Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
Cəmiyyət 03 İyul 2026, 19:05
422
İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Citypost.az əbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Məhkəmədə elan olunub ki, təqsirləndirilən Davit İşxanyanın yazılı qeydləri məhkəməyə təqdim olunub. Qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərcümə edilib, onların surətləri məhkəməyə və proses iştirakçılarına təqdim olunaraq iş materiallarına əlavə edilib.
Ardınca çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclası protokoluna verilmiş yazılı qeydlər məhkəmə tərəfindən araşdırılmalı, əsaslı hesab edildiyi halda təsdiqlənməli, əks halda isə onların rədd edilməsi barədə qərar qəbul olunmalıdır. İttiham tərəfi qeyd edib ki, müdafiə tərəfinin protokolla audioyazı arasında ziddiyyətə dair iddiası audioyazı ilə təsdiqini taparsa, qeydlər təsdiqlənməli, təsdiqlənmədiyi halda isə rədd edilməlidir. Bu əsasla məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul olunması xahiş edilib.
Zərərçəkmiş şəxslərin nümayəndələri məhkəmə iclası protokollarına verilmiş qeydlərlə bağlı ittiham tərəfinin mövqeyini dəstəklədiklərini və bu məsələdə eyni mövqedən çıxış etdiklərini bildiriblər.
Daha sonra məhkəmə kollegiyası məhkəmə iclası protokolları ilə bağlı məsələyə dair qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə kollegiyası sözügedən qeydlərin təsdiq olunmasını və iş materiallarına əlavə edilməsini qərara alıb. Qeyd olunub ki, protokolların məzmununda hər hansı uyğunsuzluq aşkar edilməyib.
Bu baxımdan da məhkəmə müdafiə tərəfinin qeydlərinin iş materiallarına əlavə edilməsini qanuni və əsaslı hesab edir.
Təqsirləndirilən Levon Mnatsakanyan məhkəməyə müraciət edərək vəsatət vermək istədiyini bildirib. Məhkəməyə sədrlik edən isə ona vəsatətlərin təqdim olunması üçün müvafiq imkanın yaradılacağını deyib.
Həmçinin oxuyun
Daha sonra çıxış edən Davit İşxanyan qəbul edilmiş qərara görə təşəkkürünü bildirib.
Ardınca o, çıxışını davam etdirərək ötən iclasda söylədiyi kimi bir daha özünü təqsirkar saymadığını qeyd edib.
Sonra David Babayanın müdafiəçisi məhkəmədə çıxış edərək təqsirləndirilən şəxsin təqdim etdiyi apellyasiya şikayətinin tam əsaslı olduğunu bildirib.
O, çıxışında D.Babayan barəsində çıxarılmış hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Fasilədən sonra təqsirləndirilən Davit İşxanyanın vəsatəti müdafiəçisi vasitəsilə tərcüməçiyə təqdim edilib.
Daha sonra çıxış edən təqsirləndirilən David Babayan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası iyulun 7-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Günel Mövludun həyat yoldaşı Bakıda həbs edildi
Norveçdə yaşayan yazar Günel Mövludun həyat yoldaşı Hacı Hacılı Azərbaycanda həbs edilib.Citypost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Hacı Hacılı bu günlərdə ölkəyə gəlib.Həbsindən sonra ona CM-nin 206 (Qaçaqmalçılıq) maddəsi üzrə ittiham elan olunub.Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Hacılı hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır.
03 İyul 2026, 21:00
Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Bakının daha iki yol sahəsində təmir işləri aparılır.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-ı, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər....
03 İyul 2026, 20:45
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-ın verilən məlumata görə, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verib aldadıb və...
03 İyul 2026, 20:25
Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi
Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.Citypost.az-ın məlumatına görə, bununla bağlıdaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi. Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib. Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub. Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi.Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub.Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.Belə ki,...
03 İyul 2026, 20:18
Azərbaycanlı diaspor rəhbəri Londonda vəfat edib
Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.Qeyd olunub ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik"....
03 İyul 2026, 20:15
Marqarita Simonyanı öldürmək istəyən gəncə hökm oxundu: 25 il
Rusiyanın İkinci Qərb Dairəvi Hərbi Məhkəməsi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Mixail Balaşovu 25 il müddətinə azadlıqdan məhrum edib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.Məhkəmənin qərarına əsasən, Balaşov 25 il həbs cəzası alıb. O, cəzanın ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. İş qapalı məhkəmə iclasında araşdırılıb, çünki 12 təqsirləndirilən şəxs arasında yetkinlik yaşına çatmayanlar da var.İstintaqın məlumatına görə, Balaşov 2022-ci ildə Moskvada milli-sosializm ideologiyasına bağlı bir qrup yaradıb və tərəfdarları həmin qrupa cəlb edib. 2022-ci ilin sentyabrından 2023-cü ilin...
03 İyul 2026, 20:10