Bizə yazın

Baku

-°C

USD

-

ADY Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

Cəmiyyət 03 İyul 2026, 19:40

408

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.

Citypost.az  ADY-yə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində Rusiya Dəmir Yollarının (RJD) rəhbərliyi ilə ikitərəfli, həmçinin Rusiya və İran dəmiryol administrasiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə edilib.

Görüşlərdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, marşrutun səmərəliliyinin və yükdaşımaların artırılması müzakirə olunub.

Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb.

Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin Rusiyadakı yüköndərənlərlə görüş keçirilib. Görüşdə ADY-nin Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün potensialı təqdim olunub.

Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını və şəffaflığını təmin edən "Cargo Tracking" rəqəmsal platformasının imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə çatdırılıb.

Tərəflər birgə təşəbbüslərin xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Günel Mövludun həyat yoldaşı Bakıda həbs edildi

Norveçdə yaşayan yazar Günel Mövludun həyat yoldaşı Hacı Hacılı Azərbaycanda həbs edilib.Citypost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Hacı Hacılı bu günlərdə ölkəyə gəlib.Həbsindən sonra ona CM-nin 206 (Qaçaqmalçılıq) maddəsi üzrə ittiham elan olunub.Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Hacılı hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır.

03 İyul 2026, 21:00

Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

Bakının daha iki yol sahəsində təmir işləri aparılır.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-ı, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər....

03 İyul 2026, 20:45

Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-ın verilən məlumata görə, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verib aldadıb və...

03 İyul 2026, 20:25

Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi

Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.Citypost.az-ın məlumatına görə, bununla bağlıdaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi. Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib. Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub. Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi.Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub.Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.Belə ki,...

03 İyul 2026, 20:18

Azərbaycanlı diaspor rəhbəri Londonda vəfat edib

Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.Qeyd olunub ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik"....

03 İyul 2026, 20:15

Marqarita Simonyanı öldürmək istəyən gəncə hökm oxundu: 25 il

Rusiyanın İkinci Qərb Dairəvi Hərbi Məhkəməsi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Mixail Balaşovu 25 il müddətinə azadlıqdan məhrum edib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.Məhkəmənin qərarına əsasən, Balaşov 25 il həbs cəzası alıb. O, cəzanın ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. İş qapalı məhkəmə iclasında araşdırılıb, çünki 12 təqsirləndirilən şəxs arasında yetkinlik yaşına çatmayanlar da var.İstintaqın məlumatına görə, Balaşov 2022-ci ildə Moskvada milli-sosializm ideologiyasına bağlı bir qrup yaradıb və tərəfdarları həmin qrupa cəlb edib. 2022-ci ilin sentyabrından 2023-cü ilin...

03 İyul 2026, 20:10