçisindən Citypost.az-a verilən məlumata görə, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalayıb.Qeyd edək ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.“İmişli” 2024/2025-ci illər mövsümündə məhz Fərid Namazovun rəhbərliyi altında I Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

02 İyul 2026, 21:10

"Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb 

"Qəbələ" klubu qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Təcrübəli qolkiper daha bir il komandanın formasını geyinəcək.Səlahət Ağayev "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb.Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.

02 İyul 2026, 16:00

Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub 

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub.Citypost.az  Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib.Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir.14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar.Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək....

01 İyul 2026, 10:55